Страницы

14.04.2014

Azad Mətbuat “30 Gün Azadlıq üçün” kampaniyası Hilal Məmmədova azadlıq tələb etdi

Azad Mətbuat “30 Gün Azadlıq üçün” kampaniyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək Hilal Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edib. Məktubu oxucularımızın diqqətinə çatdırırıq:

30 Gün Azadlıq üçün” qlobal kampaniyanın bir hissəsi kimi yazaraq sizi Hilal Məmədovun və Azərbaycanda həbs edilmiş bütün jurnalistlərin azad edilməsinə çağırırıq.
Cənab Məmmədov, insan hüquqlarının müdafiəçisi və “Tolışi Sədo” qəzetinin baş redaktoru, iyun 2012-ci il tarixində narkotik maddə saxalaması ittihamı ilə həbs edilib. Növbəti ay o, İranın xeyrinə casusluq, vətənə xəyanət və milli nifrət oyatmaq kimi ittihamlarla qarşılaşmışdı.
Cənab Məmmədov 27 sentyabr 2013-cü il tarixində beynəlxalq ədalət məhkəməsinin standartlarına cavab verməyən və məhkəmədə ciddi hüquq posuntuları ilə 5 il müddətinə həbs cəzasına məhkum edilib.
Əlahəzrət, biz qəti əminik ki, cənab Məmmədov həm jurnalist fəaliyyəti və həm də milli azlıqların hüquqlarının müdafiəsində fəal olduğu üçün cəzalandırılıb. Bundan əlavə Hilal Məmədovun sələfi və “Tolışi Sədo” qəzetinin baş redaktoru, 2008-ci ildə həbs edilmiş və bir ildən sonra həbsxanada işgəncələrə məruz qalaraq vəfat etmiş Novruzəli Məmmədovun başına gələnlərinin eyni aqibətlə Hilal Məmmədovun da üzləşəcəyindən narhatlıq keçiririk.
Əlahəzrət, Azərbaycan Avropa Şurasınına sədrliyi öz üzərinə götürməyə hazırlaşdığı bir vaxtda, hökümətdə baş berən korrupsiya hallarını və insan hüqularının pozuntusunnu işıqlandıran jurnalistlərin habsdə qalması bizi təəccübləndirir. Cənab Hilal Məmmədov ifadə azadlığı hüququndan dinc fromada istifadə edənlərə qarşı çoxalan hucumların hədəfi kimi soncu deyil. Bizə bəllidir ki,ən azından digər yeddi junalist və bloqerlər də hal-hazırda dəmir barmaqlar arxasındadır. Biz Sizə ölkənizin beynəlxalq insan hüquqları standartlarını müdafiə edəcəyi barədə götürdüyü öhdəliyin, daha dəqiq desək, Azərbaycan tərfindən imzalanmış və ölkənizin konstitusiyasında əks olunmuş Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Paktin 19-cu maddəsində göstərilmiş ifadə azalığına zəmanət vermə öhdəliyini bir daha xatırladırıq.
Buna görədə, biz Sizi öz fəaliyyətlərini həyata keçirdiklərinə görə həbs edilmiş Hilal Məmmədovun və Azərbaycanda həbsdə olan bütün jurnalistləri azad edilməsinə çağırırıq.

Hörmətlə,
Azad Mətbuat
“30 Gün Azadlıq üçün” kampaniyası

Комментариев нет:

Отправить комментарий