Страницы

01.04.2014

Dəyərlərimizə çamur atanlar

Qoşqar Əhmədov

Bir şeyi başa düşmək çox çətindir. Bu gün siyasi baxışlarından asılı olmayaraq hər kəs ölkəmizin Qarabağ problemini ağrı-acı ilə dilə gətirir. Bu vəziyyətdə status kvonu bərpa etmənin bır yolu da müharibə yoludur. Hansı kı, bunu başlamaq məlum səbəblərdən digər bəlalar gətirib çıxara bilər. Bəs başqa yol? Digər yol bütün dünyanın dəstəklədiyi sülh yoludur. Məqsədim bu 20 illik problemi hər dəfəsində olduğu kimi açıb ağartmaq deyıl. Məqsədim, çatdirmaq istədiklərim tam başqadır...
Bu gün Ermənistan nə qədər Kollektıv Təhlükəsizlik üzvü, Gömrük İttifaqı tərəfdarı olsa da, bir o qədər də əks qütbdə dayanan Qərbi Avropa dövlətlərində və ABŞ-da da söz sahibidir. Səbəb məlumdur. Dillər əzbəri olan erməni lobbisi, erməni diasporu! Dini, siyasi əqidələrindən, hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq vətən, dövlət mənafeylərini birlikdə qorumaları hesabına!
Bu gün bizim Azərbaycanlı həmvətənimiz olan, dərdlərimizi birgə yaşayan, xarici ölkələrdə yaşayıb tanınmış, söz sahibi, qüdrət sahibi olan şəxsiyyətlərimiz var. Çətin gündə o şəxsiyyətlərə daha çox ehtıyacımız olacaq bir ölkə, bir millət olaraq. Həmin şəxslərdən biri də AzerRosun təsisçisi, Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyatının prezidenti Soyün Sadıqovdur. Mən Söyün Sadıqovu boş yerə qeyd etmədim. Son dövrlərdə mətbuatda Eynulla Fətullayevin təhqiredici, normal insan səviyyəsinə sığmayan yazıları məni çox mütəəssir etdi. Eləcə də tarix boyu işlərinin adı satqınlıqdan başqa bir şey olmayan məlum partiya mətbu orqanlarındakı "köşə yazarlarının" sərsəmləmələri də mənı çox düşündürdü.
Bu gün Azərbaycanda bəzı təndir "vətənpərvərləri" və onların arxalarında duran məlum zümrəni təlaş bürüyüb. Gecə-günduz dəsmal götürüb ağlaşırlar ki, ay aman, qoymayın, Rusiya gəlir! Görən Rusiya bizimlə olduğu 70 ildə nə fəsadlar törədib ki, məlum zümrə Rusiyanın gəlişindən belə ehtiyatlanırlar? Rusiya onların yuxusunu ərşə çəkib. Hadisələr öz axarı ilə gedir, Azərbaycan xalqının 80 faizi "Hökumət qayıdır!" deyərək sevinc içindədir. Hətta hökumət məmurlarının çox hissəsi Sovet dövrünü gizli nostalji hissi ilə xatırlayırlar. Heç kəs ABŞ-İsrail nökəri olmaq istəmir. Heç kəs bank sələmi dövlətində yaşamaq istəmir. Hamı zəhmətinə uyğun əmək haqqı almaq istəyir. Hamı qanunun şah olduğu ölkədə yaşamaq istəyir. Bir güllə atmadan bir ölkəni alan Putin isə artıq bütün dünyada bir fenomen olaraq yüksəlməkdədir. Dünyanın hegemon qloballaşma akulalarına meydan oxuyan Putin kimi birinin yanında hörmət sahibi olan, yüksək xarizması və təşkilatçılıq qabiliyyəti ilə seçilən Söyun Sadıqov kimi şəxsiyyətlərlə biz fəxr etməliyik. Bu gün get-gedə dünyanın aparıcı dövlətinə çevrilən Rusiya daxilində söz nüfuz sahibi olan bu cür insanlardan biz əlbəttə ki öz ölkəmizin gələcək xoşbəxtliyi üçün istifadə etməli, onların potensialından yararlanmalıyıq. İndi gəlin baxaq xaricdə vətənimizi ucaldan Söyün Sadıqov tımsalında olan şəxsiyyətlər bizə daha vacibdir, yoxsa 20 ildir eyni nağıl ilə xalqı yemləyən bu boşboğaz, hansı məqsədə, hansı mənafeyə qulluq etməyi bilinməyən şübhəli cızma-qaraçılar? Boş-boş cəfəngiyyatları ilə 20 ildir xalqın baş-qulağını aparıblar! Xalq artıq bunların əlindən iyrənməyə düşüb. Nə qədər eyni valı oxutmaq və kiminsə sifarişi ilə onun-bunun üstünə cummaq olar? İndi 21-ci əsrdir, ay bədbəxtlər, ox-kaman, at, qılınc, kəllə atmaq dövrü deyıl. Ağıl, düşüncə dövrüdür. Gedin özünüzə sənət tapın. Artıq köhnə metodikalar işləmir, xalq ağı qaradan seçməyi bacarır. Siz öz aləminizdə guya ictimai rəyi formalaşdırsınız, xalqı kiməsə qarşı kökləyirsiniz, beyin yuyulmasına məruz qoyursunuz, amma bilmirsiniz ki, xalq sizi çoxdan tanıyır. Öz aləminizdə özünüzü media as bilirsiniz, amma bilmirsiniz ki, xalq sizin dabbaqda gönünüzə bələddir. Heç olmasa xalqın içinə gedin, heç olmasa yaxın tanışlarınızdan xalqın sizin haqqınızda nə danışdığını, nə fikirdə olduğunu soruşun. Xalq Söyün Sadıqovu da yaxşı tanıyır, sizin hara işlədiyinizi də yaxşı bilir. Bu nömrələr artıq girmir. Kimin havası ilə zurna pilədiyinizi 20 ildir başına olmazın oyunlar açdığınız, qarşısında min bir səhnələr qurub aktyorluq etdiyiniz bu zavallı xalq artıq gözəl bilir.
Mən belə başa düşürəm ki, bu məsuliyyətli dövrdə bizə Söyün Sadıqov kımı soydaşlarımızı qorumaq, dəstəkləmək daha vacibdir. Hədəfi bilinməyən eynullalar, feyzullalar isə gəldi gedərdi. Özləri də bilirlər ki, yazdıqlarının bir qəpik də dəyəri yoxdur. Sadəcə atdıqları çamura görə ağalarından yaxşı pul alırlar. 20 ildir durmadan xalqın adından danışırlar, bu ixtiyarı onlara kim verib, heç kim baş aça bilmir. Xalq sadəcə kənarda dayanıb matdım-matdım baxır. Bunun da bir axırı var.
Güc birlikdədir! Biz bu gün şərə qarşı bir yerdə olmalıyıq! Şükürlər olsun ki, zaman hər şeyi göstərdi, çox sular duruldu, pərdəarxasında nələrin gizləndiyini hamımız təxmin edirik. Öz zəhməti ilə formalaşmış, xaricdə vətənimizin başını uca etmiş Söyün Sadıqov kimi şəxsiyyətlərimizi müdafiə etmək- ölkəmizin, dövlətçiliyimizin mənafeyini müdafiə etmək qədər vacibdir. Bu qarşılıqlı vətəndaşlıq, soydaşlıq borcumuzdur. Bir olaq, mətin olaq, şərə aldanmayaq! Mən belə düşünürəm!

Комментариев нет:

Отправить комментарий