Страницы

25.04.2014

Elçibəyin öyrəncəkliyi

Əsğər Fərdi

Bir dəfə bu məsələni yazmışam, indi bir az daha təfsilatlı şəkildə yazıram. Elçibəyi prezident olmasından qabaq Yeltsin çağırdı və 6 sahat görüşdülər (Yeltsinin hövsələsi 20 dəqiqədən çox ağzı quru oturmağı çəkməzdi və biz dəfələrlə bunun şahidi olmuşduq). Bu görüşdən sonra Yeltsin İran diplomasiyasına müraciət edib rəsmi nümayəndə istədi. Onunla görüş alındı və o bizə dedi ki: “Ondan nigaran olmayın, çağırıb dərsini verdim, bundan sonra İrana qarşı artıq-əskik danıışmayacaq və tərs hərəkət də eləməyəcək. Mən onu dəstəkləyirəm, xahiş edirəm ki, siz də onu dəstəkləyəsiniz, onun prezident olması xeyrimizə olacaq”.
Biz bu məsələni bir daha gözdən keçirmək və bu təəccübləndirici möcüzəyə inanmaq üçün Elçibəylə görüşmək istədik. Ramazanın 20-si idi mən Bakiya getdim və ona xəbər yolladım. O adamlarını göndərdi və xahişini mənə çatdırdı ki: “Mənim seçkilər ərəfəsində səfirliyə gəlməyim məsləhət deyil, icazə verin üçüncü bir məkanda görüşək”.
Saat 5 sularında o hələ rəsmə vəzifə sahib olmasa da, mənim qaldığm otelə (təzə inturist) bir Çayka göndərdi (sürücü və 2 cangüdən). Məni bir restorana apardılar ki, boş idi və Əbülfəz tək bir masanın arxasında oturmuşdu. Mən restoranı görən kimi bir az razı qaldım ki, bu orucluq olduğu üçün məni iftara dəvət edib və bu ədəb-ərkanı xeyrə əlamətdir və xöş addımdır. Öpüşüb görüşdük və mən oturan kimi hələ azana 1 saat qədər qalsa da o masanı döşətdirdi, arağ da gətirtdi (təbii ki mənim də qabağıma stəkan qoyuldu). Mən hələ özümə gələnə kimi bu arağı süzdü. Mən dərhal ayağa qalxıb etiraz etdim ki, əvvəla sən müsalmansan və üstəlik indi orucluqdur. Həm də Qədr gecəsidir. İkincisi sən şiəsən və üstəlik bu gün Həzrət Əlinin şəhadət axşamıdır. Üçüncüsü sən İranın rəsmi nümayəndəsi ilə görüşürsən, bəs bu nə ədəbsizlikdir? Bir qədər mübahisədən sonra biz masanı dəyişdirdik, yəni mən getmək üçün ayağa qalxdım və o məni yol üstə başqa bir masanın arxasında oturdub dedi ki: “Bu 70 ildə ruslar bizi bu zibilə öyrəncəkli eləyib və mən bu zəhrimarı içmədən çörək yeyə bilmirəm və danışa da bilmirəm, baxmayaraq ki mədəm xəstədir və aclıq elan etdiyim müddətdə mədə qanaması keçirmişəm”... Və üzr istəyib xülasə sözə başladıq. 
Mən ona əvvəlcə Yeltsinin peyğamını dedim və bu görüşün də məhz onun xahişi üzrə baş verməsini ona bildirdim. Həm də artıq onun bu kobudluğuna cavab olsun deyə gülümsəyərək tam Yeltsinin dediklərini dedim (o söz verib ki artiq adam olacaq və sağa-sola soncuq atmayacaq...).
Sonra bir az havanı yumuşatmaq üçün müqəddimə açdım və bizim Qarabağdakı himayələrimizi davam etdirəcəyiməzə dair və ona başqa dəstək lazım olursa, yadlara müraciət etməsinə gərək qalmadan təmin edəcəyimizə dair söhbət elədim. Sözün canına çatıb dedi ki: “Əgər məni bir körpüdən keçməyə məcbur edələr və deyələr ki bir tərəfin cəhənnəmdir, bir tərəfi isə İran, mən dərhal və düşünmədən özümü cəhənnəmə ataram”. O əlavə etdi ki İran - Rus - Erməni bizim tarixi düşmənlərimizdir və mən hətta bunları tərtibləyə də bilmirəm ki hansı neçəncidir. Qarabağa gəlincə də necə ki Xumeyni deyib Qüdsün yolu Kərbəladan keçir, Qarabağın da zəbtinin yolu Təbrizdən keçir və biz yaxında oranı alacağıq və bayrağımızı Ərk qalasının damına sancacağıq”. 
Mən gecə səhərə qədər bunun ağlına heyran qalıb fikirləşirdim. Bir adam dəli də olsa bunca təhrikedici sözlər deməz. Bu adam ancaq və ancaq millətinin birinci düşmanı ola bilər ki:

1) qulağının dibində yaxın tarixini unutmamış bir ölkəni öz qarşısına alsın;
2) post sovet hərki-hərkiliyi başlanan dövrdə siyası boşluqdan öz xeyrinə istifadə edə bilməsi olan bir güclü dövləti Azərbaycana qarşı tədbirə vadar etsin.
3) hələ 45 il bundan öncə eyni təhdidlə (Pişəvəri cərəyanı) yaralanan bir ölkənin yaddaşını qurdalayaraq onu həmin təhdidin kökünü kəsməyə vadar etsin.
4) bütün dünyaya meydan oxuyan məntəqənin super gücünü özünə düşmən edərək 2000 km sərhəddinin 1500 km-ini beləliklə düşmən sərhəddinə çevirsin.
5) millətinin qarnını doyura bilmədiyi bir tarixi məqamda heç olmasa sərhəd rayonların əhalisinin dolanışığının yolunu bağlasın.
6) başqa bir kiçik qonşunun işğalına məruz qaldığı fəlakətli bir böhranda nəinki hazır dostu və himayəçini əldən versin, bəlkə daha çöx təhlükəli olan ikinci bir cəbhə açsın, ya ən azından düşmənə bir güclü dost daha qazandırsın.

Və bu kimi onlarla dəlil səhərədək xəyalımda sıra keçdilər. Sadəcə allaha şükr etdim ki nə yaxşı bu sözləri İran diplomasiya dəstgahından sadəcə mən eşitdim, çünki hər ölkədə olduğu kimi İranda da hamı Azərbaycansevər döğulmamış və belə bir hissiyyat daşımağa da məcbur deyil. Əlbəttə ki İranda da Azərbaycandan əsən bu küləklərə bizim qədər təhəmmül etməyən adamlar vardır, hələ Azərbaycan respublikası qalsın, əsil Azərbaycanı vı Təbrizi belə çəkə bilməyən qısqanclar var ki, onlar bu söhbətləri o zaman bir prezident olacaq adamdan eşitsəidilər, 100% arxayınam ki işimiz çooox çətin olardı. Allaha min şükür ki rəhbərimiz hər zaman hamını Azərbaycandan gələn axmaq sözlərə qarşı səbrli olmağa və kəramətlə davranmağa əmr edər.
Bir neçə vaxt sonra bu əhvalatı Heydər Əlievə danışırdım. Kişi çox marağlı cavab verdi ki, onu da başqa bir fürsətdə yazaram ölməsək qalsaq.

avrasiya.info

Комментариев нет:

Отправить комментарий