Bu sözləri İlahiyyatçı-alim Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsi nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanlarının Azəbaycanda qanunla qadağan olunması və onları təbliğ edənlərin hüquq-mühafizə orqanları qarşısında cavabdehlik daşıması barədə qaldırdığı iddiaya şərh verərkən bildirib.
Şahin Həsənli deyib: "Mən bu cür addımların atılmasını tərəfdarıyam. Bu qanun, artıq bir çox müsəlman ölkələrində tətbiq olunub. Özünün də müsbət tərəfini göstərir. Nəinki Azərbaycanda, bütün dünya müsəlmanları arasında qəbul edilən iki təriqət var. Bunlar da, “Sünni” və “Şiə” məshəbləridir. Sonradan yaranan nurçuluq, vəhhabilik, xəvariclik, təkfirçilik cərəyanları, sadəcə araqarışdırmaq və ixtilaf salmaq səbəbi ilə bəzi qüvvələr tərəfindən ortaya çıxıblar. Bu cür neqativ halların qarşısını almaq üçün birinci növbədə mariflənməyə daha çox yer ayırmaq lazımdır. İndiki cavanların çoxunun Suriya və digər ölkələrdə vuruşmasının başlıca səbəbi əsl İslamdan ayrı düşmələridir.
Bir az əvvəl də vurğuladığım kimi, artıq bir çox dövlətlər ekstrimist qüvvələrin ölkələrində fəaliyyət göstərməsinin əleyhinə olan qanunlar tətbiq ediblər. Mən də, bir İlahiyyatçı kimi, bu qanunu dəstəkləyirəm. Buna bizim Dini Etiqat Vicdan Azadlığı haqqında olan qanun da icazə verir. Həmin qanunda göstərilir ki, Milli-Dini ayrıseçkilik salan təbliğatçıların qarşısı alınsın. Ancaq bu cür işləri görmək üçün gərək birgə işlər görülsün. Səhv bir addım, “qurunun yerinə yaşın yanmasına” gətirib çıxara bilər".
Abbas Əlioğlu xeberlent.az

Комментариев нет:
Отправить комментарий