Страницы

14.04.2014

İngilislərin islamı məhvetmə planı

“İçki, qumar və fahişəliyi elə yayacağıq ki, gənc nəsil İslamdan tamamilə üz çevirsin”

XIX əsrdən bu yana Xristian-Yəhudi blokunun İslama qarşı apardığı açıq müharibədə həyata keçirilən planların koordinatoru İngiltərədir. Özünü “Xristian dünyasının himayəçisi” adlandıran İngiltərə müsəlmanlardan təkbaşına intiqam alacağına inanır. İngilislər müsəlman, İslam ölkələrində istismar və qırğın siyasətini həyata keçirmək üçün hədəflədiyi yerlərə antropoloq, tarixçi, mühəndis adı altında casus göndərirlər. İngilis casus şəbəkəsi müxtəlif ölkələrdə “Sülh könüllüləri” adı altında fəaliyyət göstərir. İngiltərənin əlində müsəlman ölkələrinin dini, mədəni və etnik xəritələri var.  Bu ölkədə anti-İslam planlarını gerçəkləşdirmək üçün “Müstəmləkə Nazirliyi” adlı gizli qurum fəaliyyət göstərir. Qurum əlaqədar ölkələrdə kəşfiyyat məlumatı və hesabatları əldə edərək İngiltərənin mənfəəti üçün istifadə edir. Təşkilatın dağıldığı iddia edilsə də XIX əsrdən fəaliyyətdədir. Sprut kimi İslam coğrafiyasını qucaqlayan casuslar yerləşdiyi ölkələrdə nüfuzlu siyasət adamlarına şirin vədlər verərək, iqtidarlara qarşı qaldırırlar. İngilislər təsirli mexanizm qurmaq üçün şiələrin çox olduğu bölgələrdə İmam Əli tərəfdarı, sünnilərə aid yerlərdə isə Matridi, yaxud Əşari kimi hərəkət edirlər. Casuslarının sayını artırdıqca İngiltərə müsəlman ölkələrində baş verən ən kiçik hadisəyə görə belə rezonans doğuracaq qərarlar qəbul edir. Çünki bu halda baş verən qarışıqlıq müsəlman ölkələrinin daha da zəif düşməsinə rəvac verir.

Amperin “vəhhabi yuxusu”

XVIII əsrdə İstanbuldan Londona əliboş geri qayıtmaq istəməyən İngiltərə casusu Amper oradan birbaşa Bəsrəyə gəlir. Casus Bəsrədə Əbdürrza adlı dülgərin dükanında Məhəmməd ibn Əbdülvəhhabla tanış olur. Amper Əbdülvəhhabın heç bir məzhəbə aid olmadığını öyrənir. İngilis caususunun “azad fikirli gənc” adlandırdığı Vəhhab İslam dininə “Quranda olanlar bizə bəs edər” anlayışı ilə yanaşırdı. Amper İngiltərənin planını həyata keçirmək üçün Məhəmmədi “azadlıq anlayışı” çərçivəsində sünni və şiə arasında üçüncü məzhəb yaratmağa həvəsləndirir. O, Məhəmmədi yuxuları ilə aldadır. Casus Vəhhaba yalançı yuxusunu bu cür danışır: “Yuxumda gördüm ki, peyğəmbər yaxın adamlarının ətrafında bir kürsüdə oturub danışır. Məclisdə mənim tanımadığım alimlər əyləşiblər. Qəflətən sən məclisə daxil olursan. Sən Məhəmməd ibn Əbdülvəhhabın üzündən nur saçırdı. Peyğəmbərin yanına çatanda o, sənə hörmət əlaməti olaraq ayağa qalxdı. Alnından öpərək belə dedi: “Sən mənim elmimin varisisən. Müsəlmanların din və dünya işlərində vəkilisən”. Sən isə belə dedin: “Ya Rəsulullah, mən elmimi xalqa açıqlamaqdan qorxuram”. Peyğəmbər sənə: “Ürəyində qorxuya yer vermə. Sən düşündüyündən də böyüksən” – buyurdu”. Amper sonradan yalançı yuxusu ilə aldatdığı Məhəmməd və bir neçə müsəlman haqqında belə demişdi: “Bunların bəxtləri necə də qaradır. Dünya oyandığı halda hələ də dərin yuxudadırlar. Lakin dəhşətli bir sel bunları şirin yuxularından oyandıra bilər”.

Fikri donuqluq

Bəzi müsəlman ölkələrində sünni və şiə gərginliyi, cəhalət, fikri donuqluq, maddiyyata əhəmiyyət verməmək, despotizm, nəqliyyat, səhiyyə problemləri, şəhərlərin orta əsrlər səviyyəsində saxlanılması, qadınların təhqir edilməsi ingilislərin məharətlə istifadə etdikləri əsas tezislərdir. “Müsəlmanları İslamın əsl mahiyyətindən uzaq tutmaq” İngiltərinin anti-İslam planında yer alan əsas müddəasıdır. İngilislər hesab edirlər ki, İslamın kitabı “Qurani-Kərim” böyük bir elmlər toplusudur. İngiltərə İslam və müsəlman ölkələrində gərginlik yaradıb vəziyyətə nəzarəti əlində saxlamaq üçün şiə-sünni ixtilafına külli miqdarda maddi vəsait ayırır. Suriya, İraq, Liviya, Livan, Misir və digər ərəb dövlətlərində baş verən məzhəb qarşıdurmaları bariz nümunələrdir. Həmin ölkələr şiə-sünni müharibəsinə ev sahibliyi etməklə yanaşı, yeni yaradılan İslami məzhəblərin mərkəzləri rolunda çıxış edirlər. Müsəlmanların məlumat bazalarını azaltmaq, uşaqların məktəblərə getməsinin, təhsil mərkəzlərinin yaradılmasının qarşısını almaq, mətbuat və nəşrlərin inkişafına mane olmaq, İslam alimlərini və müştəhidlərini ləkələmək, cinayətdə ittiham etmək İngiltərənin planlarının tərkib hissələridir. İslam dünyasında siyasi xosu dərinləşdikcə, ictimai fikir və elmi sahələrdə durğunluq baş qaldırır, psixoloji tarazlıqlar pozulur. Nəticədə İslam ölkələrində qorxduqca pessimizmə qapılan qorxaq, Amerika və İngiltərə müstəmləkəsinə boyun əyən itaətkar nəsillər yetişir. Tənbəlliyə təşviq etmək, işgüzarlığa maneə olmaq, cənnət və cəhənnəm sevdasında yaşatmaq, müsəlmanları dünya həyatından qoparıb münzəvi yaşayışa həbs etmək də eyni qəbildəndir. İslam ölkələrinin bəziləri bu çərçivədə ərafın bir tərəfi cənnətə, digər tərəfi isə cəhənnəmə baxan divarlarına oxşayır. Həmin ölkələrin baxdığı tərəfin gerçək üzü isə cəhənnəmdir. Avropa İslam ölkələrində səhiyyə, abadlıq işlərinin inkişafının qarşısını almaqla yanaşı yoxsulluq və aclığı da qoruyub saxlayır. Qərb taladığı Şərqdə kök atmaq üçün onu səfalət içərisində saxlayır. Təhlükəli virus və epidemiyaların yayılmasının qarşılığında dərman preparatlarının göndərilməsinin qarşısını alınması da Qərbdən qaynaqlanır. Avropalılar İslamı siyasi, ictimai və iqtisadi əsaslara söykənməyən “axirət dini” pərdəsilə izoliyasiya edirlər. Məqsəd müsəlmanları dünyəvi həyatdan ayırmaqdır. Qərb İslam dinin bütün dini şərtlərini lehinə çevirmək niyyəti güdür.

Dünya primitiv dəyərlərə qaytarılır

Hələ XIX əsrdə avropalıların Yaxın Şərqdəki komandirləri ilk dəfə eşitdikləri azan səsilə müsəlmanların məscidə qaçmalarını qiyam zənn edirlər. Lakin namazdan sonra onların sakit hərəkətlərlə dağılışıb evlərinə getdiklərini görüb məzmununu izah edə bilmədikləri bu əməlin hansı anlama gəldiyini düşünürlər. Onun namaz olduğunu öyrəndikdən sonra avropalılar müsəlmanlara sual verirlər: “Bu etdiyiniz hərəkətlər fransız və ingilis mənfəətinə zərər verirmi?”. Müsəlmanlardan “xeyr” cavabını alan avropalılar: “O halda istədiyiniz qədər namaz qıla bilərsiniz” – deyirlər. Müsəlmanlar arasında irqçi və millətçi fikirləri yayılaraq İslam birliyinin parçalanmasına çalışılır. İngilislər bu tezislərlə Misirdə “Hizbul-vətəni”, Yaxın Şərq və Ön Asiyada “İttihad və Tərəqqi” zehniyyətinin, İranda Zərdüştlüyün, Cənubi Asiyada İnduizm və Buddizmin canlanmasına şərait yaradıb. Spirtli içki, qumar, fahişəlik, qidada donuz ətindən geniş istifadənin təmin edilməsi İslama əhəmiyyətli zərbənin vurulması üçün xarakterikdir. Müsəlmanlar arasında həmçinin “Allahın qullarının ibadətinə ehtiyacı yoxdur” fikirləri yayılaraq onların ibadətlərdən uzaqlaşmaları və din məsələsində şübhələrə düşmələri təmin edilir. Məqsəd Satanizm ideologiyasını müsəlmanlar arasında populyarlaşdırmaqdır. Həcc fərzini mənasız göstərmək də eyni qəbildəndir. İslamı parçalamaq planında din təlimlərinin universallığı qətiliklə rədd edilir. İslamın qəbilə dini olduğu bildirilir. Qərb “Qurani-Kərimi”-i kiçik coğrafiyada məhdudlaşdırmaq məqsədilə onun hökmlərini, universal ölçüdə vəz gerçəyini rədd edir.

Körük basılıb

Amper “İslamı necə “yoxdur” edək?” kitabında yazır: “Monqolların məqsədsiz və plansız hücumları İslamı yox edə bilmədi. Lakin biz İslamı monqollar kimi yıxmayacağıq. Bu işdə tələsmirik. Böyük Britaniya dövləti ciddi mütaliə və universal planla İslamın yox edilişi üçün addım atacaq və məqsədinə çatacaqdır. İslamı içərisindən parçalamaq üçün İslam ölkələrində inşa etdirdiyimiz məktəblərdə müsəlman uşaqları yetişdirəcəyik. İçki, qumar və fahişəliyi elə yayacağıq ki, gənc nəsil İslamdan tamamilə üz çevirsin. İslam ölkələrində siyasi proseslərin qızışması üçün körüyü basacağıq. Ölkələr fitnələrə yuva olmalıdır. Dövlət adamlarını, biznesmen və güclüləri gözəl Xristian qadınlarının yatağına salmalıyıq. Gözəl qadınları onların keçirdikləri məclislərə soxmalıyıq ki, ağıllarını tamamilə itirsinlər. Biz bununla İslama olan inamı azaldacağıq. İslamı kökündən qazıyacağıq”. Amper İstanbulda olarkən şəhərdə gördüklərindən heyrətə gəlir. Müsəlmanların nizam və təmiz məişət həyatını görən Amper: “Niyə biz bu təmiz insanlara əziyyət vermək üçün çalışırıq? Niyə rahatlıqlarını əllərindən almaq istəyirik? Görəsən, bizim gördüyümüz bu murdar işləri Məsih qəbul edərdi?. Zənn etmirəm!”. Bu gün də ingilis kəşfiyyatı yerləşdikləri İslam ölkələrində şantaj yolu ilə dövlət və din rəhbərlərini fotoşəkillərlə şantaj edir. Məqsəd İslami dəyərlərə zərbə vuraraq, inamı azaltmaq, onu din səhnəsindən çıxarmaqdır. Digər Qərb ölkələri də İslamı yıxmaq üçün yaratdığı sünu üsullarıdan istifadə edir. Təəssüfləndirici haldır ki, Avropa və Amerika bu istiqamətdəki niyyətlərinə tədricən nail olmaq üzrədirlər. İngilis-amerikan təxribatının qarşısının alınması isə zəncirvari şəkildə İslami birliklərin yaradılmasından keçir.

Mənsur Rəğbətoğlu               olaylar.az

Комментариев нет:

Отправить комментарий