Avrasiya.net saytında Laçında “Qafqaz Kürdistanı”nı elan edən azərbaycanlılarla bağlı VİDEO (http://avrasiya.net/?p=59084) yayımlandıqdan sonra İtaliyada yaşayan “Yakbun” Ümumittifaq Kürd Assosiasiyasının vitse-prezidenti, “Müstəqil Qafqaz Kürdistanı Azadlıq Hərəkatının” İdarə Heyətinin sədri Vəkil Mustafayevlə bu mövzu ilə bağlı söhbətləşdik.
Xatırladaq ki, Laçının ermənilər tərəfindən işğalından sonra V.Mustafayev oraya gedərək ”Qafqaz Kürdistanı”nın elan edilməsi tədbirinin təşkilatçısı olub. Bundan başqa V.Mustafayev həmin dönəmlərdə mətbuata açıqlanmayan hadisələrin şahidi olub, danışıqlarda birbaşa iştirak edib. Onun məqsədi Azərbaycanda “Kürdistan” dövlətini yaratmaq idi. Bu isə birbaşa həmin ağır dönəmlərdə Azərbaycanın ərazi bütövlüyünə, onun suverenliyinə xəyanət idi. Bu xəyanət elə separatçı kürdlər, təəssübkeşi olduğu PKK tərəfindən ifşa olundu. V.Mustafayevin erməni və ruslarla birgə Azərbaycanı parçalamaq planı baş tutmadı.
V.Mustafayevin Avrasiya.net-ə danışdıqlarını təqdim edirik.
“…SSRİ-nin dağılmasından sonra Dağlıq Qarabağda vəziyyət pişləşdi və “Yakbun” təşkilatımızda da parçalanma baş verdi. Məmməd Babayevin rəhbərliyi altında olan təşkilat Azərbaycanı, erməni və gürcü “yakbun”çular isə Ermənistanı müdafiə etdilər. Digər regionlardakı müsəlman kürdlər də Azərbaycanın maraqlarını müdafiə etdilər.
1992-ci il mayın ilk günlərində Babayevlə birlikdə Azərbaycan prezidenti Ayaz Mütəllibovun müavini Məmmədov, onun “adamlar”ı, Müdafiə Nazirliyi və “KQB”-dən yanıma gəldilər. Onlar məndən kürd ordusunu yaratmağı xahiş etdilər. Məqsəd Qarabağdan erməniləri qovmaq idi. Bunun müqabilində mənə general rütbəsi vəd etdilər. Mən onlara sual etdim ki, hansısa məqsədə görə, kürd gənclərinin həyatını təhlükəyə atmalıyam? Məmmədov cavab verdi: “Siz ki, Qırmızı Kürdüstan istəmirdiz, biz bu məsələni həll edirik”. Bu işgüzar danışıq olduğundan mən dedim ki, onda gərək prezident bizim muxtariyyət məsələmizi həll etsin, fərman versin. Mən kürd ordusu yaradıb erməniləri buradan qovaram. Məmmədov isə bildirdi ki, yox, əvvəlcə siz erməniləri qovun, sonra Kürdistan muxtariyyətini yaradarıq. Mən aldanmadım və oğlum Timurun qarşısında ona dedim: “Məmmədov, mən kürd xanı Sultan bəy deyiləm ki, sizə inanam. Hansı ki, 1920-ci ildə torpaqları ilə birlikdə Azərbaycanın tərkibinə qatıldı. Ona nə etdiyinizi məndən də yaxşı bilirsiniz”. Onları qovdum”.
Gürcüstan vasitəsilə İrəvana getdim. İrəvanda parlamentdə kürd məsələləri üzrə ekspert olan Əlixane Mame və parlament, hökumət rəsmiləri, Rusiyanın Ermənistandakı səfirliyinin əməkdaşları ilə görüşdüm. Onlar Qarabağda ermənilərin halına acıyırdılar. Amma onlara dəstək imkanları yox idi. Laçına isə hücum etmək iqtidarında deyildilər. Çünki dağlıq hissələrdə 500 əsgərin yerləşdirilməsi kifayət edərdi ki, ora hücum edən ermənilərı qırsınlar… Onlar məndən xahiş etdilər ki, Azərbaycanda kürd ordusunun yaradılmasına imkan verilməsin. Mən onlardan xahiş etdim ki, vertolyotlar vasitəsilə kürdlərin yaşadıqları rayonlara vərəqələr paylanılsın ki, bəlkə mənə inanmadılar. Evə qayıdıb bu məsələni kürdlərin nəzərinə çatdırdım. Yüzlərlə kürd mənə bildirdi ki, əgər ermənilər Kürdistan dövlətini yaratsalar, erməni ordusunda xidmət etməyə hazır olacaqlar”.
“… Mayın 15-də Rusiyanın mərkəzi telekanalında məlumat yayıldı ki, bəs Azərbaycan ordusu ilə kürdlər arasında baş verən atışma nəticəsində kürdlər Qırmızı Kürdistanın paytaxtı Laçını tərk ediblər. Səhəri Babayev və onun dostlarının yanına gedib dedim ki, təcili Laçına getmək lazımdır. Onlar imtina etdilər və erməni və yezidi kürdlərin müsəlman kürdlərin düşməni olduqlarını dedilər. Rus və ermənilərin yaratdıqları Kürdistanın isə onlara lazım olmadığını dedilər. İki gündən sonra mən ailəmlə birlikdə İrəvana, oradan isə Laçına getdim. Mən kürdlərsiz və ordusuz yanmış Laçını gördüm. İrəvana qayıtdıqdan sonra regionlara zəng edib kürd ordusunu yaratmaq və Kürdistanın sərhədlərini qorumaq təklifini verdim. Bunu məndən Ermənistan rəhbərliyi də xahiş etmişdi…
Laçına Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstandan “Yakbun” təşkilatının nümayəndələri gəldilər. Təkcə kürd gənclərinin xidmət istəyi deyildi. Bir aydan sonra, iyunun 9-10-da Laçında Qafqaz Kürdistanın yaradılması deklarasiyası qəbul edildi. Böyük tədbir keçirildi və kürd bayrağı qaldırıldı. Eyni zamanda bu müharibədə kürdlərin neytral mövqedə dayanması qərara alındı”.
“…Ordunu yaratmaq üçün bizə Ermənistan və Gürcüstandan yetərincə gənc lazım idi, hansı ki, minlərlə gənc bu orduda xidmət etmək arzusundaydı. Sonra isə paytaxt Gəncəni azad etmək. Bu zaman keçmiş SSR respublikalarına, o cümlədən Azərbaycana PKK üzvləri gəldilər. Onlar Qafqaz Kürdistanının yaranmasına etiraz etdilər və Böyük Kürdistan yaratmaq istədiklərini, torpağı 5 yerə bölməmək qərarını bildirdilər. Sonra İrəvanda mənim təşkilatçılığım ilə Qarabağ müharibəsinə həsr olunan tədbir keçirildi. Həmin tədbirdə Azərbaycan və Türkiyə nümayəndələri də çıxış etdilər və bildirdilər ki, Laçınla Meğri dəyişilməlidir. Yəni Ermənistan Qarabağla, Azərbaycan isə Naxçıvanla birləşməlidir. Mən onlara dedim ki, Laçın Qafqaz Kürdistanın patyaxtıdır və heç kimə ixtiyar verilməyib ki, ona toxunsun. Bu çıxışımdan sonra ATƏT-in Minsk Qrupu tədbiri bağladı.
3-4 gündən sonra Türkiyə və İranın təzyiqləri başladı. Müdafiə naziri Qraçov və dövlət katibi Burbulis onları sakitləşdirdi. Kürd Azadlıq Hərəkatının rəhbərliyi, başda İşxan Aslan, Əziz Djavo, Gülistan və başqaları olmaqla Laçında növbə çəkirdilər. Məqsəd kürd gənclərinin ora gələcəyini gözləmək idi. Amma biz özümüz də bilmirdik ki, “Qobl” planını dağıtmışdıq. 1993-cü ili martında Qarabağı rəhbəri Koçaryan dedi ki, tezliklə Kəlbəcəri azad edəcəklər. Bu barədə kürdlər xəbərdar olunmalıdırlar. Həm də türklər Laçın ssenarisini pozmasınlar. Mən Koçaryana dedim ki, siz Kəlbəcəri necə azad edəcəksiz ki, ora dağlıq yerdir, bu çətin ola bilər. O isə mənə dedi ki, Vəkil, narahat olma hər şey həll olunub, qan tökülməyəcək. Səhəri gün Tiflisə gəlib telefonla Babayevə, Əhməde Həpoya, Həsənova hansı kürdün telefon nömrəsi məndə vardı hamısına zəng etdim. Onlara dedim ki, Kəlbəcər kürdlərinə xəbərdarlıq edilsin. Mənə söz verdilər ki, bu xəbərdarlığı onlara çatdıracaqlar. Aprelin 2-3-də Kəlbəcəri işğal etdilər… 1994-cü ildə PKK rəhbərliyinin təkidi ilə mən Laçını tərk etdim. Rusiyaya, oradan isə İtaliyaya gəldim. Bundan sonra PKK lideri Abdulla Öcalan yazdı ki, Mohir Valat Kürdistanı satdı“.
V.Mustafayev daha sonra bildirdi ki, Mahir Valat PKK-nın Rusiya və Qərbi Avropa ölkələrinin rəhbəri idi. PKK onu Kürdistanın düşməni elan etdi. Moskva vilayətində yaşayır: “Mohir MDB məkanında PKK gəncləri arasında təbliğat aparırdı və onları Türkiyə dağlarına çəkirdi”.
V.Mustafayevə sual etdik ki, deməli elə sizə özünüzkülər xəyanət ediblər. “Bəli” dedi: “1997-ci ildə mən Öcalana hər şeyi danışdım. O bu vaxta qədər bilmirdi baş verənləri”.
- Onunla harada görüşdünüz?
- Dəməşqdə. Özü məni dəvət etmişdi.
- Öcalanın Qarabağ münaqişəsinə baxışı necə idi. Bu barədə onunla söhbət etmişdizmi?
- Bilmirəm. Amma o, Qafqaz Kürdistanının yaranmasına qarşı deyildi. Amma İraqda Cənubi Kürdistanın yaranmasına qarşı idi. Sonradan fikirləri və baxışları dəyişdi.
- Əgər PKK lideri Qafqazda Kürdistan respublikasının yaranmasına qarşıdrsa niyə bunda maraqlısız?
- Öcalan Kürd Azadlıq Hərəkatının liderlərindən biridir. Ona çox kürd hörmət edir. Onun indi fikrini bilmirəm. Amma MDB-dəki PKK Qafqaz Kürdistanında kürdlərin faciəsinə diqqət yetirmirlər. Onların öz maraqları var.
avrasiya.net

Комментариев нет:
Отправить комментарий