Страницы

03.04.2014

Mən heç kimə deməyəcəm!

Vəfa Mürsəlqızı

 Başını əllərinin arasına almışdı. Arıq , ordları bir -birinə keçmiş üzünü tük basmışdı. Gözlərində bütün əsəb xəstələrinə xas olan bir qorxu, dəhşət vardı, sanki onu qovmuşdular, tutacaqdılar, başına nəsə xoşagəlməz hadisə gələcəkdi. Arada başını qaldırıb mənə baxırdı. Yavaşca çiyinə toxundum
 -Qorxma məndən, mən kömək edəcəm sənə. Söz verirəm, heç bir pis hadisə olmayacaq.
 -Yox, istəmirəm!
 -Danış mənimlə, danış görüm sənə nolub? Birdən birə niyə belə pozuldu əsəblərin. Mən həkiməm, sənə kömək edəcəm. Sən yenə hamı kimi olacaqsan, sağalacaqsan, amma bunun üçün gərək mən dərdini biləm sənin. Sən mənə danışacaqsan?
 Birdən birə üstümə qışqırdı. 
 -Yoooox, çıx get. Danışamayacam. Mən sənə heç nə danışmayacam.İstəmirəm, olmaz, danışa bilmərəm.

 Gışqırdıqca gicgahının damarları ağaca dönürdü sanki, gözləri hədəqəsindən çıxırdı, ağzı köpüklənirdi. Birdən fağırladı və stuldan sürüşüb yerə çökdü. Başını döşəməyə çırpırdı, ağlay-ağlaya and içirdi.
 -Allaha and olsun danışmayacam, vallah, ölənnərimin gorü haqqı deməyəcəm. Heç deyərəm? Mən dəliyəm məyər? Yox demərəm, inan mənə, demərəm , yox, yox .
 Sanitar qapını xəfifcə araladı
 -Doktor, nəsə olub? Kömək lazımdır? 
 -Yox , lazım deyil , amma artıq xəstəni apara bilərsən bu gün bizim dialoqumuz təəssüf ki, alınmadı. Sonra davam edərik.
 Qarşımdakı xəstəlik kağızına nəzər salıram Məmmədov Qalib Tələt oğlu, 1978-ci il təvəllüdlü, bu vaxta kimi heç bir ciddi xəstəlik keçirməyib, ali təhsillidir, doqquz ildir bankda mühasib işləyir, aliləlidir, iki uşaq atasıdır, sosial durumu normaldır. Mən böyük bir təəccüblə gənc adamın haqqında topladığım məliumatları araşdırdım və oxuduqlarımdan sonra təəccübüm daha da artdı. Axı necə ola bilər ki, bu qədər normal həyat tərzi keçirən insan qəfildən güclü sinir pozğunluğu ilə xəstəxanaya düşə? Qalibi bura bir ay öncə həyat yoldaşı gətirmişdi. Göz yaşları içində olan qadın, ərinin qəfildən belə vəziyyətə düşdüyünü danışmışdı həkimə. Arvadı da heç nə bilmirdi ərinin niyə bu günə düşdüyü haqda. Mənin şöbəmə köçürülmüş Qaliblə iki həftə idi ki, mən maraqlanırdım amma təəssüf ki, hələ onu danışdıra, dərdini müəyyən edə bilməmişdim. Aqressiv vəziyyətdə olan Qalib ancaq bir söz deyirdi.”Mən heç kimə deməyəcəm” Bu sözü bəzən dalaşa-dalaşa, aqressiv tonda, bəzən yalvarışla dolu səslə ağlaya-ağlaya təkrara edirdi.
 Evdə uzun müddət Qalibin cuxura düşmüş gözləri, batmış ordları, xəstə baxışları və yalvarışla dolu səsi beynimdən cıxmadı. Səhəri gün mən gecə növbəsindəydim. Sanitar qadın gəlib xəbər Verdi ki, 16-ıncıdakı xəstənin halı yaxşı deyil. Xəstə dayanmadan ağlayır və məni çağırırmış. O saat 16-ıncıya getdim. Ürəyimə dammışdı ki, coxdan bəri aça bilmədiyim siri bu gün açacam. Adətən sinir xəstələri iki cür xəstəlik pikinə çatirlar, birində tamamən özlərinə qapanırlar, ikincidə isə danışıb ürəklərini böşaldırlar. İçəri girəndə Qalib hündür boylu, cüssəli vücudu ilə yerə sərələnmişdi .Dizlərini yerə atıb, başını döşəməyə vururdu. Məni görəndə dikəldi, iri , qara gözlərini üzümə dikdi və quru, sərt barmaqları ilə əlimi qamarladı. 
 -Doktor, yalvarıram, nolar köməy elə da mənə. Mən yaşaya bilmirə ey.. bacarmıram. Səndə dərman var?Ver mənə atım ölüm, yaşamaq istəmirəm. Mən pis adamam , mən axmağam, əclafam, başa düşürsən, mən yaşamalı deyiləm. 
 Bu gün Qalibdə dəlilik əlamətləri az görünürdü. Dediklərini ciddi tərzdə, qüssəli, ağlar halda desə belə bu bir dəlinin ağlamağı yox, ağlı başında olan, amma peşimanlığın son həddinə çatmış bir kişinin göz yaşları idi. Əllərini ovcuma aldım, sakit tərzdə dedim:
 -Qalib, ölüm son çarə deyil, yaşamaq lazımdır! Dərdini danış mənə.
 -Siz heç kimə deməzsiniz?
 -Yox, başa düş, bu həkim sirridir. Sənin və mənim müştərək sirrimizdir və bunu açmaq mənim peşəmə olan xəyanətim olardı. Bu bir növ tövbə kimi, istintaq sirri kimi bir şeydir, mən açmaram sənin sirini.
 -O zaman mən danışacam sənə, doktor. Yox, yaxşısı budur siz oxuyun dəftərdən. Dünən sizing sanitary məndən qrq cildli bir dəftər aldı, o dəftərdə hamısı yazılıb.
 Ona iynə vurdular, sakitləşəndən sonra mən otağıma çəkildim, sanitardan dəftəri tapıb gətirməsini xahiş etdim. Oturub xəstəmin qeydlərini maraqla oxumağa başladım.
 “Mənim ailəm var, iki uşağım və arvadım. Arvadımla heç zaman düz gəlmidik. Artıq 12 il idi evil idik və bu 12 ildə demək olar ki, mehribancasına nahar və ya şam etdiyimiz bircə gün belə yadıma gəlmirdi. Mən şən yaşamağa həvəsli adamam, bəzən aylarla bank hesabıma pul yığırdım ki, ailəmi yayda gözəl bir istirahət guşəsinə aparım. Amma nəticədə həmişə Nailə (arvadımın adı belədir) burnumuzdan gətirirdi hər şeyi. Mən demirəm ki, ideal həyat yoldaşıyam, amma hər halda buna cəhd göstərirdim. Keçən ilin yay ayları idi, təxminən iyun ayı olardı. Mənim məhkəməlik bir işim vardı. Məsələ burasındadır ki, beş il öncə aldığımız bu evin keçmiş sakinləri heç cürə qeydiyyatdan çıxmaq istəmirdilər. Mən də məcbur qaldım məhkəməyə verəm onları. Uzun, üzücü, zəhlətökən məhkəmə prosesi başlandı, qonşularım şahidlik etdi, bir neçə dəfə məkhəmə məmurları bizə gəldi, uzun həngamədən sonra nəhayət ki, proses bitdi və mən mənzilimin tam hüquqlu sahibinə çevrildim. Məhkəmə işimizi Sənurə adlı gənc bir vəkil aparıdı. Gözəl, ağıllı, mədəni bir gənc xanım idi. İlk baxışdan xoşuma gəlmişdi, amma mən bu həyatda sevgi deyə bir şeyə inanmırdım həm də Sənurə ailəli idi. Sənurə ilə proseslə bağlı vaxtaşırı zəngləşirdik. İki dəfə də işlə əlaqədar görüşmüşdük . Son proses bitəndən sonra, mən nəzakət əlaməti olaraq Sənurəni çaya dəvət etdim. Əslində buna nəzakət əlaməti donu geydirsəm də səbəb Sənurədən cox xoşlanmam idi. Hər şey də bundan başladı. Sənurə zəkalı, mehriban qadın idi, mənim arvadımla müqayisədə məlakə idi. Nədənsə gözəgörünməz bir cazibə ilə bu qadına tərəf sürüklənirdim . Boşalmaqda olan barmaqlarımla ailəmdən, uşaqlarımdan yapışmağa cəhd eləsəm də alınmırdı ki, alınmırdı. Sənurə namaz qılırdı, Allahına bağlı, dinin sevən amma kifayət qədər müasir bir xanım idi. Günlər ötdükcə biz daha da yaxınlaşırdıq. Sənurənin də məndən fərqli olsa da problemləri vardı. Baxmayaraq ki, əri pis adam deyildi əri ilə düz gəlmirdilər. Amma insan görünür ki, ürəyinə hökm edə bilmir. Dostluq çərçivəsində başlayan münasibətlərimiz yavaş-yavaş sevgi məcrasına düşürdü. Mən də o da cox qorxurduq bundan, amma deyəsən artıq gec idi. Sevgiyə inanmayan mən hər gün bu qadını daha şiddətlə sevdiyimi hiss edirdim. Bu sevgi mənim ona olan qısqanclığım qədər böyük idi. Mən onu dəli kimi qısqanırdım və onu itirməkdən cox qorxurdum Arada düşünürdüm ki, axı bu ağıllı, gözəl, karyerası və ailəsi qismən qaydasında olan qadını mənə nə bağlayır? Son vaxtlar Sənurə namaz da qılmırdı çünki özünü namaz qılacaq qədər təmiz və günahsız hiss etmirdi. İmkan düşdükcə onunla müxtəlif yerlərdə görüşürdük . Birlikdə olanda elə xoşbəxt, elə bəxtəvər olurdum ki, sözlə deyiləsi deyil. Amma Sənurənin cəmiyyətdəki əlaqələri məni cin atına mindirdi. İşi ilə bağlı ona coxsaylı zənglər olurdu və bu zənglər məni dəli edirdi. Telefonundakı kişi nömrələrini bir-bir təhlil edirdim, zəngimə ikicə dəqiqə gec cavab verəndə və ya mesajıma cavab yazmayanda onu təhqir edir, dalaşır, başına oyun açırdım, ağlıma cürbəcür axmaq fikirlər gəlirdi. Sənurə həmişə mənə güzəştə gedirdi , küsəndə birinci barışan da, ağlayan da hətda yalvaran da o olurdu. Tez-tez rəhmim gəlirdi ona, amma heç cürə qısqanclığımın öhtəsindən gələ bilmirdim. Özümə söz verirdim ki, daha onu incitməyəcəm, iki od arasında qoymayacam, lakin bacarmırdım. Elə bilirdim ki, üzümü yana döndərən kimi o məni aldadacaq. Ya da kimsə məndən fərasətli çıxıb onu əlimdən alacaq. Əslində isə Sənurənin bezəcəyindən ölümdən qorxan kimi qorxurdum.Bir dəfə ona sual verdim:
 -Sənurə, ürəyim, niyə həmişə mən deyənlə razılaşırsan? Niyə etiraz etmirsən.
 -Qalib, məni cox incitmə. Mən həyatımda ilk dəfədir ki, sevirəm. Bilirəm ki, bu sevgi haramdır, məni bu sevgiyə görə daş-qalaq edərlər. Bilirəm ki, Allah mütləq mənim cəzamı verəcək, ya bu dünyada ya da o biri dünyada. Amma ürəyimə hökm edə bilmirəm, bacarmıram.Səninlə razılaşmaq mənim xoşuma gəlir, istəyirəm həmişə sən deyən olsun.
 -Gülüm mənim, mən də nə edəcəyimi bilmirəm. Mən cəhənnəm, amma sənin cəmiyyətdə mövqeyini itirməyindən, qınaq obtekti olmağından qorxuram. Yoxsa hamıya çar çəkərəm səni sevdiyimi. Səniş, canım, mən olmasam bir gün təzədən kimisə sevərsən?
 -Yox, Qalib, mən ölsən belə sənin ruhuna sadiq qalacağam. 
 -Səni bezdirirəm hə? Getmək istəyirsən məndən, hə?
 -Yox canım mənim, mən səndən gedəsi olam bir gün ancaq bir ünvana gedərəm.
 -Hara?
 -Alahıma, dinimə, namazıma.
 Amma bütün bunlar məni ovutmurdu, yenə ondan bircə saat aralı qalan kimi şübhələr beynimi qurd kimi gəmirirdi. Mən bəzən onunla zarafat da edirdim, yalançı, qondarma qsqanclıq səhnələri düzəldirdim. Yazıq Sənurə and içir, ağlayır, sters keçiridi, gecələr yatmırdı, üstəlik də evdə bu vəziyyətini, sarsıntılarını gizləməyə çalışırdı. Mən isə onun gözündəki dəyərimdən, onun sevgisinin böyüklüyündən həzz alırdım. Yeni- yeni səbəblər axtarırdım Sənurəni sevə-sevə incitmək üçün. Bir gün Sənurə növbəti görüşə cox dalğın gəldi. Bir xeyli sakit, səssiz oturdu, gözələri yol çəkirdi. Nəhayət əllərimi ovcuna alıb dedi:
 -Qalib, mən bir qərar verdim.
 -Nə qərar?
 -Mən bu sevgini bitirmək qərarına gəlmişəm. Gəl bundan sonra sadəcə dost olaq. Yaxşı, mehriban dostlar. Mən isə dinimə qayıdıram. Bilirəm Allah bəlkə də bağışlamayacaq məni etdiklərimə görə,Amma mən cəhd edəcəm. Dua edəcəm,Allahıma yalvaracam, onun lütvünə sığınacam, namazıma dönəcəm.
 Mat qalmışdım, danışa bilmirdim. Bu necə ola bilərdi, mən Sənurəni sevmədən necə yaşaya bilərdim axı? Ürəyim yenə şübhəylə doldu. 
 -Yalan deyirsən, kimsə var hə həyatında? Düzüb de, məni aldatma, mən uşaq deyiləm. Dolama məni, ay qız sənin ipliyini bazaar elə çıxararm ki, özün də mat qalarsan.
 Mən özüm də öz danışdığıma inanmırdım, amma elə ağır, axmaq sözlər danışırdım ki, sanki bu mən deyildim. Sənurənin gözləri böyümüşdü.
 -Sən nə danışırsan?
 -Nə danışıram? Telefonundakı mesajlarından danışıram. Sənin ikicə dənə sevgi mesajını ərinə göstərsəm bəs edəcək də. Səni boşayacaq, atacaq çölə, uşaqlarını da alaçaq əlindən.
 -Qalib, yəni bu sənsən? Yəni sən bunu edərsən? Gicləmə, bu nə sözdür danışırsan.
 -Dur ged burden, rədd ol. Daha onsuzda mənimlə qalmaq istəsən də mən istəmirəm səni.
 Bu sözləri ürəkdən demirdim, əslində Sənurəni qorxutmaq, getməsini əngəlləmək idi məqsədim.Qızın gözləri qorxudan, həyəcandan ən başlıcası isə duyduğu peşimançılıqdan bərəlmişdi. Əlləri əsə-əsə çantasını yığışdırdı. Ağlıma qəribə bir fikir gəldi, Sənurə ilə zarafat etmək, onu yalandan qorxutmaq. Əslində heç zaman bayaq dediyim sözləri həyata keçirməzdim Biçarə qız nə yaşamışdısa mənimlə yaşamışdı. Sənurəni itirmək istəmirdim deyə belə axmaqlamışdım, güya öz gic ağlımla onu şantaj edirdim. Sənurə fikirli-fikirli üzümə baxdı.
 -Qalib, düz deyirsən, edəcəksən dediyini?
 -Hə edəcəm, necə məyər? Günü sabah telefon danışıqlarımızı çıxardacam, qoyacam ərinin qabağına. Baxarsan sən, gör neyləyəcəm ? 
 Sənurənin halı xeyli dəyişmişdi, Mən elədiyim dəlilikdən zövq alırdım, ləzzət edirdi öz zarafatım mənə. davam etmək qərarına gəldim. Bu axmaq zarafatı uzadacaqdım bir neçə gün. Bir azdan Sənurə mənə zəng vurdu, bayaq söylədiklərimin nə dərəcədə ciddi olub-olmamasını soruşdu. Mən də tam ciddi şəkildə edəcəyimi dedim.
 -Qalib, sən bununla mənim ölüm hökmümü verərsən dedi. 
 -Vecimə deyisən, get dininə yalvar səni xilas etsin. Günü sabah çıxarışları göndərəcəm sizə.
 Səhər Sənurəyə zarafat etdiyimi deyəcəkdim. Onun steresdən sonra həsrətlə boynuma atılması, sevinclə gülümsəməsi mənə zövq verirdi..Bəlkə də onu sonda bu xoşbəxt, rahat təbəssümü görməkdən ötrü incidirdim. Səhər bir xeyli gözlədim, saat 10-dan sonra zəng vurardım adətən.
 Nəhayət telefonu götürüb Sənurənin nömrəsini yığdım. Telefonuna zəng çatmırdı, söndürülmüşdü. Yəqin küsmüşdü məndən. Axşama kimi beş- altı dəfə zəng vurdum, amma telefona cavab verən olmadı. Axşam bir yad qadın açdı telefonu, ağlar səslə dedi:
 -Kim lazımdır? 
 -Sənurə, sənsən? Sənurə lazımdır mənə. 
 -Sənurə bədbəxt baha yoxdur ay oğul.
 -Necə yəni, daha yoxdur nədir? Hara gedib ki?
 - Sənurə rəhmətə gedib bala!
 Telefon yerə düşdü əlimdən, özümü salxaya bilmədim, hönkürdüm. Sənurəyə nolmuşdu axı dünən. Niyə vəfat eləmişdi sappasağ adama nola bilərdi qəfil. Tezliklə hər şeyi öyrəndim Sənurəni dünən maşın vurmuşdu, yol keçəndə. Mənə elədiyi zəngdən sonra baş vermişdi hər şey. Sənurənin xasiyyətini bilirdim, ız cox fikirli , peşiman və üzgün olmuşdu. Sevdiyim qadını bax beləcə öldürmüşdüm mən. Bu gün Sənurənin yedisidir amma mən hər gün bir az ağlımı itirdiyimi hiss edirəm. Mən dəli oluram artıq deyəsən”
 Burda bitirdi əhvalat. Dəftəri bükdüm, gözlərimi yumdum, bütün bədənin oxuduğum yazının təsirindən gərgin vəziyyətdə idi. 
 Bir aydan sonra Qalibi ruhi xəstələr üçün nəzərdə tutulmuş dispanserə köçürdəsi olduq, çünki artıq tamamilə özünə nəzarəti itirmişdi. Tez-tez intihara cəhd edirdi. Həkimlərin dediyinə görə hələ də təkrar edirmiş ki, “Mən heç kimə deməyəcəm”.

Комментариев нет:

Отправить комментарий