Страницы

24.04.2014

Qafar Şövqi - Şeytan vurur

Başımıza cin vurmasa, şeytan vurur,
İndi müsəlmanı müsəlman vurur.

Get-gedə avropalaşan mollamız,
Şam namazından sora şampan vurur.

Neftimiz əslində qutarmış bizim.
İndi kanalzasiya fantan vurur.

Cəngidə mərd düşmanımız yox bizim.
Hamı kürəkdən tapıb imkan vurur.

Öz başına olmadığıçün yəqin,
Öz başına Azəribaycan vurur.


Evdəki şalbanları ram eyləyən,
Çöldəki şalbanlara elan vurur.

Öyrənirik adi qanın qiymətin
Hirslənirik, beynimizə qan vurur.

Bardakı ceyranlara beş vermişik,
Ovçu nişangahını asan vurur.

Cismi qürursuz, üzü nursuzlara
Şilləni şeiri ilə qəzəlxan vurur.

Комментариев нет:

Отправить комментарий