Страницы

15.04.2014

Türklər Azərbaycanı çapıb talayır

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə vətəndaşının çantasından və köynəyindən xeyli miqdarda pul çıxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun nəzarət zonasını keçən Türkiyə Respublikasının vətəndaşı Kirazlı Amil Hasana məxsus əl çantası "Rapiscan 628" markalı X-Ray aparatından keçirilən zaman monitorda pul əskinaslarının təsvirləri görünüb.
Bununla əlaqədar olaraq, həmin vətəndaşın əl yükünə gömrük baxışı, eləcə də üzərində şəxsi yoxlama aparılıb. Kirazlı Amil Hasana məxsus əl çantasına baxış zamanı çantadan gömrük nəzarətinə bəyan olunmayan 40 min 350 ABŞ dolları aşkar edilib.
Onun üzərində şəxsi yoxlama aparılarkən isə əynindəki köynəyin cibindən gömrük nəzarətinə təqdim edilməyən 10 min avro aşkar olunub.
İlkin araşdırma zamanı Kirazlı Amil Hasan izahatında həmin pulları Bakı şəhərində mülk almaq üçün İstanbul şəhərindən gətirdiyini, lakin işi alınmadığına görə geriyə aparmaq istədiyini və sözügedən məbləğdə nəğd pulun respublikadan kənara çıxarılmasına qanunvericiliklə yol verilmədiyini və bunu bəyan etməli olduğunu bilmədiyini qeyd edib. /dia.az/

Комментариев нет:

Отправить комментарий