Страницы

31.05.2014

Ağa, siz belә mehriban olduğunuz halda, niyә Amerika sizdәn bu qәdәr qorxur?

5 yaşlı Seyyid Әli Әzizi, imam Xomeyni (ra) hüseyniyyәsindә Ayәtullah Xamenei ilә birgә şirin dialoqu ilә yadda qalıb. 

Nardaranpiri.com-un "Tәsnim" xәbәr agentliyinə istinadən verdiyi mәlumata görә, bir müddәt öncә atasıyla, Ayәtullah Xameneinin imamlığı ilә baş tutacaq camaat namazı üçün İmam Xomeyni (ra) adına hüseyniyyә gәlәn 5 yaşlı seyyid Әli, atasının әlini buraxıb inqilab rәhbәrinin yanına qaçaraq onun әlindәn tutur.
Öz zәkası ilә hәmyaşıdlarından seçilәn vә 5 cüz quran hafizi olan Seyyid Әli Әzizi, inqilab rәhbәrinin öz şәrfini dәfәlәrlә digәrlәrinә hәdiyyә etdiyini müşahidә edibmiş. Bunun üçün dә O, Ayәtullah Xameneiyә "ağa şәrfinizi mәnә verәrsiz?" deyir.
Ayәtullah Xameneyi muhafizәçisinә işәrә edәrәk deyir ki, "şәrfin verin ağaya".
Daha sonra isә Balaca seyyid, onun başına nәvazişlә sığal çәkәn Rәhbәrdәn, yaddaşlarda qalan bir sual soruşur. "Ağa, siz belә mehriban olduğunuz halda, niyә Amerika sizdәn bu qәdәr qorxur?" Ayәtullah Xamenei 5 yaşlı seyyid Әlinin bu sualına tәbәssümlә reaksiya verәrәk başına sığal çәkir. Bu anda Cәnab Xameneinin yaxınlarından biri 5yaşlı Әliyә "Ağa yaxşı insandır. O Allahdan qorxduğundan, onlar (Amerika) da ağadan qorxurlar" deyә cavab verir.
 Seyyid Әlinin atası deyir ki, hәr dәfә Әli bu hadisәni xatırlayanda deyir ki, rәhbәr mәnә "ağa" dedi. /nardaranpiri.com/ 

Комментариев нет:

Отправить комментарий