Страницы

21.05.2014

Mərdan Əzimov - Həzin düşüncələr

Ruhən müstəqil, cismən qul olan insanların şəhərində yaşamaq çox çətindir. Hər sabahını maşın siqnallarının səsi ilə açarsan. İstəmədən qulaq müsafiri olarsan bayırdakı insanların mütləq bir əclaflıq üzərində qurulmuş dialoqlarına…
Hamı həyatını nadanlıq üzərində qurur və hər kəs dünyada olub bitən heç bir şeydən hali olmur bu şəhərdə. Gənclərinin beynində fırlanan təkcə canlı qadın, birazda, çox azda kişi… Yaşama səbəbləri sırf qarın doyurmaq, bu günü qapayıb yataraq sabah yenidən eyni şeyləri, eyni işləri görərək günü günlərinə sırıyırlar. Artıq yeni açılmış daha bir gündə də, daha bir gün də sadalaqdılarımın izləyicicisi, bəlkə də oyunçusu olacam…
Bu günümün sabahı xoşluq içərisində açılır. Və bu günün doğumunun həzin notlar üzərində köklənməsindən  hiss etmişdim ki, nə isə bir boşluğun dolması gerçəkləşəcək. Amma günün davam etməsinə baxmayaraq heç bir boşluğun dolması prosesi gerçəkləşməsə də günüm xoşluq içərisində keçir…
Bu gün günlərdən şənbədi. Şənbələr, bazarlar həftə sonu olduğu üçün daha çox xoş təəsurat bağışlayır adama. Eynilə bayram günlərindəki bağışlanmış təəsurat kimi…

Bayram günlərini çox sevirəm, tamam başqa olur bayramlar. Norvuz bayramını daha çox sevirəm.
İndiki kimi yadımdadır, Novruz bayramının axır çərşənbəsi idi. İlk dəfə gec yatdığım o vaxt olmuşdu.
Saat 2-ə 15 dəqiqə qalmış yatmışdım, çox sevinirdim. Gec yatmağın bir uğur olduğunu zənn edirdim. Səhəri gün gec yatmağın necə bir duyğu olduğunu bütün dostlarıma danışdım, həm də danışmaq bir yana gec yatmağımla öyünürdüm də. O vaxt uşaq idim, indi isə 19 yaşım var, 20-nin kandarındayam və indilərin hər gecəsi gec yatıram. Amma sabahlar ayılanda heç o vaxtki duyğular, dostlarla paylaşmalar, oyünmələr olmur.
Bəzən uşaqlığın məni tərk edib getdiyini düşünürəm, kaş ki, tərk etməyəydi…

Комментариев нет:

Отправить комментарий