Günay Ümid
Mən heç böyümədim ki…
Baxışlarım yollara dikilməkdən böyüdü, Ürəyim içimin danlağından genişləndi. Özümsə həmişə uşaq qaldım. Məncə hər kəsin özünü qoyub gəldiyi bir yer var, mən özümü uşaqliğımda qoyub gəlmişəm, doya-doya yaşaya bilmədiyim uşaqlığımda...
Bilirəm, yenə ürəyin narahatdı mənə görə, bir az küskünsən, amma bacarsan bu dəfə bagışlama məni…Bütün cızmaqaralarımı yandırmaqla hədələ məni, onsuz da “şeir şairin övladıdır” fikriylə heç vaxt razılaşmamışam… Onlar məni o qeder yandırıb ki, ana, həmişə gec qalmışam yaşama…bəlkə də qələmlə yoldaslığımın səbəbkarı elə sənsən. Bir az atasızlığımı unutdurmaq arzusu idi yazmağımın səbəbi, bir az çətin uşaqlığımız idi barmaqlarma qələmi boğduran.
İlk dəfə məktub yazmağım da yadımdadı. Üçüncü sinifdə oxuyurdum. Atama, həbsxanaya məktub yazırdım.
Sol əlimlə yazdığım üçün əllərimi tənbeh də etmişdin çubuqla, barmaqlarımdakı zolaqlar göynədikcə mən də yazımı yarımçıq saxlayaraq məktubumu tənbeh etmisdim. Yox... elə iki əllə yazmağımi da mənə sən öyrətmişdin…evdə sağ, məktəbdə sol əllə.. Hə, beləcə pozmuşdum qanunauyğunluqlarımı.
Yazılarım məndən daha ağıllıdı ana, mənsə dağınıq, səliqəsiz, sərsəri həyatımın yeganə ağıllısıyam.
Fikir vermə yazdiglarıma, yenə danla, “boş –boş yazılara zaman ayırıb uşaqlara korluq verirsən”, “sən heç vaxt bizimlə deyilsən , ağlın elə həmişə hardasa gəzir” de, sonra küs məndən.. onsuz da məni anlamaq çətindir… Məni içimə sürükləyən bütün ağrılarımın hayıfını çıx məndən, qına məni, böyük hərflərlə üstümə qışqırıb “AXI SƏN ANASAN!” de. Onsuz da heç vaxt bilməyəcəksən gecələr vicdanımı başıma çəkib səhərədək ağladıgımı, Bu məktubu da sənə çatmayacaq deyə yazdım.. elə yarımçıq.. Lap atama yazdığım məktub kimi yarimçıq!..

Комментариев нет:
Отправить комментарий