Страницы

25.06.2014

Götür şələ şüləni...

Gunel Treu

götür şələ-şüləni, get
tərk et ürəyimi, adam.
gedəndə cırp qapısını
yaxşı ört ki, acılmasın.
ki, qayıtma bir də geri,
hesab et ki sənə yadam.
hesab et ki, tanımadıq
nə sən məni, nə mən səni!
caşıb qalmışam həyata
allah belə etməz axı!
bir bəndəsin bu qədər də
gözdən iraq atmaz axı...
ağır gəlirsən könlümə
daşıya bilmirəm səni.
sevəni yanında olan
bəzi bəxtəvərlər kimi,

saclarını qarışdırıb
oxşaya bilmirəm səni.
bəlkə bir gün gələcəysən
bir həzin görüş olacaq.
qucağlayacağsan məni,
ağlayacam sinən üstə.
ama onda saclarımın
ağı qarasından artıq,
üzümdə qırış olacaq.

Комментариев нет:

Отправить комментарий