Kriminal aləm. Bu iki sözün yaratdığı assosiasiya heç vaxt birmənalı olmayıb. Cinayət törətmiş şəxsin cəmiyyət tərəfindən necə qəbul olunduğu aydındır. Ancaq başqa bir məqam da var. Cəmiyyət məhkumlara həmişə həssaslıqla yanaşır. Cəmiyyət onlara məhz azadlıqdan məhrum olunmuş şəxslər prizmasından baxır. Onların isə öz yazılmamış qanunları var. Təbii ki, bu aləmi sözün tam mənasında araşdırmaq iddiası “boyundan yuxarı tullamaq” fikrinə düşmək olardı.
TARİXİ MÜLAHİZƏLƏR. Kriminal aləmlə yaşayanlar birmənalı şəkildə hesab edir ki, nə vaxtdan cinayətə görə cəza var, elə o dövrdən də yazılmamış qanunlar var. Mübahisə mövzusu olsa da, əslində bu, həqiqətə yaxın bir mülahizədir.
Yazılmamış qanunlarla yaşayanlar bu cür həyat tərzinin insan bərabərliyinə dayanan bir düşüncə tərzi olduğu qənaətindədir.
Azərbaycandakı kriminal aləmin Rusiyadan bəhrələndiyi danılmazdır. Terminlərindən tutmuş mövcud təsir məkanına qədər bir çox amillər bunu deməyə əsas verir.
Rusiyada kriminal aləmin təşkilatlanması bir çox tarixçilər tərəfindən Stalin dövrü ilə bağlansa da, bununla razılaşmayanlar var. Çar II Nikolayın dövründə həbsxanalarda kriminal avtoritetlərin olması razılaşmayanların əsas arqumentidir.
Həmin dövr Azərbaycanda yaşamış qoçular da bu təbəqəyə aid edilən insanlar sırasındadır. Amma onlar təşkilatlanmamışdı, hərə öz aləmi ilə yaşayırdı.
Keçmiş sovet məkanında kriminal aləmin əsasən təşkilatlanması Stalin dövründə baş verdi. Bəziləri hesab edir ki, kriminal aləmə kifayət qədər bələd olan Koba həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra “obşak” adlandırılan mexanizm qurulub.
Bir maraqlı fakt da deyilənlərin dolayısı ilə təsdiqi ola bilər.
Bu sahənin bəzi araşdırıcıları hesab edir ki, qəhrəmanlıq dastanımız olan “Koroğlu”da da hazırkı “obşak” elementləri var.
“OBŞAK” İDEYASININ MÜƏLLİFİ - TARİXİ ARAYIŞ. Bu yerdə xırda tarixi arayışa ehtiyac duyulur.
İslah Əmək Düşərgələri yaratmaq ideyası Türkiyə əsilli yəhudi Naftali Frenkelə məxsusdur. Həmin dövrə qədər sovet məhkumlarına cinayətkar kimi baxılırdı, ondan sonra isə cinayətkarlara həm də ucuz əmək mənbəyi kimi baxılmağa başladı.
Naftali Frenkel 1883-cü ildə İstanbulda anadan olub. Kommersiya İnstitutunu bitirdikdən sonra Rusiyanın Donetsk quberniyasında meşə məhsulları ticarəti ilə məşğul olan müəssisə açıb. Kommersiya fəaliyyətinə uğurla başlayan Frenkel “Kopeyka” qəzetini təsis edir.
Fevral burjua inqilabından sonra Türkiyəyə qayıdarkən o, topladığı kapitalı da özü ilə aparır. Öz sahəsini yaxşı bilən Naftali Frenkel 20-ci ildə sovet hökumətinin yadına düşür. Frenkel Rusiyaya qayıtdıqdan sonra qiymətli metallar birjasını yaradır. Birjanın işində zəifləmələr hiss olunanda o həbs edilir və Lubyanka türməsnə salınır.
Öz köhnə əlaqələrini işə salan Naftali Frenkel İslah Əmək Düşərgələri yaratmaq təşəbbüsünü Baş Siyasi İdarəyə çatdırır. Təklif bəyənilir. 1928-ci ildə az məsrəflə böyük işlər görmək sxemi dəqiqləşir. Təklif müəllifi birbaşa məhkumlarla təmasda olaraq düşərgələrin mikroklimatını öyrənir. Beləliklə, Naftali Frenkel cəza çəkdiyi düşərgənin iqtisadi şöbəsinin rəhbəri kimi fəaliyyətə başlayır. 1929-cu ildə İosif Stalin Frenkellə görüşmək istəyir. Təkbətək görüşdən sonra Frenkel kabineti xüsusi səlahiyyətlərlə tərk edir. Belamor kanalının tikintisi təcrübə zonası seçilir. Bu işinə görə sabiq “zek” Lenin Ordeni alır.
Frenkel qazandığı uğurları belə izah edirdi: “Düşərgələrdə qayda-qanun daxildən tənzimlənməlidir. Bunun üçün müəyyən kateqoriya “zek”lərə güvənmək lazımdır. Onlar avtoritetlərdir”.
Frenkelin bu ideyası təcrübədə özünü doğruldur. O üç dəfə Lenin Ordeni alır, general-leytenant rütbəsinə qədər qalxır.
MƏQSƏD. “Obşak” mexanizminin qurulmasının əsas məqsədinə kriminal aləm bir qədər fəlsəfi anlam verir. Bərabərlik. İnsanlar mümkün qədər bərabərliyə yaxın olmalıdır. Axı nəyə görə birinə hər şey, birinə heç hə?
Bu məsələdə zor tətbiq edilməsi məqbul sayılmır. Hər şeyin könüllülük əsasında baş verməsi “obşak” üçün çox mühüm şərtdir. Əgər kimsə öz payına düşəni başqası ilə bölmək istəmirsə, onu məcbur etmək olmaz. Və yaxud da kiməsə məxsus olan nəsə ancaq onun tələbatı qədərdirsə, ondan nəsə gözləmək düz deyil. Amma istisnalar da olur.
Harınlamışlara zor tətbiq olunması qəbul edilən praktikadır. Buna görə də bir çoxları korrupsiyanın səviyyəsi ilə “obşak” və hakim zümrə arasında uçurumun düz mütənasib olduğunu söyləyir. Bəziləri isə korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Görünür, harınlara münasibətdə olan istisnalar da bundan qaynaqlanır. Məsələn, bir vaxtlar kimsə hansısa yola külli miqdarda vəsaitə malik olurdusa və o, vaxtaşırı “obşak” üçün “qref” edirdisə, yəni müəyyən vəsait ayırırdısa, deməli, toxunulmaz hesab olunurdu. İndi situasiya bir qədər dəyişib.
70-ci illərdə sovet məkanında “obşak”dakı vəsaiti formalaşdıran mənbələrdən biri də qumar oyunlarına qoyulan xüsusi “vergilər” idi.
“Obşak”ın yaradılmasında başqa məqsəd görənlər də var. Onlar hesab edir ki, bu yolla avtoritetlər kriminal aləmi sadəcə nəzarətdə saxlayır. Və bu nəzarət bir çox hallarda həbsxanalarda əmin-amanlığa gətirib çıxardığından həmin cəzaçəkmə yerlərində “obşak” yaradılmasına maneçilik törədilmir. Məsələn, 70-ci illərdə Mərkəzi Uralda kriminal aləmə nəzarət edən “Sedoy” ləqəbli qanuni oğrunun 17 saylı İƏM-də qiyamın yatırdılması üçün həmin həbsxanaya gətirilməsi və problemi həll etməsi tarixi faktdır. Amma kriminal aləm bunu birmənalı qarşılamayıb. “Sedoy”a ölüm hökmü kəsilib.
NƏZARƏT. “Obşak” daim nəzarət altında olur. Bu işə rəhbərlik edən şəxs əslində çox ciddi sınaqlarla seçilir. Məsələn, gecənin bir aləmində həmin şəxsi qaldırıb “obşak”da olanların siyahısı soruşula bilər. Bir balaca çaşqınlıq həmin adamın karyerasına ağır zərbə hesab olunur. “Obşak” “bratva” adlanan və heç bir ləkəli hərəkəti olmayan kriminal avtoritetlərə həvalə edilir. Əksər hallarda “obşak”ın yaradılması lotuların- qanuni oğruların göstərişi ilə həyata keçirilir.
QANUNİ OĞRULAR. Bu adı almış şəxslər kriminal aləmdə son söz deyənlərdir. Yəni onların sözü mübahisə və müzakirə obyekti ola bilməz. Bir çox problemləri yoluna qoymaq iqtidarında olan lotulara heç də hər bir problemlə müraciət etmək olmaz. Yaxud da özünə inanmayan və hərəkətlərinin mahiyyətini axıra qədər dərk etməyən şəxsin lotuya müraciəti arzuolunan deyil.
Bir məqam da çox maraqlıdır. Lotu olan həbsxanada soyuq silah saxlamaq kriminal aləm tərəfindən qəbul edilmirdi. Bunu şərtləndirən əsas məqam ondan ibarətdir ki, bu aləmin adamları üçün lotu güc və ağılın rasional vəhdətinin nümunəsidir. Belə şəxslərin həbsxanadan qurtulmaq üçün rüşvət verməsi məqbul sayılmır. Çünki həbsxana onların evi hesab olunurdu. Evini tərk etmək üçün rüşvət vermək “qrex” hesab edilirdi. Bu insanlar üçün millət, dövlət, qohum anlayışları yox hesab olunurdu.
Amma indi situasiya bir qədər fərqlidir.
DEQRADASİYA, YOXSA MÜASİRLƏŞMƏ? Ötən əsrin 30-cu illərindən başlanan “obşak” hərəkatı SSRİ-nin dağılmasından sonra deqradasiyaya uğradı. 90-cı illərdən başlayaraq kriminal aləmində dəyişikliklər baş verdi. Bu dəyişiklikləri isə bir çoxları qəbul etmir. İndi mübahisə mövzularından biri də kriminal aləmin digər sahələr kimi aşınmalara məruz qaldığıdır.
Məsələn, əvvəllər kriminal aləm dəbdəbəyə bu qədər meylli deyildi. Və ümumiyyətlə, dəbdəbə lotular üçün yad hesab olunurdu. İndi isə vəziyyət dəyişib. Yəni kriminal aləm imkan dairəsində dəbdəbədən imtina etmir, əksinə, daha imkanlı və daha pullu olmaq daha çox təsir imkanına malik olmaq anlamına gəlir.
Bundan başqa, köhnə qanunlara görə, “qanuni oğru” işləməməli idi. Nə azadlıqda olanda, nə də həbsdə. Amma indi bu şəxslərin biznes sahələrində öz şəbəkələri var.
Və yaxud, əvvəllər lotular ailə qurmaqdan imtina edirdi. İzah isə belə olurdu ki, həmin şəxsə təzyiq imkanları minimum olsun.
Bunlardan başqa, vaxtı ilə “poqon əhli” ilə nəinki əməkdaşlıq, hətta sadəcə münasibət saxlamaq da münasib hesab edilmirdi. Amma indi hüquq mühafizə orqanları ilə “kriminal aləm” arasında müxtəlif sahələrdə iş birliyi faktları ilə bağlı vaxtaşırı informasiyalar yayılır.
Sovet dövründə də muzdlu qatillər var idi. Amma həmin dövrün qatilləri görəcəyi işdən sonra bunun necə qiymətləndiriləcəyini də düşünürdü. Yəni qətlə yetirəcəyi şəxsin buna layiq olmayacağı halda özünün cəzalanacağını göz önünə alırdı. Kriminal aləm belə səhvləri bağışlamırdı. İndi isə bunun fərqinə varılmır.
Asəf Quliyev bugun.az

Комментариев нет:
Отправить комментарий