Страницы

25.06.2014

Lent.az İŞİD-ə qarşı döyüşənləri terrorçu adlandırdı

Lent.az xəbər saytı "İŞİD-ə qarşı döyüşəcək terror təşkilatları məlum oldu" başlıqlı xəbər dərc edib

Lent.az-ın cinayətkar təkfirçi vəhhabi qruplaşmasına qarşı döyüşənləri "terrorçu" adlandırması elə də təəccüblü deyil. Belə ki, bundan öncə də, vəhhabi terrorçuları bu saytda mücahid, döyüşçü, üsyançı kimi tanıtdırılıb.

Lakin bu cinayətkar şəxslərin lent.az kollektivinə və ya sponsorlarına qarşı hər hansı cinayət törədəcəyi halda da onlar bu terrorçuları mücahid və ya onlarla mübarizə aparanları "terrorçu" adlandıracaqmı? 
Sayt yazır ki, "Türkiyə mediası cihad çağırışından sonra İŞİD-ə qarşı vuruşacaq şiə və sünni terror təşkilatlarının siyahısını hazırlayıb."
Saytın xəbərdəki mövqeyindən belə başa düşülür ki, İŞİD-ə qarşı döyüşənlər "terrorçu", cihad çağırışı verən müctəhidlər isə "terrorçuların rəhbərləridir". 
Siyahıda həm sünni, həm də şiələrdən ibarət müqavimət təşkilatlarının adı qeyd olunub. Bundan başqa İraq ordusunun xüsusi xidmət orqanlarından hazırlanmış briqadaların adları da "terrorçu" siyahısına əlavə edilib. İraqlı gənclər, könüllülərdən təşkil olunan bu briqadaların öz vətənlərini qoruması lent.az-ın düşüncəsinə görə terrorçuluqdur.
Avropa İttifaqının belə terrorçu təşkilat adlandırmadığı bu təşkilatları lent.az saytı terrorçu kimi görür. 

islamazeri.az

Комментариев нет:

Отправить комментарий