Страницы

29.06.2014

Əlixan Qaya - Ay işığı

BU HƏYAT

Biz həyatımızda yamsılayırıq ölümü
Axı bu həyat deyil ki!
Cürdəyi sına bu qız dünyanın
Əlləri boş qala, qolları açıq
Məni qoynuna ala
Bağrına basa
Qəfəsdən uçan balaca quşu
Həyalı bənövşə bağrına basan kimi

ÜMİDLƏR

Laylay çaldı gecə mənə ümidlər
Səhər pəncərəni mən açıq gördüm
Hicranın dərdinə dözsə də ürək
Dedim: bir gün ümidlərim gələcək
Qapımızı döyəcək


AY İŞIĞI

Həyətdə itimiz acıqlı hürdü
Pəncərəni açdım
Ay işığı göydən enib düşdü evə
Mənə dedi: yazıq iti danlama
İt də aya baxıb
Quyruğunu bulladı

Комментариев нет:

Отправить комментарий