Страницы

19.06.2014

Məlahət Nəsibova hansı məzhəbə qulluq edir?

Hüquq müdafiəçisi deyəsən, İslamla mübarizəyə başlayıb

Azərbaycanın tanınmış hüquq müdafiəçilərindən sayılan, bu yaxınlarda «Qəhrəman jurnalist» titulu almış, Naxçıvanda QHT sədri olan Məlaşət Nəsibov ilə bağlı olduqca maraqlı bir məlumat yayılıb. 
Politika.az xəbər verir ki, ötən ilin 15 yanvarında Norveçin Oslo şəhərində «Müsəlman qadınların hüquqları» mövzusunda tədbir keçirilib. Həmin tədbirdə Azərbaycanı təmsil edən Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova İslama qarşı çıxış edib. O deyib ki, Azərbaycanda qadınlar artıq qapanmağa başlayıblar. «Dini mərasimlər keçirilir, hətta toylar belə dini şəkildə keçirilir. Bu pis və təhlükəli haldır».
Həmin məlumatda deyilir ki, hicablıların sayının artmasından ciddi şəkildə narahat olduğunu deyən QHT rəhbəri cəmiyyətin İslama üz tutmasını İranla da əlaqələnidirib. «İranda olan pis hallar özünü bizdə də göstərməyə başlayıb. Dini mərasimlər belə dini qaydalara uyğun keçirilir”. 
Maraqlıdır ki, Məlahət Nəsibova bu yaxınlarda İordaniyada keçirilmiş «İslam ölkələrində qadın hüquqları» adlı konfransda da çıxış edib. Məlumatda deyilir ki, Osloda olduğu kimi, Ammanda da mövzuya dəxli olmayan şəkildə çıxış edən QHT rəhbəri İslama qarşı fikirlər səsləndirib. 
Amma başqa bir maraqlı məqam da var. Belə ki, bu ilin martın 18-də dünyasını dəyişmiş anası Şamama Nəsibovanın yas mərasimi əsl İslam qaydaları və qanunlarına uyğun keçirilib. Elə bu səbəbdəndir ki, onu yaxından tanıyanlar təəccüb ediblər. Ən azından ona görə ki, İslam qaydalarına qarşı çıxış edən hüquq müdafiəçisinin üzdə bir, arxada bir başqa şəkildə davanmasını anlamayıblar. Və bunun nə ilə bağlı olduğunu da kəsdirə bilmirlər. /politika.az/

Комментариев нет:

Отправить комментарий