Страницы

03.06.2014

Qlobal kapitalizm insan irqini məhv edir

Rövşən Məmmədli

"Beynəlxalq kapitalizm, ehtirası dünya tarixində təsirli bir amilə çevirib. Nəzarət edilməyən, ehtirasa əsaslanan kapitalizm Birinci Dünyanın əmək qüvvəsinin iş imkanlarını məhv edir. Həm də maddi resursları qlobal kapitalistlərə xidmət edən ixracat yönümlü monokultur sahələrinə çevrilmiş Üçüncü Dünya ölkələrinə özü-özünü təmin etməyə imkan vermir. Böhran başlayacağı təqdirdə, kapitalistlər "digər" insanların  aclıqdan ölməsinə göz yumacaqlar". Dr. Paul Kreyq Roberts

İqtisadi nəzəriyyə sərbəst qiymətin və aktiv əməliyyatların kapitalist sistemdə maksimum sayda insan üçün rifah şəraitinin yaradılmasını  təmin etməsini öyrənir. Ziyanlar, xərclərin  istehsal dəyərindən çox olduğu iqtisadi əməliyyatları göstərir, buna görə də bu əməliyyatlarda kəsir olur.
Mənfəət, istehsal dəyərinin xərclərdən çox olduğu iqtisadi əməliyyatları göstərir, buna görə də burada qazanc artır.
Bu nəzəriyyə Amerika Mərkəzi Bankının "iflas etməyəcək dərəcədə böyük olan" banklara verdiyi dəstəkdə olduğu kimi ziyanı ümumiləşdirib, mənfəəti özəlləşdirdikdə və bir çox iqtisadi əməliyyatlar bir neçə maliyyə quruluşunun əlində toplandıqda keçərli olmur. Dövlət tərəfindən subsidiya alan "özəl" banklar, Böyük Britaniya, Fransa və İtalyanın əvvəllər xalq tərəfindən maliyyələşdirilən ictimai sənayesindən və keçmiş kommunist ölkələrindən fərqli deyil. Banklar qabiliyyətsizliklərinin, hərisliklərinin və sui-istifadələrinin xərclərini vergi ödəyicilərindən çıxır. Həqiqətən də, İngiltərə və Fransadakı ictimai quruluşlar daha effektiv şəkildə işləyirdi və ABŞ-ın "iflas etməyəcək dərəcədə böyük olan bankları"nın əksinə milli iqtisadiyyatları, xüsusən də bütün dünyanı təhlükə ilə təhdid etmirdi. İngilislər, fransızlar və kommunistlər heç vaxt bir neçə mahiyyətini itirmiş və qabiliyyətsiz maliyyə şirkətini xilas etmək üçün illik 1 trilyon dollar çap etmək məcburiyyətində qalmamışdı.
Bu yalnız kapitalistlərin, mahiyyətini itirmiş Amerika Ali Məhkəməsinin təsdiqiylə, seçiciləri deyil, onları təmsil edən hökuməti belə satın ala biləcəyi "sərbəst bazar kapitalizmi"ndə reallaşa bilər. Buna görə, hökumətin vergi tutma və pul yaratma qüvvəsi, ölkənin digər hissəsinin əleyhinə olacaq şəkildə, bir neçə maliyyə quruluşunu dəstəkləmək üçün istifadə edilir. "Bazarlar özü-özünü tənzimləyir" deyilərkən nəzərdə tutulan da əslində budur.
Bir neçə il öncə Ralfi Qomeri mənə, ölkə xaricindəki işlərin ABŞ iqtisadiyyatına vurduğu ziyanın yerini robotların almaq üzrə olduğunu söyləyərək xəbərdarlıq etmişdi. Qomeri mənə bu sahədə robotların getdikcə daha çox insan halına gətirdildiyini söyləyirdi. Nəticə olaraq insanların məşğulluq səviyyəsinin gələcəyi qaranlıq idi.
RT-nin 15 Fevral 2014-cü ildə yayımlanan, Harvarddakı komputer və robot mütəxəssislərinin, özü-öz fəaliyyətini planlaşdıran qarışqalar məntiqiylə proqramlaşdırılmış , mərkəzi bir yönləndirmə və ya nəzarət olmadan kompleks şəkildə vəzifələrini yerinə yetirə bilən mobil maşınlar yaratdığına dair xəbərini (http://rt.com/ news/self-organizing-termite-robots-172 /) oxuduğum zaman, Qomerinin sözlərini xatırladım.
RT, bu prosesin nəticələrini anlamır. Qırmızı bayraq qaldıracağı yerdə, coşquyla bunları yazır: "İmkanları xeyli genişdir. Maşınlar, minimum təlimatla üç ölçülü qurğular yarada biləcək şəkildə düzəldilə bilər. Lakin əsas maraqlı olan, işləri planlaşdırmaq, itkiləri hesablamaq, yenidən cəhd etmək və tənzimləmək imkanlarıdır. Texnoloji inkişafın insanlıq üçün kosmosda, çətin yerlərdə və digər çətin vəziyyətlərdə heyrətləndirəcək şeylər edəcəyi qətidir".
Dünya, az sayda güclü və həddindən artıq dərəcədə ehtiraslı, xüsusi mənfəət qruplarının əlinin altında cəmləndiyindən, texnologiya insanlığa heç bir şey qazandırmayacaq. Texnologiya, artıq işçi qüvvəsi kimi insanlara ehtiyac olmayacağı, hissiyatsız robot ordularının insanların yerini tutacağı və üzərlərində nəzarətçi olacaqları insanları yox etməkdə heç bir vicdan əzabı çəkməyəcəyi mənasını verməkdədir. Yaranan mənzərə, Aleks Conesin öncədən xəbər verdiklərindən daha da təhlükəlidir. İnsan əməyi məhdud səviyyədə tələb edildiyindən, mütəfəkkirlərin, zənginlərin insan irqini yox etmək və çox insanın olmadığı, robotlarının işlədiyi bir mühitdə yaşamaq istəməyi proqnazlaşdırmaq çox da çətin deyil. Əgər bu hekayə hələ bir elmi fantastika romanı kimi yazılmayıbsa, gerçəyə çevrilmədən bu işi bəzi insanlar öhdələrinə götürməlidir.
Harvard alimləri eynilə, Manhetten Proyekti iştirakçılarının əksəriyyətinin nüvə silahı yaratmaqdan qürur duyması kimi, öz müvəffəqiyyətlərindən qürur duyurlar. Lakin Manhetten layihəsinin iştirakçılarının müvəffəqiyyəti , Xerosiama və Naqasaki sakinləri üçün çox da xoş nəticələnməmişdi və nüvə müharibəsi ehtimalı, Yer kürəsinin üzərində qaranlıq bir kölgə kimi qalmaqda davam edir.
Harvard texnologiyası, insan irqinin düşməni olmasını sübut edəcəkdir.
Nəticənin belə olması şərt deyil, lakin sərbəst bazar ideoloqları, hər cür planlaşdırma və ya proqnozlaşdırmanın, həmişə ən yaxşısını seçən bazara müdaxilə olduğu qənaətindədirlər (hal-hazırkı maliyyə və iqtisadi böhranın səbəbi də onlara görə budur). Sərbəst bazar ideologiyası, ictimai idarəetmənin qarşısında dayanır, güclü və ehtiraslı xüsusi qrupların qısa müddətli maraqlarına xidmət edir.
Niyyət budur, bəs həqiqət? Əgər məşğulluq yoxdursa necə bir istehlakçı iqtisadiyyatı ola bilər? ola bilməz; qlobal müəssisələrin ABŞ şirkətlərini xaricə daşımasından, pilləli şəkildə öyrəndiyimiz şey budur. Yarım müddətli işlər, xərclərin tükənməsi, qida pulları və genişləndirilmiş işsizlik ödənişləriylə iqtisadiyyat, yalnız məhdud bir müddət ərzində davam edə bilər.
Digər tərəfdən, qənaət etmə sona çatdıqda, yoxsulları şeytanlaşdıran qansız siyasətçilər qida pullarını və işsizlik ödənişlərini kəsdikdə, iqtisadiyyat, şirkətlərin satmaq üçün ölkəyə gətirdiyi, kənarda istehsal edilmiş mallar üçün bir bazar yarada bilməyəcəyi vəziyyətinə gəlir.
Məhz bu məqamda, Adam Smitin “gizli əl” nəzəriyyəsinin bütünlüklə süqutunu görürük.
Adam Smitin nəzəriyyəsinə əsaslanan iqtisadiyyat kapitalistlərin Henri Ford kimi, ölkə vətəndaşları ilə ortaqlıq hissinə sahib olduğu, bir fərd kimi ölkəyə və ya birliyə aid olma hissinə malik olduğu iqtisadiyyatlar üçün etibarlıdır. Qloballaşma bu duyğunu yox edir. Kapitalizm, ən güclü iqtisadi və birbaşa hökumətə nəzarət edən mənfəət qruplarının, şirkətlərin aid olduqları ölkəyə heç bir bağlılıq hissinə sahib olmadıqları bir sistemə çevrilib. Nüvə silahlarından sonra insanlığın bu günə qədər qarşı-qarşıya olduğu ən böyük təhdid , beynəlxalq kapitalizmdir.
Beynəlxalq kapitalizm , ehtirası, dünya tarixində təyin edici bir amil halına gətirib. Nəzarət edilməyən, ehtirasa əsaslanan kapitalizm həm Birinci Dünyanın əmək qüvvəsinin iş imkanlarını həm də maddi resursları qlobal kapitalistlərə xidmət edən ixracat yönümlü monokultur sahələrinə çevrilmiş Üçüncü Dünya ölkələrinin özü-özünü təmin etmə imkanını da məhv edir. Böhran başlayacağı təqdirdə, kapitalistlər "digər" insanların  aclıqdan ölməsinə göz yumacaqlar.
Kapitalistlərin xüsusi toplantılarda söylədikləri kimi, "dünyada həddən artıq insan var".

azadxeber.net

Комментариев нет:

Отправить комментарий