Страницы

13.06.2014

Ruhani: İraqdakı terrorçulara imkan verməyəcəyik


İran prezidenti Həsən Ruhani İŞİD-i vandallıqla hərəkət edən terror təşkilatı adlandırıb. Ruhani bu zorakılıq və terrorla bölgədə və dünyada mübarizə aparacaqlarını və onlara imkan verməyəcəklərini söyləyib. Həsən Ruhani mövzuyla əlaqədar Milli Təhlükəsizlik Şurasını da toplayıb. Digər tərəfdən İran xarici işlər nazirliyinin sözçüsü Mərziyə Əfğəm diplomatik missiya və diplomatların toxunulmazlığına hörmətlə yanaşılmasını tələb edib. Əfğəm bəzi hökumətlərin terror təşkilatlarına verdiyi dəstəyin bölgə sabitliyini, dünyanın sülh və dincliyini təhdid etdiyini bildirib. /deyerler.org/

Комментариев нет:

Отправить комментарий