Страницы

13.06.2014

Şalvarını çıxar, gəl uzan yanıma!

Arzu Abdulla

Bir həftədir ki, mətbuat istedadlı aktyor Nurəddin Mehdixanlının qızının yarıçılpaq fotosessiyaları və “şok” etirafları ilə silkələnir. Aktyoru vurhavurdu. Media aktyorun dodağı gelli, soyunmağa meylli qızının daha açıq şəkillərini əldə etməyə can atır. Sanki “görək kim daha çox soyundura biləcək” yarışması gedir KİV-mizdə. Bu arada Suriyada keçirilən prezident seçkiləri də mətbuatda kölgədə qaldı. Daha doğrusu, aktyorun qızının KİV pəncərəsindən parlayan dolu baldırları, ehtiraslı baxışları dünya siyasəti gündəmini də qaranlıqda qoydu. Çünki biz baldırbazıq. Görünür, elə ona görə də milli şüurumuzu formalaşdıran “mühüm mənbələrdən” biri olan aşıqlarımız da məclislərdə yelin azacıq əsib gözəlin üzündən rübəndi götürməsini saniyəbəsaniyə gözləyərək deyir: “Yel vurdu, rübəndi atdı üzündən Elə bildim doğdu ay, Sarıköynək”. Sonra da bu zatı-kökü bəlli olmayan sarı köynəkli qıza nənəsini “qurban” verib bizim “beynimizi yuyur”. Türkiyə-yəni “bir millət, iki dövlət” olan qonşularımızın da mətbuatı bizimlə həmahəngdir. Belə ki, Türkiyənin ən nüfuzlu saytları Amerikada yaşayan erməni fahişəsi, avropasayağı desək,“pornoulduz” Kim Kardaşyanın arxasının ölçüləri haqqında türk oxucusuna vaxtlı-vaxtında “informasiya” verirlər. Amma iki gündür Türkiyə mətbuatının gündəmini bu gözəlçənin on səkkiz yaşı tamam olan kiçik bacısının yarıçılpaq fotoları zəbt edib. Türkiyə mətbuatı Kardaşyanın bacısının “müstəqilliyini elan etməsini” türk xalqına qələbə sevinci kimi müjdələyib. Ağlınıza başqa fikir gəlməsin, bütün dünyada erməni soyqırımını tanıtmaqla məşğul olan pornoulduz Kim Kardaşyanın bacısı Kendall Jenner, sadəcə, soyunaraq poza verib. Buna isə Avropada “müstəqilliyini elan etmək” deyirlər. Çünki Avropa dəyərlərinin anatomiyasına görə “soyunmadan müstəqil olmaq olmur”. Başqa sözlə desək, “soyunmağa nail olmaq müstəqilliyə nail olmaq deməkdir!” Amma öz aramızdır, Türkiyə mətbuatı bizimkilərdən xeyli qeyrətli olub. Heç olmasa, onlar erməni qızını “soyundurublar”. Bizimkilər isə... Türkiyə mətbuatından söz düşmüşkən, deyim ki, bütün sahələrdə olduğu kimi mətbuat məsələsində də biz qardaşlar bir-birimizə çox oxşayırıq. Azərbaycan mətbuatında daha çox xalqını söyən, onun adət-ənənəsini aşağılamağa çalışanlar tanındığı, oxunduğu kimi qonşumuzda da daha çox söyüş işlədənlər, sırtıqlıq edənlər və soyunanlar maraqla izlənir. Bu günlərdə Türkiyənin köşə yazarı kimi tanınan Ayşə Arman məşhur müğənni Ajda Pekkandan müsahibə götürmüşdü. İndi bu qız axı “qeyri-adiliyi” ilə məşhurdu. Məsələn, Ayşə ayaqlarını qaldırıb kişi müsahibi, məşhur aparıcı Mehmet Ali Birandın boynundan asır və belə “qandonduran” pozalarda fotosessiya verir müsahibələrində. Müsahibə oxunmasa da, manşetdən sallanan Ayşə Armanın güpurlu bikinisinə baxmaq istəyənlərin sayı kəllə-çarxa qalxır. Ajda Pekkanla da müsahibə belə yaddaqalan anlarla “zəngin olub”. Ayşe Arman müsahibəyə başlamazdan öncə şalvarını soyunub, alt paltarında Ajdanın yatağına girir və onu da səsləyir yanına: “Şalvarını soyun, gəl yanıma”. Beləcə, iki şalvarsızın yataqdakı müsahibəsi baş tutur. Sual –cavaba gəlincə, fərqli bir şey yox idi. Eləcə, “nənəm oy, nənəm oy” tipli müsahibə! Amma Ayşe Arman qeyri-adiliyə beləcə nail olur! Həmsöhbətlərin şalvarsız olmasıyla! Bu təcrübənin Azərbaycan mətbuatına keçə biləcəyini düşünəndə narahatlıqdan tüküm ürpəşir! Söhbət şalvardan gedir eeee...

interpress.az

Комментариев нет:

Отправить комментарий