Страницы

18.06.2014

Seyidlər kimlərdir?

HEYDƏR CAMAL: “QAFQAZ SEYİDLƏRİ YƏHUDİLƏRDİR”. Rusiyalı politoloq, İslam Komitəsinin sədri Heydər Camal yeni videomüsahibəsi ilə gündəmi qarışdırmışdır. “Finalizmin doktrinası” adı altında youtub şəbəkəsinə yerləşdirilmiş müsahibəsində tanınmış filosof-alim tarixi nüanslarla bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O, peyğəmbər nəsli və seyidlərin kökü barədə maraqlı açıqlamalar verərək deyib: “Peyğəmbərlər insan dənizində ada timsalındadırlar. Peyğəmbər soyundan olanların kənarda nigaha girməsi neqativ nəticələr verir. Peyğəmbər geni başqa genlərlə qarışmamalı, dinastiya zənciri qırılmamalıdır”. 
 Tarixi aspektlərə özünəməxsus yanaşmaları ilə tanınan politoloq Azərbaycan seyidləri barədə də danışaraq onların həqiqiliyinə inanmadığını bildirib: “Azərbaycanda qəribə tendensiya yaranıb; deyirlər ki filankəs yarımseyiddir, yəni ya atası, ya anası seyiddir. Yarım seyid olmur. Yaxud tutaq ki, birinin babası, nənəsi seyid olub, o da seyid sayılır. Bu düzgün yanaşma deyil. İranda, məsələn, yarımseyid olmur, əgər o seyiddirsə, demək atası da, anası da, şəcərəsi də, yeddi arxadan dönəni də seyiddir. Azərbaycanda isə başqa cürdür. Həmin yarımseyidlər cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilib. Onlar ya içirlər, ya kriminala girirlər, ya da hüquq-mühafizə orqanlarına işverənlik edirlər. Azərbaycanda biləndə ki biri seyiddir, ya yarımseyiddir, mən o adamdan yan keçirdim, uzaqlaşmağa çalışırdım”. 
 Heydər Camal müsahibəsində postsovet ərazisində seyid kastası barədə danışarkən bir sıra başqa maraqlı məqamlara da toxunub: “Mərkəzi Asiyada idarəedici sinif olan xacələr guya ilk üç xəlifənin- Əbubəkr, Ömər və Osmanın nəslindən olanlardır. O cümlədən Çeçenistanda Deniyevlər, Arsanovlar ailələri nədənsə Qureyşi tayfasından sayılırlar. Həqiqət isə bundan ibarətdir ki, həm Mərkəzi Asiyanın hakim xacələr sinfi, həm də Çeçenistanda şeyx təriqətindən olanlar yəhudi kökənlidirlər. Mən bu məsələlərlə dərindən məşğul olmuşam, İslam Partiyasına rəhbərlik etdiyim dönəmlərdə Tacikistana kimi gedib araşdırmışam. Gəldiyim nəticə budur ki, onlar hamısı 18-19-cu əsrlərdə buralara gəlmiş yəhudilərdir. Ola bilsin bəzisi tez gəlib, bəzisi gec- amma hamısı yəhudilərdir.  Orta Asiya xacələri Qafqaz “şeyxlərinə” nisbətən Yəməndən daha tez gələn yəhudilərdir. Məsələn, orda məşhur Ərəbovlar familiyası var, hamı onları peyğəmbər soyundan sayır. Amma onların yaxın ətrafı öz aralarında yaxşı bilirlər ki, ərəb yox, məhz yəhudi kökənlidürlər. Spesifikdir ki, həmin ailələr sələmçiliklə məşğuldur”. 
 Heydər Camal Yəmən yəhudilərinin əraziyə gələrək seyid kimi tanınmasına belə aydınlıq gətirib: “İmam Şamil Çar hakimiyyətinə təslim olanda Çarın təhlükəsizlik orqanı olan “oxranka” gizli əməliyyat keçirdi. Regionda xalqın sakral inam dairəsi dəyişdirildi. Yəmən ərazisindən qüreyşilər adı altında yəhudilər gətirilərək əvvəllər kazakların yaşadığı kəndlərə dolduruldu. Həmin yəhudilərin dili ərəb dili ilə eyni idi. Yəhudilər yerli xalqa özlərini qüreyşi övladları kimi sırımağa başladılar. Dağlılar savadsız olduqlarından buna inandılar. O vaxtdan Qafqazda yəhudilər seyid övladları kimi qəbul olunmağa başladı. Əgər onlara diqqətlə baxsanız, fiziki quruluşlarında heç bir Qafqaz elementi tapmazsınız. Bunlar görünüşcə də sırf yəhudilərdir. Gəlib Qafqaz ərazisində seyid olublar. Bir çoxlarında testosteron azlığı, hormonlarla bağlı problemlər var”. 
 Tanınmış filosofun gəldiyi nəticə budur ki, kolonial məkanlarda siyasi kastaların autentiçliyinə inanmaq olmaz: “Sivilzasiya sahəsinin hakim sinifləri falsifikasiyaya uğradılıb”.
AZERİSLAM.COM SAYTI MÖVZU İLƏ BAĞLI MARAQLI AÇIQLAMA İLƏ ÇIXIŞ EDİB. Din deyəndə əvvəllər Azərbaycanımızda insanlara ya seyid, ya da molla kimi baxırdılar. Çünki bu iki söz dəb şəklini almış və zaman-zaman dini cəhətdən az biliyə malik olan insanları aldadaraq özlərini əsl müsəlman kimi qələmə verən bəzi fırıldaqçıların yolu olmuşdur. İndi isə daha o dövrlər getdi. Artıq Azərbaycan insanları dini cəhətdən maariflənir və mümkün olan resurslardan istifadə edərək öz dinlərini daha da dərindən öyrənməyə çalışırlar. Son aylarda ən çox oxucuların marağına səbəb olan xeyli suallar cavablandırılır və oxucularımızı narahat edən bir çox suallara onlar yerindəcə cavab ala bilirlər. Belə suallardan biri də bugünlərdə bizə ünvanlandı. Oxucunu maraqlandıran əsas sual isə aşağıdaki kimidir.
Sual (Orxan, Bakı): Azərbaycanda Peyğəmbər nəslindən olan seyidlər varmı? Seyid sözünün mənası nədir?
Cavab: “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sonra gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal-hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq, görərik ki əksər insanlar iddia edirlər ki, Peyğəmbərin nəslindəndirlər.
Biz 6 il Peyğəmbərimizin şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki Azərbaycanda belə insanlar doludur? Bir az düşünsək bunu daha yaxşı başa düşərik.
Bir şeyi də qeyd edək. Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır”. Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər? Əlbəttə ki ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.
Odur ki Azərbaycanda Peyğəmbərimizin nəslindən olan heç bir şəxs yoxdur.
YƏHUDİ MƏNŞƏLİ SÖZ – “MİR”. Kamran Nuriyev adlı istifadəçi facebook.com saytında maraqlı açıqıma ilə çıxış edib.
Mir Şahin, Mir Mövsüm, Mir Xanlar və sairə “Mir”-lər. Əksəriyyət, həmçinin “Mir” adlarını daşıyan adamlar elə zənn və iddia edirlər ki, guya “Mir” ilə başlayan adlar Rasulullah (salləllahu aleyhi və səlləm)-in nəvələridir (nəslindəndir). Amma bu belə deyil. Bu yalan, böhtan, bidət və xurafatdan başqa bir şey deyil. Gəlin məsələni birlikdə və daha dəqiq araşdıraq.
1) Ərəb dilində “Mir” sözü yoxdur.
2) İslam terminləri arasında “Mir” sözünə rast gələ bilmərsiniz.
3) Ərəblərdə “Mir” ilə başlayan ad heç vaxt olmayıbdır. İndinin özündə də yoxdur.
4) İslam tarixində “Mir” ilə başlayan bir şəxsiyyət belə yoxdur.
5) Heç bir zaman Allahın elçisi Məhəmmədə “Mir Məhəmməd” deyilməyibdir.
6) Heç vaxt İmam Əliyə, yaxud İmam Həsən və Hüseynə, onların nəslindən olanlara “Mir Əli, Mir Hüseyn, Mir Həsən, Mir Cəfər Sadiq” deyilməyibdir. Çünki nə İslamda, nə də Ərəb dilində “Mir” sözü yoxdur.
Bəs “Mir” sözü haradan yaranıb? Hansı dilə, millətə mənsubdur?..
“Mir” sözünün mənşəyi Yəhudi dilinə aiddir. Yəhudi dilində belə bir söz var : Mar, Mer, Mir - mənası “cənab” deməkdir. Bu söz indi də məşhurdur. Məsələn, “Мер города”, yəni şəhərin Cənabı. Bu ruslarda da var; Мир Слав, Мир Николай, Мир Влад və yaxud Влади Мир.
Yəhudi-xristian adlarında belələri çoxdur. Misal: Mirnes, Mirabella və.s
Roma papsının adı hətta “Merio”-dur. Habelə yəhudi adları olan Miriya, Meriya, Mariya, Marina, Merianna isimləri yəhudi dilində “Xanım” deməkdir.

Комментариев нет:

Отправить комментарий