Страницы

12.06.2014

ŞEYX İBRAHİM LƏNKƏRANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx İbrahim Lənkərani on dördüncü əsrin əvvəllərində (hicri qəməri tarixi ilə) yaşamış görkəmli fəqihlərdən və yüksək məqamlı alimlərdən hesab olunur. O ibtidai və orta təhsilini aldıqdan sonra Kərbəla şəhərinə köçür. Sonra Nəcəfə gedib məhşur alim, fəqih Ayətullah Mövla Hüseyn Ərdəkaninin üsul və fiqh xaric dərsində iştirak edib, yüksək məqamlı alimlər cərgəsinə çatır.
Bütün dünya şiələrinin mərcəyi-təqlidi olan Mirzə Şirazinin vəfatından sonra, mərcəyi-təqlid vəzifəsini görkəmli alim və fəqih Fazil Şərəbyani öz öhdəsinə alır. Ayətullah Şərəbyani mərcəyi-təqlid məqamına seçildikdən sonra Şeyx İbrahim Lənkəranidən təkidlə xahiş edir ki, Nəcəfi-Əşrəfə gəlsin, idarə işlərində və şəri sual-cavablar məclisində onun köməkçilərindən olsun. Mərhum Lənkərani Fazil Şərəbyaninin xahişini qəbul edib birdəfəlik Kərbəladan Nəcəf şəhərinə köçür.
 O, həzrət Əlinin pak hərəminin həyətində camaat namazına pişnamazlıq edir, Ayətullah Fazil Şərəbyaninin dərslərində və bəhslərində iştirak edirdi. Şeyx İbrahim Lənkərani bu müctehidin yanında məxsus ehtirama layiq görülür və etimad qazanır. İş o yerə çatır ki, Ayətullah Fazil Şərəbyani özündən sonra böyük Azərbaycanın mərcəyi-təqlid məqamını ona tapşırmaq istəyir. Amma dünyasını dəyişməsi ilə qəza-qədəri başqa cür olur. O, 1898-ci ildə mərhum Lənkərani cavan yaşlarında dünyasını dəyişir. Onu Həzrət Əlinin pak hərəminin həyətindəki otaqlardan birində dəfn edirlər. O, üç nəfər dəyərli alim tərbiyə edib. Şeyx Əbdül-Cəfər, Şeyx Əliəkbər və Şeyx Qulaməli Lənkərani.

Mənbə: Faiq Vəli oğlu

1 комментарий:

  1. azad-axundov@mail.ru25.05.2016, 12:59

    SAlam!Mən Axundov Azad Məhəmmədsadiq oğlu Ayətulla Hacı Şeyx Mirzə İbrahim Fazile Lənkəranini nəticəsiyəm,yəni şeyx Qulaməlinin nəvəsiyəm.Ulu babam haqqında yazdığınız qısa tanıtım məlumatlara görə Sizə minnətdarlığımı bildirirəm.

    ОтветитьУдалить