Страницы

17.06.2014

Türkiyə İraq türkmənlərini 45 milyard lirəyə satıb

"45 milyard lirə pul transferinin hesabı verilmədən bu hadisələrin gerçək səbəbi açıqlanmaz"

Türkiyə höküməti İraq Şam İslam Dövləti qruplaşmasına qarşı hərəkətsiz dayanması müqabilində Səudiyyə Ərəbistanı və Qatardan 45 milyard lirə pul alıb. ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə Türkiyənin Şırnakdan olan millət vəkili Hasip Kaplan çıxış edib.
Onun sözlərinə görə, Türkiyə Osmanlı torpağı olan Suriya və İraqda həyata keçirilən qətliama görə, məsuliyyət daşıyır: "Burada bayrağı qorumaq da asandır. Bayrağı torpağı olan yerdə qorumaq lazımdır. 2 kürd peşmərgə briqadası türkmənləri qoruyarkən və Kərkükdən ordu çəkilərkən, yenə kürdlər Kərkükü qoruyur.
Bu Böyük Millət Məclisində kürd deputatlar da var. Bizim kürdlərlə ortaq çıxarlarımız var".
Orta Şərqdə bir dövrlər Osmanlı vardı. Mosul və Kərkükdə yaşayan türkmənlərin, kürdlərin və ərəblərin haqqını necə qoruyacağıq? Əgər tarix bağımız bunu tələb edirsə, birlikdə nə edə bilərik? Amma Qatardan, Səudiyyə Ərəbistandan edilən 45 milyard lirə pul transferinin hesabı verilmədən bu hadisələrin gerçək səbəbi açıqlanmaz. Əlbəttə ki, Mosulda bir anda, bir gecədə bütün ordu təslim olur, silahları buraxır, aerodromları buraxır, tankları, topları buraxır və gedir. Sizin ağılınıza, məntiqinizə uyğun gəlirmi, 70 min nəfərlik ordu 5 min nəfərlik IŞİD mənsubu qarşısında təslim oldu? Xeyr, təslim olunan bir vəziyyət yox, danışılan vəziyyət var. Səddamın yıxılmasından sonra şiələr rəhbərliyə gəldi. Malikinin hakimiyyəti İraqı doğru-dürüst idarə etmədiyi üçün kürdlərlə və sünnilərlə araları dəydi. Bu vəziyyətdə ya İraq üçə bölünərək, kürdlər, sünnilər və şiələr federasiya altında birləşəcək, ya da 3 ayrı-ayrı dövlət yaradılacaq. Bu vəziyyət davam etdiyi zaman İraqda yaşayan soydaşlarımız, qohumlarımız, insanlarımız və dostlarımız problem yaşayacaq".
Daha sonra Hasip Kaplan Türkiyə hökümətinin siyasətini kəskin tənqid edib: "Artıq beşinci gündür ki, konsulluq işçiləri girovluqdadır. Sizlər diplomatiyaya baxırsınız, girov diplomatiyası, mübadilə diplomatiyası, fidyə diplomatiyası. Hansı ölkənin xarici işlər nazirliyində belə bir diplomatiya var? Türkiyənin xarici siyasətini məzhəb və ideologiya üzərinə qurması əsla qəbul edilməzdir. Belə bir xarici siyasət Türkiyənin maraqlarına ziddir".

bugun.az

Комментариев нет:

Отправить комментарий