Страницы

02.06.2014

Vətəndaşlıq haqqında qanuna edilən dəyişikliklər konstitusiyaya ziddir

Cari ilin 30 may tarixində Azərbaycan Respublikası vətəndaşlığı haqqqındakı qanuna edilən əlavə və dəyişikliklər müstəqil hüqquşünaslar tərəfindən birmənalı qarşılanmayıb. Qanuna edilən əlavə və dəyişikliklərin vətəndaşların mənafeyinə uyğun olmadığını qeyd edən ekspertlər, bəzi dəyişikliklərin hətta konstitusiya ilə də ziddiyyət təşkil etdiyi qənaətindədirlər. Xüsusilə də, xarici ölkə vəətndaşlığı alan şəxsin bu barədə Azərbaycanın əlaqədar icra hakimiyyəti orqanına məlumatlandırmadığı təqdirdə həmin şəxsə qarşı cinayət işinin açılacağı ilə bağlı məqam ciddi narazılıq doğurmaqdadır. Bundan başqa, hər iki valideyni əcnəbi olsa da Azərbaycan ərazisində doğulan şəxslərin Azərbaycan vətəndaşı olması ilə bağlı bugünə qədərki müddəanın son dəyişikliklərdən sonra ortadan qaldırılması hüquqşünaslar tərəfindən ciddi tənqid edilməkdədir. 

Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov məlum qanuna edilən əlavə və dəyişikliklərin tamamilə əsassız olduğunu, bu əlavə və dəyişikliklərin hüquq və konstitusiyaya zidd olduğunu vurğuladı:
“30 may 2014-cü il Azərbaycan respublikasının Milli Məclisinin toplantısında Azərbaycan Respublikasının vətəndaşlığı haqqında 30 sentyabr 1998-ci ildə qəbul edilən Azərbaycan Rerspublikası qanununa ciddi əlavə və dəyişikliklər edilib. Azərbaycan respublikası vətəndaşlarının mənafeyinə toxunan, onlara cidid zərbə vuran əlavə və dəyişikliklərdir. Mən bunu tam məsuliyyətimlə deyirəm. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 53-cü maddəsinin I hissəsinə görə heç kim Azərbaycan respublikası vətəndaşlığından məhrum edilə bilməz. Amma Azərbaycan respublikası vətəndaşlığı haqında Azərbaycan Respublikası haqqındakı qanunun 18-ci maddəsinə dəyişikiklərdə göstərilir ki, kimsə başqa dövlətin vətəndaşlığını qəbul edərsə və bu barədə 30 gün ərzində Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına məlumat verməzsə, yəqin ki bu icra hakimiyyəti orqanı da Miqrasiya Mərkəzi olacaq, həmin şəxs barəsində cinayət işi başlanılacaq. Əgər Azərbaycan vətəndaşları xaricdə orduya, dövlət qulluğuna, beynəlxalq təşkiatda daimi işə keçərsə, o zamn həmin şəxsin vətəndaşlığına xitam veriləcək. Əgər kimsə xaricə gedərsə və Azərbaycan dövləti üçün təhlükə törədərsə, onun vətəndaşlığına xitam veriləcək. Bu, insanların vətəndaşlıqdan məhrum edilməsi deyil, bəs nədir? Normaya bir baxın. Azərbaycan vətəndaşı xaricə gedirsə və Azərbaycan dövləti üçün təhlükə törədirsə, vətəndaşlığını itirir. Belə bir norma ola bilməz axı. Bu, hüquqa ziddir. Bu, insan ağlına sığmayan bir dəyişiklikdir”.
M.Baxışovin fikrincə, başqa ölkə vətəndaşlığını qəbul edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi absurddur və məntiqdən kənardır:
“Qanunun 10-cu maddəsinə dəyişiklik edilib. Göstərilib ki, Azərbaycan Respublikasının vətəndaşı başqa ölkənin vətəndaşlığını könüllü surətdə alırsa və bu barədə 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat vermirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir. Sən kimsən ki, başqa dövlətin vətəndaşlıq verdiyi şəxsi buna görə cinayət məsuliyyətinə cəlb edəsən? Axı şəxsin bu hərəkətində dövlətə, cəmiyyətə, şəxsiyyətə ziyan vuran bir hal yoxdur. bunu necə, hansı əsala cinayət məsuliyyətinə cəlb edəcəksən? Sənə bu səlahiyyəti kim verib? Mən gedib başqa bir dövlətin vətəndaşlığını qəbul edəcəm deyə cinayət məsuliyyətinə cəlb olunacam? Belə bir qayda olar?”
M.Baxışovun bildirdiyinə görə, valideyni əcnəbi olan, fəqət Azərbaycan ərazisində doğulan şəxslərin Azərbaycan vətəndaşlığındna məhrume dilməsi də düzgün deyil. Ekspertin qənaətincə, sözügedən qanuna edilən son əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur və bunu yerinə yetirmədiyinə görə, kimsəni məsuliyyətə cəlb etmək olmaz:
“Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan ərazisində doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Son dəyişçiklikdə isə göstərilir ki, hər iki valideyni əcnəbi olan şəxsdən doğulan uşaqlar Azərbaycan vətəndaşı sayılmır. Axı sən kimsən ki, konstitusiyaya zidd qanun qəbul edirsən? Halbuki, konstitusiyada aşkar şəkildə göstərilib ki, Azərbaycan respublikası ərazisində doğulan şəxs Azərbaycan vətəndaşıdır. əgər valdieynlər Azərbaycan respublikası ərazisndə qanuni əsaslarla yaşayırsa, onlardan doğulan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Son dəyişiiklərə görə isə əmin şəxslər Azərbaycan Respublikası vətəndaşları sayılmır. Qanuna edilən əlavə və dəyişikliklər ölkə konstitusiyasının 149-cu maddəsinin I hissəsinə ziddir. Buna görə də Azərbaycan Respublikası vətəndaşlığı haqqında qanuna edilən əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi yoxdur. Bu qanunu icra etməməyə görə kimsəni məsuliyyətə cəlb etmək olmaz”.

Seymur Əliyev             moderator.az

Комментариев нет:

Отправить комментарий