Страницы

04.07.2014

Bakıda vəhhabilər "Allahu Əkbər" deyərək dindarlara hücum ediblər

Bu barədə İslamazeri.az-a Müşfiqabad dindarları məlumat verib

Məlumata görə, bu gün Bakının Müşfiqabad qəsəbəsində şam-işa namazlarından sonra dindarlar iftar süfrəsi açıblar. Daha sonra dindarların əksəriyyəti məsciddən çıxıb. Bir neçə inanclı iftar süfrəsini yığışdırdığı zaman vəhhabilər "Allahu Əkbər" deyərək onlara hücum edib. Radikal təkfirçilər iftar süfrəsini yığışdıranlara ağır zərbələr endirdikdən sonra məscidin çölündə olan dindarlar yenidən məscidə qayıdıblar və ara sakitləşib.
Vəhhabilər hücum etdikləri zaman deyiblər ki, müşriklər üçün niyə iftar süfrəsi açırsınız? Sizin dünyada gedən proseslərdən xəbəriniz yoxdur? Bundan sonra təkbir deyərək dindarlara ağır zərbələr endiriblər. Həmçinin təkfirçi sələfilər dindarları ölümlə də hədələyiblər. 
Hazırda zərərçəkmişlərin, o cümlədən məscidin imamcamaatının Qaradağ rayon 10-cu polis bölməsində ifadələri alınır. Münaqişə yaranan zaman Müşfiqabad məscidinin daxilindəki təhlükəsizlik kameraları da hadisəni qeydə alıb. Mövzunu gündəmdə saxlayacağıq. /islamazeri.az/

Комментариев нет:

Отправить комментарий