Страницы

28.07.2014

Dil məsələsi: tarix ittiham edəcəkdir

Əsğər Fərdi

Qabaqcada bir dəfə yazmışam ki Azərbaycanlılar öz ana dilini müasir afət olan Türkiyə türkcəsinin təsiri altından xilas etməlidirlər. Bu həm yazıb yaradan peşıkar insanların borcudur, həmdə yaza bilən hər kəsin. Təəssüflə bütün Azərbaycanlı qardaşlarımızın bu Facebook fəzasında yazdığı şərhləri gözdən keçirərkən ikicə eybəcərlik diqqəti cəlb edir. Bunların birisi dili pərişan yazmaları və ikincisi türkiyə şivəsindən öyrəndikləri lüğətlər və terminlərlə dolu olmasıdır. Bu şərhləri yazan dostlarımız əksərən ali təhsilli insanlar olsalar da dili o qədər bərbad yazırlar ki, insan oxuyarkən utanır. Əlbəttə bu fəzada o dəstə doslarımızın bir bəhanəsi də var ki, deyirlər, kompüterdə yazarkən hərfi səhvlər qaçınılmazdır. Bəri başdan bunu deyim ki hərfi yanlışlar və barmaq toxunmalar başqadır və tamamən fərqlənir, diqqətsizlik və savadsızlıq üzündən kəlmələri təkrar-təkrar yanlış yazmaq başqadır. Mənim sualım budur ki qabaqca rus təmayüllü məktəblərdə oxuyan ziyalılara irad edən kimi bizi rus təhsilliyik deməklə işdən yaxalarını qurtarardılar, gərçi o da ağla batan və məntiqi bir bəhanə sayılmaz.
Çünki xarici dili öyrənmək, gündəlik həyatda oxumasına vərdiş edən insanlara öz ana dilini bilməməyə bəraət qazandırmaz. İndi ki əlhəmdölillah Azərbaycan gəncləri o Rus dilini öyrənməkdəndə bəhrəsiz qalıblar və ümumiyyətlə Azərbaycan dilində təhsil alırlar, bəs nədən həm hər gün danışdıqları və yazdıqları həmdə təhsilini aldıqları dili yanlış yazırlar? Diqqət etsəniz hər şərhdə onlarla bu kimi səhvi görərsiniz. Bunları elə Facebook səhifəmdən seçmişəm: Səhv (səf – Səhf) - Əfv (əf) – Əlbəttə (Əlbətdə) – Göstərmək (gosdərmək) – İstədim (İsdədim) – Əsgər (əskər) – Səhifə (Səyfə - fb səyfəsi) - Fəaliyyət (faliyət) Nəinki (nəyin ki) – İraq (İraK) – Beynəlxalq (Beynalxalq) – Etibar (ehtibar) – Sadəlovhlər (sadəlövlər) – Casus (Cəsus) Xaqani (Xəqani) – Hərçənd ki (hərçənki) – Etimad (Ehdimat) – Məhz (məs) – Türkiyə (Türkiə) - Məsuliyyət (Məhsuliyət) - müdafiə (müdafiyə) – Büdcə (betcə - Büccə) – Məharət (mahərət) – Riayət – Rüayət (Riyayət) – Xain (Xayin) –Çərşənbə (Çərşəmbə) Əleyhimiz (Əlehimiz) – Məqsəd (məksəd) – İctimaiyyət (içtimayət) – Xahiş (Xayiş) - Müraciət (Müraciyyət) - Tale (Taleh – Taley) vs... 
Əlbəttə bu kimi səhvlərin sayı daha çoxdur.
Azərbaycan xalqı da digər sovet xalqları və Türkiyə cümhuriyyətinin sakinləri kimi onsuzda ata-baba, Quran və tarixi əlifbasını itirməklə bir çox itkiyə məruz qalmışdır. Bu gün Türkiyə prezidentinin nitqində işlənən tələffüz səhvləri və Azərb. Prezidenitinin "Layihə"yə "Lahiyə" deyərək savadsızlığını göstərməsinin elə əsas səbəbi İSLAM ƏLİFBASIndan qopub onun bunun naqis əlifbalarına keçməkdən irəli gəlir. Siz islam tarixinə və hətta müasir tarixə baş vursanız görərsiniz ki, təəssüflə Əlqaidə - Əl Nüsrə - İşidi – Səhabə ordusu və s. kimi bütün terrorçu və radikal cərəyanlar biri də şiə cəmiyyətlərindən çıxmamışlar. Bu radikallar xəvaricdən başlayaraq bu günə qədər Əhli-sünnə camiəsindən baş qaldırmışdır. Elə isə Azərbaycanda sələfiliyin tapılması o xalqın dini və məzhəbi savadının azlığından əmələ gələn faciədir. Bu xalqın başına soxulan qondarma tarix və hələ o yalan tarixi boyun damarı qabararaq müdafiə etmənin də əsas səbəbi doğru-düzgün tarixi mənbələrə əl tapmamaqdır. Azərbaycan xalqına 1918-dən bəri nə yazılıb verilmişsə onu öyrənmişdir, vəssəlam. Islam əlifbasını bilən az-maz insanları da repressiyada qırdılar və bu xalqın keçmişi ilə əlaqəsi tamamən kəsildi. Sovet dövründə Azərbaycanda hakim olan Türkist dərin dövlətin verdikləri bəs etməmiş kimi, postsovet dövründədə o qondaarma tarixə qat-qat üstələndi və xalqın beyni yalan palan zəhərlərlə doldu. Bu xalqın əlifbası 1918-dən 1993-ə qədər 5 dəfə dəyişikliklər və islahata məruz qalmışdır. İndi də bu nöqsanlı və dilimizin şərtlərinə bir cürə uymayan xristian əlifbasında yenə də islahatlar aparmaq istəyirlər. (Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/ Hazırkı latın qrafikalı Azərbaycan əlifbasında dəyişiklik edilməsinə ehtiyac var).
Bu əlifbanı heç olmasa doğru-düzgün yazmaq və Türkiyədən alınma lüğətlərin yerinə dildə qədimdən olan və bu gün silinib atılan lüğətləri gətirməkdə azda olsa xeyr vardır.
Azərbaycanlıların yazılarında Türkiyə türkcəsinin izinin gündən günə dərinləşməsinin şahidiyik. Əminəm ki türkiyə TV kanalları onların nitq və dil mədəniyyətini öz ağır təsiri altına almışdır.
"Allah bəlalasını versin" .
Yeni nəsl azərbaycanlıların dil mədəniyyətinin türkiyə dil və kulturunun qələbəsi dövründə formalaşdığına görə bu şivənin təsiri altına alınmasını anlamaq mümkündür, ancaq Azərbaycan türkcəsini bu dilin tam təmiz və sağlam dövründə öyrənmiş adamların və ədəbiyyatçıların yaradıcılığını bu təsirin altına və iradəsinə buraxması tənqid ediləsi bir aktdır. Sovet dövründə Azərbaycan elmlər akademiyasının dilçilik ya filologia institutu tərəfindən təqribən hər il "Azərbaycan dilinin orfoqrafiası" adlı lüğətlər siyahisi nəşr olunardı. Bu kitablarda Azərbaycan dilindəki lüğətlərin necə yazılması vahid və tək sistemlə intizama salınaraq göstərilərdi. Bundan əlavə Azərbaycan türkcəsinə qəbul olunan və idxal olunan kəlmələr özbaşına yox, birbəbir diqqətlə analiz edilib, dilin xarakterinə uyğunlaşdırılıb və ya uyğun olduğu sübut edildikdən sonra alınardı. Ancaq postsovet dövründəki intizamsızlıq və pərişanlıq dilində siyası təsirlərin məhkumu olmasına səbəb olub və təəssüflə türkiyə mediasından alınan bir çox sözlər üsulsuzca və hər hansı bir prinsipə bağlı olmadan bu dilə hüçüm çəkdi. İndi dilimizə girmiş olan "Gündəm - Olay - Başqan - Qonu – Durum və s. kimi onlarla kəlmədən əlavə, cümlə quruluşları və bəzən bütünlüklə tamamən bir cümlə dilimizin xarakterinə və şə`nlərinə uyğun olmadan girmişdir. Bildiyiniz kimi Azərbaycan dilçiliyinin həm tarixi, həm də dərinlik və həcmi Türk dil kurumundan qədim və üstündür. Azərbaycanda dilin ədəbiləşməsi və öz şəxsiyyətinin çərçivəsində inkişaf edilməsi Türkiyədə gedən türkoloji fəaliyyətlərindən qat-qat daha elmi və daha zəngin idi. indi TC rejiminin türk dünyasına babalıq etməsi prosesində inkişaf edən dil birliyi siyasətinin icrasının ümumTürk aləminə nə kimi təlafi edilməyəcək zərbələri bəlkə əsirlərdən sonra mütaliə edilib anlaşılacaqdır, ancaq çox sadə bir nəzəriyyə ilə bunun qandallarından qurtulmağın elmi dəlilini anlamaq da mümkündür. Hər hansı bir dil qrupunun zənginliyi o dillərin çeşidliliyi və şivələri, eləcə də ləhcələrinin və strukturlarının çoxluğuna bağlıdır. Azərbaycan türkcəsinin Anadolu və ya rəsmi Türkiyə şivəsi ilə həm türkoloji fərqləri, həm də tarixi təfavuütləri vardır ki bu bizim dillərin zənginliyinə baisdir. Hər dili qoruyub zənginləşdirən əsas amil o dildə yazıb yaradan şairlər və yazıçılardır. Hər gün onlarla cümlə sözü ictimai şəbəkələrdə yazan hər bir insanın bu barədə böyük məsuliyyəti və öhdəçiliyi vardır. İnanın ki tarix öz məhkəməsində Azərbaycanın bu gərgin dövründə yazıb yaradan insanları diqqətsizlikdə və cərəyanın axışına uyub süzməkdə ittiham və məhkum edəcəkdir.

Комментариев нет:

Отправить комментарий