Страницы

31.07.2014

Fazil Mustafa İran Xarici İşlər Nazirliyindən nə istəyirdi?

Əsgər Fərdi

Bilsəydim belə olacaq, çıxarıb öz cibimdən verərdim ki, gedib Fətulla hocasının adamlarının adamlarının qapısına dirənməsin

Bu Cahil Mustafayev lap fazilmiş ha. Bunca elmi harda saxlayır görəsən? Oturub bir dünya şiəni qoyub qabağına danlayır və nəsihət verir. Ağıldan, zəkadan bəhs edir. Kaş gözü gözümə toxunsaydı da, sadəcə elə belə bir üzünə baxsaydım, onda İran xatirələri yadına düşərdi. Hələ cavan uşaq ikən Naxçıvandan gəlib, həm də birbaşa İran Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsindən nə istəyirdi? Bilsəydim o istəklər verilməsə, bu qədər öz xalqına düşmən kəsiləcək, hələ deputat da olacaq, çıxarıb öz cibimdən verərdim ki, gedib Fətulla hocasının adamlarının adamlarının qapısına dirənməsin. 
İndi görün nə alimanə və feləsufanə fətva verib: "İstər Əhli-Sünnə olsun, istər Əhli-Şiə, kim çıxıb söyləyirsə ki, mən ağlımı özüm işlətmirəm, öz şeyximə, müctehidimə həvalə etmişəm,
həmin zatlar nəyi söyləsə, onu da təqlid edəcəyəm, bu artıq yalnız ağıldan imtina deyil, adamlıqdan imtinadır. Yəni məsuliyyəti özündən başqasına ötürməkdir. İslam, ağlını insanlıq üçün səmərəli istifadə edənlərin dinidir". Fazil Mustafa.
Axı buna deyən yoxdur ki, oğul, bu yol uzun yoldur, sən nəyə görə başını bu işlərə soxursan? Bu xırdalıqları anlamaq üçün sən öncə ata-babanın yazıb oxuduğu əlifbanı öyrənməlisən, sonra bir 5-6 il fars dilini, bir 5-6 il də ərəb dilini öyrənməlisən, ondan sonra bir 20-cə il də dini mədrəsələrdə islam elmlərini öyrənməlisən, ondan sonra bəlkə başın çıxa, ya yenə çıxmaya. Elə hər yerindən duran, hər hansı bir əcnəbi olduğu sahədə fikir söyləsə, bundan artıq olmaz! 
Əvvəla şiəliklə sünniliyin fərqi elə düz bu nöqtədədir ki, sən toxunubsan və əgər bunu anlasaydın, elə öz dediyin valideyninin məzhəbindən pul alıb başqa məzhəbə keçməzdin! Şiəlikdə İCTİHAD qapısı açıqdır, ancaq Sünnilikdə bu yoxdur. Yəni siz demişkən "Güncəl" məsələlərdə əhli-sünnə sünnəyə müraciə edər və qalar. Məsələn, Cinsiyyət dəyişdirilməsi məsələsi bir müsəlmanın sualı olarsa, əhli-sünnə sünnətin harasına müraciət edəcəklər? 
Ancaq şiədə Müctehidə müraciət edər və müctehid bab-i ictihad açıq olduğu üçün ona dinin cavabını verər. Bu iş üçün də TƏQLİD lazımdır. Təqlid insanın ağlına tərsdirmi? Əlbəttə ki xeyir. 
İndi sənin bir yerin Başın kimi xəstələnsə, onu öz ağlınla müalicə edirsən, ya mütəxəssisinin yanına gedirsən? Dinin elmə malik olduğunu ki rədd etmirsən inşallah, çünki rədd etsən, onda Fətullah hocanı atın zibilə getsin, ya İmam-i əzəm, imam Şafei, imam Hənəfi nə işə yarar?! Fəlsəfə elmdirsə, dinin də müxtəlif elmləri vardır. Rical - Dirayə - Üsul - Üsul-i Fiqh - Təfsir - Hədis - Hikmət - Kəlam - Tarix və Siyər - və s. kimi elmləri var ki müctehidlər də bu elmləri öyrənmək uğrunda ömürlər sərf edirlər. 
Məhz buna görə də başqa elmlərlə məşqul olan adamlar dini məsələlərdə Müctehidə müraciət edər, müctehid də bina tikdirərkən memara, xəstə ikən həkimə, siviyaz işi üçün rabitə mühəndisinə və s. müraciət edər. O mütəxəssis nə desə ona itaət edər, buna da deyərlər təqlid. 
Qaldı ki Cahil bəy deyir, ki xarici ölkədə yaşayan Mərcə ya müctehidə bağlı olan adam demək xarici xidmətlərə qulluq edir. Bu da elə Fazil bəyin ağlına uyğun bir sözdür, yoxsa ağlı başında olan adam bu sözü deməz ki. Məsələn, mən Haydgerin fəlsəfi nəzəriyyələrinə bağlıyam, görəsən mən alman xüsusi xidmətinin üzvüyəm? 70 il Pakistan, Əfqanistan və Hindistan şiələri Ayətullah Şəriətmədarinin müqəllidi olmuşlar, o cümlədən də Zülfiqar Əli Bhutto və qızı rəhmətlik Binəzir xanım, demək onlar pəhləvi casusu idilər?! İranın yarısı 60 il Ayətullah Xoyi və Həkimin müqəllidləri olublar, demək iranlılar İraq casusu işləyiblər? Au nə axmaq sözdür, Fazil bəyyyy!!!

Комментариев нет:

Отправить комментарий