Страницы

31.07.2014

Fazil Mustafanın hədəfində şiələrdir


Fazil Mustafa konkret olaraq Azərbaycanda hökm sürən sabitliyi pozmağa yönələn fəaliyyətlə məşğuldur

Vüsal Hətəmov: Fazil Mustafanın mandatı əlindən alınmalıdır

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa xeberlent.az informasiya agentliyinə ətrafında yaranmış bayraq qalmaqalına cavab verib.

- Fazil bəy, sosial şəbəkələrdə sizin dövlət bayrağımızı tərsinə tutduğunuz şəkillər paylaşılır. Bu belədir, yoxsa fotomontajdır?
- Bəli, o şəkil düz çəkilib. Lakin mən o şəkili çəkdirən zaman bayrağa diqqət etməmişdim. Mənim üçün bayrağımızın bütün rəngləri əziz və müqəddəsdir.
- Bayraq məsələsində ən həssas millət vəkillərindən biri də sizsiniz. Axı siz bayrağımıza o cür həssas yanaşa-yanaşa bu cür nöqsana necə yol vermisiniz?
- Əzizim, bir daha vurğulayıram, bu şəkil tələsik bir vaxtda ABŞ-da olan tələbələrimizlə görüş zamanı çəkilib. Daha sonra oradakı həmvətənlərimiz bildirdilər ki, bayraq səhv tutulub biz də dərhal səhvimizi düzəltdik və yenisini çəkdirdik. Bu şəkili yayan insan niyə o biri formasını da sosial şəbəkəyə buraxmayıb? Bu, mənə qarşı başlayan yeni qara piardır.

Qeyd edək ki, deputatın bayrağı bu cür formada tutması cəmiyyətdə birmənalı qarşılanmayıb. Araşdırmaçı-yazar Bəhruz Camal Fazil Qəzənfəroğlunun bayraqla yayılmış şəklinə münasibət bildirib. Birlik.az saytı olaraq Bəhruz Camalın fikirlərini sizə təqdim edirik:
“Ağ ev” binası üzərindəki ABŞ bayrağı qürurla dalğalanarkən, onun önündə Azərbaycan bayrağının qüruru sarsılır. Bu da bizim millət vəkili! Mənim Ramil Səfərovum bu bayrağın ehtiramına ömründən xərclədi, Seyid Mübarizim isə canından. Sizsə cənab deputat, Ağ ev binası önündə mənim dövlətimin bayrağını başaşağı tutmusunuz! Bunu bir dindar etsəydi, cəld adına başqa dövlətlərin xüsusi təyinatlısı, xəfiyyə və s. adlar qoşub, onu milli-mənəvi dəyərlərimizin təhqir olunmasında ittiham edəcəksiniz. Yadımdadır, bir neçə müddət bundan öncə bayrağımızın bu tərzdə Tehran aeroportunda asılması böyük səs-küyə səbəb oldu və bu bir azərbaycanlı kimi hamımızı narahat etdi. Bu hadisə İranla Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün fürsət gözləyənlər üçün bəhanə oldu. KİV-lər bir müddət ancaq bu hörmətsizliyi işıqlandırdı. Bu hadisəni bu qədər işıqlandıran qüvvələr indi nədən susur?! Deputatın bu işinə hansı donu geyindirək? Biz sizin təbirinizcə nadan, səriştəsiz ilahiyyatçı olsaq da, millətimizi və onun dəyərlərini sevən bir vətəndaşıq. Maraqlıdır, görək bu işinizə nə bəhanə gətirəcəksiniz?!
Əminəm ki, bu yazıda da İran adı qeyd olunduğu üçün mənə yenə də İranın xəfiyyəsi adını verəcəksiniz. Amma qeyd edim ki, söhbət bizim bayrağın təhqir olunmasından gedir. Sizdən fərqli olaraq biz sizi nadan, casus adı ilə təhqir etməyib, əsl vətəndaş mövqeyi ortaya qoyuruq. Hadı, Fazil bəy, cəsarət sizdən, güzəşt xalqdan, bağışlamaq isə Allahdan!"
Bu gün Milli Məclisin deputatı Fazil Mustafa yerli KİV-ə iranlı diplomatın onun ünvanına səsləndirdiyi tənqidlərə cavab verərkən belə bir ifadə işlədib: “Peyğəmbərin xanımlarına namussuz deyənlər niyə mənə böhtan atmasınlar ki?”. İslam.az saytı olaraq F.Mustafanın bu ifadə ilə kimə işarə etməsinə, həmçinin başqa məsələyə aid suallara aydınlıq gətirmək üçün şərqşünas Vüsal Hətəmova müraciət etdik.

- Sizcə “peyğəmbərin xanımlarına namussuz deyənlər” ifadəsi ilə F.Mustafa konkret olaraq İrana işarə edir
- Məncə, belə düşünmək reallığa göz yummaq anlamına gəlir. Onun əvvəlki çıxışlarından da, sosial şəbəkələrdə paylaşdığı statuslardan da aydındır ki, deputat konkret şiə məzhəbini nəzərdə tutur, hədəfində məhz şiələrdi.
- Məgər şiələr Peyğəmbər zövcələrinə belə həqarət edir?
- Əlbəttə ki, söhbət şiələrdən gedirsə, cavab mənfidir. Şiəlikdə belə bir şey yoxdur. Şiələr Peyğəmbərin həyat yoldaşlarını özlərinə ana bilirlər. Bununla da hər şey aydınlaşır. Şiə aləminin bütün müctəhidləri də həm Peyğəmbər zövcələrini, həm də səhabələrini təhqir etməyi haram buyurublar. Soruşa bilərsiniz ki, bəs yaxşı, əgər söymürlərsə, o zaman belə fətva nəyə lazım idi? Məsələ burasındadır ki, Qərb, sionistlərin dünyaya şiə alimləri kimi təqdim etdikləri bəzi ünsürlər var. Onlar əsasən Avropa ölkələrində fəaliyyət göstərirlər. Məhz belə “alimlər” Peyğəmbərin zövcələrini söyməyə nəinki icazə verir, hətta bunu təşviq də edirlər. Məqsəd isə islam ümmətini parçalamaq, məzhəblərarası təfriqə yaratmaqdır. Bu həmin qüvvələrdir ki, bu gün Fazil Mustafa kimiləri belə avantürist və təxribat xarakterli çıxışlar etməyə sövq edir. Həmin qüvvələr F.Mustafa kimilərindən yararlanaraaq cəmiyyətimizdə əmin-amanlığı pozmağa çalışırlar. Bir sözlə, Fazil Mustafa konkret olaraq Azərbaycanda hökm sürən sabitliyi pozmağa yönələn fəaliyyətlə məşğuldur.
- Siz bəzi qüvvələrdən söz açdınız. Kimi nəzərdə tutursunuz?
- Bu suala hüquq mühafizə orqanları cavab versələr, daha məqsədəuyğun olar. Hələliksə onlar işə qarışana qədər belə bir addım da atmaq olar. Milli Məclisin etika komissiyası var. Hansısa deputat vəzifəsindən sui-istifadə edəndə ona qarşı ölçü götürməlidir. Hətta məncə mandatı da əlindən alına bilər. Artıq belə deputatlardan biri də deyəsən, Fazil Qəzənfəroğlu olacaq.

islam.az

Комментариев нет:

Отправить комментарий