Страницы

01.07.2014

İranın məntiqi

Ərəb dünyasında ən çox sevilən bir rəhbər, Camal Əbdülnasir idi ki, ərəblərin sionist rejimə qarşı müharibəsində Ərəb Cəbhəsinə liderlik edirdi.
Ərəb dünyasında "Nasirizm" adı ilə mövcud olan bu Nasir cərəyanı geniş bir cərəyandır. Yalnız Misirə aid deyil. Bu Nasir "Zafər" adlı bir raketə də malik idi ki, Təl-Əvivi vurmağa qadir idi.
Camal Əbdülnasir ərəblərin şücaətlilərindən idi, çox da sevilirdi. Amma Təl-Əvivi raketlə vurmağa cürət etmədi.
Halbuki müharibədə idilər və Sina səhrası işğal edilmişdi. Lakin bunu edə biləcək cəsarəti olmadı. İslam və Ərəb ölkələrinin illik gəliri, fələstinlilərin daşla müqavimət göstərdikləri bir şəraitdə, 1 trilyon dollara yaxın idi. Silah anbarları isə Avropadan alınmış müxtəlif növ silahlar ilə dolub, daşırdı.
Ərəbistana baxın, hər il Amerika və digər ölkələrdən aldıqları silahların həcminə baxın, aldıqları silahların sayı ölkədəki adamların sayından belə, çoxdur!
İmam Xomeyni gəldi və daşı raketə çevirdi. İmam gəldi və bu cəsarəti müsəlmanlara  verdi. Təl-Əvivə düşən raket ərəblər və İsrail rejimi arasında baş vermiş bütün müharibələrin əksinə olaraq, ərəb raketi deyildi, bu raket Misir raketi deyildi. Bu raket Osmanlı iddiasında olan türk raketi deyildi. İmam yüksəltdi, məktəb baxımından bütün İslam Dünyası İmama borcludur.
Osmanlıların məclisi var idi, seçilmişlər məclisi. Seçilmişlər məclisində bütün dinlərin nümayəndələri var idi. Xristianlar, yəhudilər və bizim sünni qardaşlarımızın nümayəndələri var idi. Şiələrin isə nümayəndəsinin iştirakı qadağan edilmişdi.
İngilislər İraqa hücum etdikləri zaman, o zaman İraq Osmanlıların hakimiyyəti altında idi və Osmanlı İmperatorluğunun bir hissəsi sayılırdı. İngilislər qarşısında müqavimət göstərən yeganə məcmuə, yalnız şiələr və şiə alimləri oldular.
İraq yenidən təsis olunduğu zaman və Məlik Feysəl İraqda hakimiyyətə gəldikdə, İraq əhalisinin təqribən 60%-ni şiələr təşkil etsələr də şiələrə yalnız iki nazir vəzifəsi verilmiş oldu. Nazirliklərin strukturu isə yox!
Əbdüssəlam Arif ilk dəfə İraq ordusunu təsis etmək qərarına gəldikdə və hərbi məktəbə 300 tələbə qəbul etdikdə, bu tələbələrdən yalnız 3-ü şiə idi. 297-si isə sünni idi. Şiə dini mərcəliyə malik idi, fiqhi məsələlərdə mərcə təqlidin göstərişlərinə əməl edirdi. Lakin siyasi baxımdan mərcəiyyətə malik deyildi. İmam Xomeyni gəldi, şiə üçün bu siyasi mərcəiyyəti formalaşdırdı.
Bu ki deyirlər, "Şiə hilalı", Şiə hilalı ki, siyasi deyil. Şiə hilalı iqtisadi bir hilaldır. Dünyanın ən mühüm iqtisadi məsələsi neftdir. Biz bilirik ki, 3 ölkə- İran, İraq və Ərəbistan dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər. Ərəbistan birinci, İran ikinci və İraq üçüncüdür. Dünyanın neft ehtiyatlarının təqribən 70%-i şiə sakinli məntəqələrdədir. Və ya təqribən 80 faiz şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiə sakinli Dəmam, Qətif məntəqələrində yerləşir. İran isə aydındır.
Şiənin siyasi mərcəliyi İrana əlavə qüdrət vermiş olur.
İmam Hüseyn(ə) Ərbəinində Ərəbistanın kənarında baş tutan 20 milyonluq manevr və yürüş, vəsfə gəlməzdir. Bəzi vaxtlar ağlımıza belə gəlməyən adi adamlar hərtərəfli sözlər deyirlər.
İranlı olmayan bir şəxs şiələrin bu yürüşü barəsində deyir: Siz mənə deyin görüm, dünyada hansı sultandır ki, 20-25 milyon insanı öz hesabına, piyada olaraq özünə doğru səfərbər edə bilsin və heç kəs də hər hansı bir çatışmazlıq hiss etməsin? Dünyada elə bir sultan, şah, prezident və ya hər hansı bir güc varmı? Və sonra özü cavab verdi: Bəli! Bir sultan bu işi gördü. O, İmam Hüseyn(ə) idi.
Bu, bizim qüdrətimizdir. Bu, şiənin 20 milyonluq dini-məzhəbi təzahürü idi. Bu, haqlı olan təyyarələr, tanklar və topları nümayiş etdirmək üçün silahlı paraddan öncəki qüdrət nümayişi idi.
Bunu hamı deyir ki, bu son müharibədə, yəni İraq-İran müharibəsində ilk dəfə olaraq bir tərəfdə İran və digər tərəfdə dünyanın bütün qüdrətləri dayanmışdı, İran öz torpağının bir qarışını belə itirmədi və dayandı, başıuca və qalib olaraq müharibədən çıxdı. 
Bu, İmamın böyük işi idi ki, məzhəbi xalq və millət üçün dayağa çevirdi. Əgər bu deyildisə, iftixarlı Vəlfəcr-8 əməliyyatının ildönümündəyik, bəs nə idi? Bu səhnələr, Şəhid Əmini və Kərbəla 4 və 5 əməliyyatındakı digər dalğıclar, o qorxunc və dəhşətli səhnələr, gecənin qaranlığında suda, heç bir müdafiə olmadan, kimin buna cürəti çatardı, məzhəbdən başqa?
İmam din və cümhuriyyəti birləşdirməklə İslam Respublikası adlı bir zəmin hazırladı ki, İslami İranı sığortalamış oldu. Məgər bu günün qüdrətləri monqollar, əfqanlar, tatarlar, taciklər, samanilər, xarəzmşahlar ilə müqayisə ediləsidir?
Nə üçün kimsə belə bir cəsarət edə bilmir? Bu gün bu qüdrət ki, hamı onu gördü. Bu, sizin gördüyünüz qüdrət, İmamın hünəri idi.
Bu gün əsaslı savaşın şahidi olan Suriyada bir tərəfdə bütün dünya dayanıb. Digər tərəfdə isə İran. Bəziləri ziyalısayağı nəzəriyyələr verirlər ki, qoy bu Bəşşar Əsəd ağa getsin və yerinə başqası gəlsin. Elə bilin ölüb. Amma məsələnin həqiqətini dərk etmirlər.
Amerika, sionist rejim, Türkiyə və Ərəbistanın yer aldığı bu düşərgədə "xəvarici" yaxşı görürük. Müharibədə mübahisə edirdilər, Əmmar Yasirin öz tərəfdarları arasında olmasına, peyğəmbərdən rəvayət edilən o hədis əsasında ki, deyir: "Əmmar Yasir haqq olan orduda, nahaq olanlar qarşısındakı savaşda öldürüləcək". Müaviyənin qoşunu arasında sonralar bu qəbul edildi, lakin mübahisə edirdilər ki, Əmmarı biz öldürmədik və Əmirəlmömininin(ə) ordusunun daxilində, özləri onu öldürdülər!! Müaviyənin ordusunda 40000 Quran hafizi var idi. Əmirəlmöminin(ə) bu qoşunla savaşa getmişdi və indi bunların hamısını görürük. Küfr, şirk və sionizm, bu gün biz Suriyada bunları görürük ki, Allah Əkbər deyib, baş kəsirlər.
Bir nəfər mənim yanıma gəldi və dedi: "Zərqavi bütün gecəni səhərə kimi Quran oxuyur, ağlayır və bir dəfəyə özü 120 baş kəsir".
Suriyada İran təfəkkürünün müvəffəqiyyət qazanmasına səbəb İranın məntiqidir. Çünki bu məntiq güclüdür. Bütün o təbliğatlar, təlaşlar təsir göstərə bilmir. Bu gün regionda bir model yaranıb. Səudiyyəlilərin bütün səyləri iki əsas işdən ibarətdir. Birincisi hər tərəfə pul səpir, səpələyirlər. İkincisi sələfiliyə rəvac verməklə İslam Dünyasında nifaq salmaq istəyirlər. Bütün bunların səbəbi isə bu model, bu nümunə onların daxilinə təsir qoyar və təsir qoyur.

Məşhur Sepah komandanı, Qüds speçnaz korpusunun rəhbəri Qasim Süleymani

Комментариев нет:

Отправить комментарий