Страницы

09.07.2014

Rəsul Quliyevin Fətullah Gülənlə işbirliyi var?

Rəsul Quliyev Amerikada Fətullah Gülənlə mütəmadi olaraq görüşür

Bu barədə R. Quliyevin adının açıqlanmasını istəməyən keçmiş silahdaşı məlumat verib. Məlumata görə, sabiq spiker Pensilvaniya ştatında səfərlərdə olur və zaman-zaman Gülənlə görüşlər keçirir. F.Gülənin onun Amerika həyatına da köməkliyi dəydiyi deyilir.   
Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasına F. Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkir.
“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir”, - deyə eks-spiker camaat liderini belə təqdim edir. Nur  camaatının Azərbaycanda fəaliyyətə başladığı 90-cı illərdə R. Quliyevin yüksək vəzifədə təmsil olunması diqqətdən yayınmır və camaatın Azərbaycanda genişlənməsi üçün eks-spikerin yardımının toxunduğu qənaətini yaradır.   

Lakin R. Quliyevin spiker olduğu dövrdə dövlət müşaviri işləmiş Qabil Hüseynli buna az inandığını deyib: “Nurçular Azərbaycana 90-cı illərin əvvəlində gəlib. Lakin Rəsul Quliyevin onlar haqda təsəvvürünün belə olması sual altındadır. Buna görə onların Azərbaycandakı fəaliyyətində Rəsul Quliyevin də köməklik göstərdiyini demək inandırıcı deyil. Güman ki, R. Quliyev bu camaatla Amerikada tanış olub. Ehtimal etmək mümkündür ki, Fətullah Gülənlə müəyyən yaxınlığı olsun”. 
Mövzu ilə bağlı Rəsul Quliyevin mövqeyini dərc etməyə hazırıq. /publika.az/

Комментариев нет:

Отправить комментарий