Страницы

26.07.2014

ŞEYX MƏHƏMMƏD ABBAS ŞİRVANİ HİNDİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Şeyx Məhəmməd Abbas Şirvani Hindi 1826-cı ildə Hindistanın Ləkino əyalətində dünyaya gəlir. O, öz zamanının adlı-sanlı alimi kimi, şeir və ədəbiyyatda öz əsrində misilsiz olub. Alimlər arasında təhqiqat və kitab yazmaqda məxsus yeri var idi. Atası Mirzə Məhəmməd Abbas və qardaşı Mirzə Əhməddə öz zamanının böyük alimlərindən sayılırdı. Atası Şirvandan Hindistana köçüb Ləkino əyalətində sakin olub. Şeyx Məhəmməd Abbas atasının himayəsi altında böyüyür, ərəb dilini və ədəbiyyat elmlərini öz məntəqəsinin alimlərindən öyrənir. Elm öyrənmək üçün Hindistanın bir çox şəhərlərinə səfər edir. Ömrünü müxtəlif elmlərdə, o cümlədən tarixi mövzularda kitab yazmağa sərf edir. O, farsca şeir yazmaqda çox məhşur olub, şeir aləmində uca zirvələrə çatıb. Alimin yazdığı kitablardan aşağıdakıları qeyd edirik: 1.“Asarul-əcəm”; 2.“Tarixi-çahar çəmən dər tarixi-dokkan” (fars dilində çap olub); 3.“Tarixi-əfacine”; 4.“Tarixul-iqbal dər tarixi bəhsi əyal”; 5.“Qillətül-cəvahir fi tarixi-Bəvahir”; 6.“Tarixi-İsmailiyyə”; 7.“Sultan Nami Gerami”; 8.“Tarixi-Ərandib”.
 Şirvani Hindinin vəfat tarixi məlum deyil. Yalnız 1892-ci ildə həyatda olduğu haqqda məlumat vardır.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий