Страницы

09.07.2014

SURİYADA AZƏRBAYCANLI və QAZAXISTANLI AİLƏLƏRİN QIRĞINI OLUB

Suriyaya "cihada" gedən Azərbaycanlı vəhabilərin özləri ilə apardıqları ailələri Hələbdə hücuma məruz qalıb

Bu haqda məlumatı İraq və Şam İslam Dövləti (İŞİD) adlı vəhabi təşkilatında döyüşən Abu-ibrahim Muhacir ləqəbli İŞİDdan ayrılan çeçen döyüşçü öz sosial şəbəkə profilində məlumat verib.
Hadisə keçən ay iyunun 17-də Hələbin Al-bab qəsəbəsində İŞİD-lə aralarında narazıçılıq olan digər bir vəhabi qruplaşma tərəfindən törədilib.
Abu İbrahim Mühacir yazır: "Suriyada fəaliyyət göstərən Əl-Qaidə və ASO (Azad Surya Ordusu) ilə yaxın olan "NURADDİN AZ-ZİNKİ" briqadası qəflətən Hələbin Al-bab qəsəbəsində yaşayan, Azərbaycandan və Qazaxıstandan olan, İŞİD tərəfdə fəaliyyət göstərən və o ərazidə yaşayan ailələrə hücum ediblər. Hücum gecə vaxtı və təlim adı ilə pərdələndiyi üçün gözlənilməz olub və müqavimət belə göstərmək mümkün olmayıb.
Nəticədə aralarında qadin və uşaqlar olmaqla xeyli sayda İŞİD-ın tərkibində vuruşan Azərbaycanlı və Qazaxıstanli vəhabilərin ailələri yaralanıb və qətlə yetirilib. Sağ qalan Azərbaycanlı və Qazax ailələr qırğından qonşu kəndə qaçarkən bir neçəsi əsir düşüb. Yaralı və qətlə yetirilənlər sayı barədə heç bir məlumat belə yoxdur". /CHECHENSİNSYRİA.com/

Комментариев нет:

Отправить комментарий