Страницы

24.07.2014

Taleh Ağsulu - DÜNYA

Kasıbın başına zopa, dəyənək
Varlının başına sığaldı dünya.
Kasıba kiflənmiş, qurumuş çörək.
Varlıya fətirdi, qoğaldı dünya.

Günah nə yaxşıda, nə də pissəymiş.
Bu həyat əslində qəmmiş, qüssəymiş,
İnsan yarananda dünya xəstəymış,
İnsan yeyə-yeyə sağaldı dünya

Əyriylə dost olur, düzlə dolanmır,
Verdiyini alır, zərrə utanmır,
Bu qədər qan içir doymur-dolanmır,
Min dərddi, bəladı, zavaldı dünya.


Ağsulunun bəxtin kəm eyləyibdi,
Qismətin yadlara yem eyləybdi,
Bu qədər haqqsızlıq kim eyləyibdi,
Çox yazılar pozub, cığaldı dünya. 

Комментариев нет:

Отправить комментарий