Страницы

11.07.2014

Vəhabi fitnəsi

Ceyhun Fikrət

Son vaxtlar ölkə mətbuatında Suriya və İraq hadisələrini maraqla izləsəkdə, sən demə bu hadisələr heç də uzaqda deyilmiş. Sabirabad və Müşfiqabad hadisələri göstərdi ki, vəhabi təhlükəsi ölkəmizdə böyük bir gücə çevrilib. Sabirabadda saqqal kəsmə söhbətinə bir çoxları münasibət bildirsədə, nədənsə Müşfiqabad hadisələri arxa plana keçdi. Görünür vəhabi təhlükəsi o qədər böyüyüb ki, bir çoxları Müşfiqabad barədə fikir yürütməyə ehtiyat etdilər. Xatırladım ki, bir şəxs tərəfindən Sabirabadda  vəhabinin saqqalı kəsildiyi halda (düzdü mən bu işi dəsdəkləmirəm, həm də dəqiq məlumata malik deyiləm ki, saqqalı kəsilən şəxs vəhabidir və yaxud qeyri məzhəbdən) amma Müşfiqabadda vəhabi təriqəti tərəfindən şiələri oturduqları yerdə hücum edib döydülər və iş o yerə çatdı ki, az qaldı döyülənlərin başı kəsilsin. Amma sosial şəbəkələrdə uzaqdan baxıb döyüşü asan görənlər nədənsə Müşfiqabad şiələrini qınadılar. Bizi qorxaq və yaxud digər adlarla sosial şəbəkələrdə tanıtmağa başladılar.
Bu yazımla danışılan söhbətlərə aydınlıq gətirmək istəyirəm ki, mən bu qəsəbədə yaşayan bir vətəndaşam. Artıq neçə illərdi Müşfiqabad məscidində namaz qılıram. İlk dəfə məscidə gələndə məsciddə olan şəxslərin islamı dəyərlərdən uzaq olduğunun şahidi oldum. (Təbii ki, bu sözlər hər kəsə şamil olunmur). Çünki bu məsciddə o qədər məzhəb üzvləri vardır ki, hər məzhəbdə özünü haqq bilir. Bu məzhəblər arasında hər məzhəb öz keçəl qızını tərif edərək qızım saçlıdır deyir. Bu məsciddə şiələrlə bərabər vəhabilər, xəvariclər, murciyələr, əhli sünnə-vəlcamaat, (bu şəxslər özlərini sələfidə adlandırırlar) muvəhhidlər və.s namaz qılırlar. Mən də ilk əvvəl ibadətə başlayan zaman hər məzhəbin kitabını götürüb oxuyaraq araşdırdım. Sonda  isə Allahın rəhməti və inayəti ilə şiə əqidəsin qəbul etdim. Hal-hazırda şiə olduğum halda arajdırmalarımı davam etdirirəm. Hadisələrdən uzaq düşmədən onu demək istəyirəm ki, bu məsciddə şiə adlanan şəxslərə qarşı necə zorakılıqlar olduğunu görmüşəm və hər dəfə də mübahisə dava son həddə çatıb. Bəzən elə hallar yaşamışıq ki, dəstəmaz almaq istəyən şəxslərə su verilməyib, dəstəmaz aldığı yerdə suyu kəsilib və yaxud namaz qıldığımız anda möhürə təpik vuranlardan olub. Camaat namazı qılan zaman səs küy salınıb ki, namazımızı gözəl səkildə qılmayaq. Hələ gördüyüm hadisələrin əksəriyyətini yazıb sizi çoxda qəm dəryasına batırmaq fikrim yoxdur. Amma bunu da bilin ki, bu məzhəblərin bizi ilə şəxsi münaqişəsi yoxdur. Lakin  biz Peyğəmbərin (s) Əhli-beytini(ə) müdafiə edib, sevdiyimizə görə onlar bizə müşrik, rafizi və kafir deyirlər. Məsciddə bizim heç bir hüququmuz tanınmayıb.  Çox üzür istəyirəm adicə hamamında açarı vəhabilərin cibindədir. İndi fikirləşin görün ki,  biz bu neçə illərdə kimlərlə üz-üzə dayanmışıq. Hər zaman mübahisə, münaqişə vaxtı  Peyğəmbər (s) və Onun Əhli-beytini (ə) hər kəsə nümunə göstərərək hər kəsi sakitləşdirmişik ki, məsciddə qan su yerinə axmasın. Bu işi qorxaqlığmızdan etməmişik və hər zaman  İslam dinimizə zərər dəyəcəyindən Peyğəmbərimizin (s) və Onun Əhli-beytinin (ə) adına ləkə gətirəcəyimizdən qorxaraq fitnədən uzaq durmuşuq.  Hər gün demək olar  ki, sanki odun-alovun içində namaz qıldıq və qarşı tərəfə kimliyindən aslı olmayaraq əxlaqımızı göstərərək, İmam Hüseyn (ə) məktəbini bu qəsəbədə yaratdıq, həmdə özümüzdə qəsəbədə şiələr adı ilə tanındıq. Hər bir müsəlmanın nəzərinə onuda çatdırım ki, bu qəsəbədə kim namaz qılırdısa qəsəbə sakinləri tərəfindən arajdırılmadan hər namaz qılana vəhabi deyilirdi. Amma indi qəsəbə sakinləridə bilir ki, şiə kimdi və yaxud digər məzhəblərin üzvləri kimdir.  Cəhalətdən uzaqlaşıb elmə doğru getdik.  Biz hər davanın, mübahisənin qarşısını vaxtinda almasaydıq, indi ölkəmiz  Suriya və yaxud İraqın gününə düşəcəkdir. Təbii ki burda dövlətində də danılmaz xidmətləri vardır.   Sonda isə hər kəsi vəhdətə çağıraraq əhli-şiə və əhli-sünnə adı ilə (halbuki bəziləri nə əhli-şiədilər, nə də əhli-sünnə) bu ölkəni dağıtmaq istəyənlərə qarşı birləşək, Allaha xatir əsil musəlman olaraq, İslam dinimizi düzgün öyrənib, hər kəsə İslam dinini düzgün çatdıraraq ölkəmizi fitnə-fəsaddan qurtaraq.
Sonda isə dünya müsəlmanlarının ortaq dəyəri olan İmam Əlinin (ə) sözünü sizlərə xatirladiram:
İmam Əli (ə) buyurub: “Fitnə vaxtı, nə minmək üçün arxası və gücü, nə də südünü sağmağa döşü olan ikiyaşlı erkək dəvə kimi ol.”

Mənbə : Nəhcül-Bəlağə, hikmət1  

Комментариев нет:

Отправить комментарий