Страницы

24.07.2014

Vurulan təyyarəylə bağlı Rusiyadan Ukraynaya 10 sual

Rusiyanın Müdafiə Nazirinin müavini: "Bu Qərbin Rusiyaya qarşı informasiya müharibəsidir"

Lenkeranxeber.az - ın RT-yə istinadən məlumatına görə, Rusiyanın Müdafiə Nazirinin müavini Anatoli Antonov Qərbin vurulan təyyarə ilə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamlarıni tənqid edib. O, qəzanın baş verməsindən hələ 24 saat keçməmiş və əllərində heç bir sübut olmayan Qərbin Rusiyaya qarşı tələsik ittihamlar yağdırdığını vurğulayıb: "Onlar bütün dünyanı inandırmağa çalışırlar ki, günahkar bizik. Qəribəsi budur ki, mənim qərbli həmkarlarım əllərində heç bir sübut olmadan media vasitəsilə cinayətkarı necə tapmağa cəhd edirlər? Görünən budur ki, bu yalnız Rusiyaya və rus ordusuna qarşı Qərbin başlatdığı media müharibəsinin bir hissəsidir."

Antonov əlavə edib ki, bu insidenti bəhanə edərək kimlərisə ittiham etmək əvəzinə Ukrayna səmasında baş verən bu faciədən nəticə çıxararaq gələcəkdə belə halların baş verməsini önləmək üçün birgə əməkdaşlığa başlamaq olardı: "Mən isə öz növbəmdə bu hadisəyə görə heç kəsi günahlandırmaq istəmirəm. Sadəcə, ukraynalı həmkarlarıma bəzi suallar ünvanlamaq istəyirəm. Ümid edirəm ki, bununla harda olduğumuza, əməkdaşlığa yenidən başlamağımıza və əsl cinayətkarları tampağımıza imkan yaranacaq. Bu sualların cavabı gələcəkdə baş verə biləcək hər hansı oxşar faicələrin vaxtında qarşısının alınmasına kömək edəcək".
Həmin sualları təqdim edirik:

1. Bu faciədən dərhal sonra Ukrayna hökuməti təbii olaraq, özünü müdafiə qüvvələrini ittiham etdi. Bu ittihamlar nəyə əsaslanırdı?
2. Rəsmi Kiev münaqişə zonasında BUK raket qurğularını nə cür istifadə etdiyini detallı şəkildə izah edə bilərmi? Bu sistemlər nəyə görə ön sıralarda yerləşdirilmişdi, halbuki özünümüdafiə qüvvələrinin döyüş təyyarələrinə malik olmadığını rəsmi Kiyev bilirdi?
3. Niyə Ukrayna hökuməti məsələylə bağlı beynəlxalq komissiya təşkil edilməsi istiqamətində heç bir addım atmır? Belə bir komissiya nə vaxt yaradılacaq və fəaliyyətə başlayacaq?
4. Ukrayna silahlı qüvvələri beynəlxalq müşahidəçilər tərəfindən malik olduqaları hava-hava, yer-hava tipli raket sistemilərinin və eləcə də SAM raket qurğularının təftiş edilməsinə razı olarlarmı?
5. Beynəlxalq komissiya üçün faciə baş verən gün ərzində Ukrayna döyüş təyyarələrinin hərəkət trayektoriyaları barədə etibarlı mənbələrdən məlumat əldə etmələri üçün şərait yaradılacaqmı?
6. Niyə Ukraynanın hava nəqliyyatına nəzarət mərkəzləri həmin təyyarəni həmişəki hərəkət xəttindən şimala doğru- "terrorçulara qarşı əməliyyat zonasına" yönəlməyə vadar ediblər?
7. Ərazi radar naviqasiya sisteminin tam nəzarəti altında olmadığı bir halda niyə döyüş zonaları mülki təyyarələrin hərəkəti üçün açıq saxlanılmışdı?
8. Ukraynada çalışan İspaniya əsilli hava uçuşlarına nəzarət üzrə mütəxəssislərdən birinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Ukrayna səmasında uçarkən "Boeing 777" təyyarəsini iki ədəd Ukrayna hava qüvvələrinə məxsus qırıcı təyyarə müşayiət edib. Rəsmi Kiyev bu məlumatlara necə aydınlıq gətirə bilər?
9. Nəyə görə hava uçuşlarına nəzarət işçilərilə "Boeing" ekipajı arasında baş vermiş dialoqların yazılı olduğu radar sistemlerini Ukrayna Xüsusi Xidmət orqanları beynəlxalq təftişçiləri gözləmədən araşdırmağa başlayıblar?
10. 2001-ci ildə, Qara dəniz səmasında Rusiyaya məxsus "Tu-154" təyyarəsinin başına gələn eyni tipli faciədən Ukrayan hökuməti özü üçün hansı nəticələri çıxartdı? Həmin ərəfədə də, Ukrayna hökuməti təyyarənin vurulmasıyla bağlı heç bir məsuliyyət daşımadığını ciddi-cəhdlə elan etdi, amma sonradan istintaq sübutları rəsmi Kiyevin günahkar olduğunu sübuta yetirdi.

lenkeranxeber.az

Комментариев нет:

Отправить комментарий