Страницы

08.07.2014

Xosrov Barışan - BAĞ...

Bir pəncərə açılır
Sevəndə
Addımların nənnisində
Uşaqlığın sayqısına!
Baxış-baxış...
Görüş-görüş...
Hər umudum
Pürçəlməyə başlayır.
Diləklərim
Qın dustağın yırtırlar
Qonça sayaq
Ovunmaqda
Çiçəkliyə...
Mənim dünyam
Elə orda andaş doğulur.

Bir bağdır bura canım;
Qəzəl qoşur atam mənə yenə də
Fizüli mi? 
Şəhriyar mı?
Nəsimi mi?

Və...
Olabilsin 
Duyqu budaq güllərimə
Ya da ki
Gözəllərin hamısına
Yanıqlı bülbül çiləyir.
Hə...
Hə...
Biri 
Çağırır bir daha da məni...
Bir qayığa minir
Ulu səsi
Bülbülün əzgisiylə
Cumur 
Ürəyimdə çırpınan şəpələrlə
Varlığıma doğru.
Ölçülə bilməz ki...
Ötədədir maddənin qanunlarından,
Ölçülə bilməz.
Kimdir?
Nədir?
Bilmirəm ki!!!
Ancaq bilirəm vardır.
Bu olayın
Hansı dağdan coşduğunu
Tərəfin hayanda olduğunu
Bilmirəm ki!!!
Ancaq mənə o
Uzaqdan da yaxındır
Sevgili sevgilim kimi
Zilləyirəm gözlərimi 
Bəlkə də odur;
Budağından dərilən
Al gülüm?!
Budağı 
Hələ də məndədir axı.
Yo..o
Yox...
Biləmə
O tanınmamış tanışdır.
Anamın lay-lası mı?!
Mənəm bəlkə də?!
Ya yuxularımda
Yaxalaya bilmədiyim
Şeirlərim mi!?
Hər nəysə;
Gəl deyir
Mənə biri
Mavisayaq
Dalaq...
Dalaq...
Hörülən dalqalara
Rəsm eyləyək
Göyləri.
Gülləri iyləyək bir arı dək
Bəzək vuraq uçudan qanadlara
Bir kəpənək...
Yüz kəpənək...
Min kəpənək...
Və...
Varlıqsayaq 
Bir Axıdaq
Var olan sayıları.
Öldürək ölümü.
Bir sayıda dəyişək yalnız.
Gözəlliyi yaradaq
Vurulaq yenə də
Aşıq olaq...

Getməliyəm bilirsən mi?!
Sırriydi mənim gəlməyim,
Getməyim də sırr olacaq.
Aramızda qalsın ha bu;
Səsə səs verməliyəm,
Olabilsin 
Tapa itilmişi
İtmiş də...

Xoşqalasan,
Hələlik,
Mən getdim.

Комментариев нет:

Отправить комментарий