Страницы

24.08.2014

Gedəydi

Kamal Azər Yunus

Kaş ki, silinəydi yer üzündən dünyanın yası
Səhərin dumanıtək uçub gedəydi.
İnsanın göz yaşı, 
ürək ağrısı
Xəzərin qoynunda çıxıb gedəydi
Dünyaya göydən şəfəq yağaydı.
Gələydi hər yandan toy-düyün sədası
Ana ürəyində bala ağrısı
Axar bulaqlar silib gedəydi.
Düşməndən silinə ana torpağım
İzinə düşəydi payız yarpağı
Narahat dünyanın qan qoxusunu
Ətir saçan güllər 
alıb gedəydi.

Комментариев нет:

Отправить комментарий