Страницы

10.08.2014

İsrail atəşkəsi niyə qəbul etdi?


Netanyahu atəşkəsi qəbul etdi. Bunu Qəzzədəki uşaqlara mərhəmət səbəbindən etmədi. Qəzzənin məktəbləri, xəstəxanaları uşaq qanına boyanıb. Netanyahu atəşkəsi ona görə qəbul etdi ki özü də işğalçı ordusu kimi qorxaqdır. Dünyanın dördüncü ordusu sayılan İsrail ordusu Xanyunus, Rəfəh, Darul-bəlhə bir metr qədəm qoya bilmədi. İsrail ordusunun tankları Qəzzə şəhərlərinə daxil olmağa cəsarət tapmadı.
Fələstinli mübarizlər tunellərdən, bunkerlərdən, düşmənin ağlına gəlməyən nöqtələrdən ona cavab verdilər. Ərəb ordusu komandanları qərbin ən şöhrətli hərbi akademiyalarını bitiriblər. Bu akademiyalarda onlara qorxmaq öyrədilib, qorxu təlqin olunub. Onları inandırıblar ki, İsrail ordusu məğlubedilməzdir. Amma iman və şücaət akademiyasını bitirmiş Qəzzə mübarizləri öz şəhadətləri ilə düşməni dizə çökürdülər.

Dronqo Talishinski

Комментариев нет:

Отправить комментарий