Страницы

03.08.2014

Ələddin Əzimov - Qibləgahlarım

Ata və anama ithaf

Taleh tez ayırdı məni atamdan,
Qəlbimi dağlayıb məzara endi.
Bu gecə mən onu yuxuda gördüm,
Ancaq nə danışdı, nə də ki dindi.

O zaman kiçikdim, 10 yaşım vardı,
Atam xoşbəxtliyi çox tez apardı.
Doğmalar, yaxınlar fəryad qopardı,
Yetimlik bir anda boynuma mindi.

6 yaş böyükəm indi atamdan -
Haqqın dərgahına gedib çatandan.
Ulduz tək doğulub, Ay tək batandan
Söhbətlər edirlər, necə şirindir!


Ağaclar əkərdi həyətimizdə,
Gərəkli adamdı həyatımızda.
Sözləri gəzərdi dildə, ağızda,
Gördüyü hər işi xalqın, elindi.

Artıq tay tuşları həyatda yoxdu,
Niskili qəlbimə sancılan oxdu.
Səmadan nur saçıb bir ulduz axdı,
Bu an ürəyimdə yeri bilindi.

Atasız qalmışdıq, anam sağdı idi,
Hər vaxt arxamızda o bir dağ idi.
Bizlərə köməkdi, bir dayağ idi,
Mən tələbə oldum, o çox sevindi.

Var idi deyirəm, indi də durur,
Doxsanı haxlayıb, üz-gözündə nur.
Nəvə nəticədən həmişə sorur:
"Namaza çox qalır, hava sərindir?"

Tez-tez keçmişini salır yadına,
Yanır pis günlərin yaman oduna.
Bu an övladları çatır dadına,
Çünki ata-ana güblədi, pirdi.

Комментариев нет:

Отправить комментарий