Страницы

07.08.2014

Sanksiyaların bumeranq effekti

Elşən Cəfərov

Jirinovski Azərbaycan pomidorunu tərifləyəndə-burada nəsə olacağını gözləyirdim. Həqiqətən Rusiya çox güclü gediş etdi. 50 milyard evro məbləğində ərzaq məhsullarının Rusiya ərazisində embarqo qoyulması həqiqətən Avropa ölkələrində böyük təşvişə səbəb olub. Burada Türkiyə, Azərbaycan, Belorusiya və Orta Asiya ölkələri udur. Latın amerikada toyuq və ət məhsulları artıq alınmağa başlanılıb. Amerikadan istehsal olunan Buş ailəsinin toyuqlarınin ən böyük alıcısı Rusiya idi. İndi bu məhsullardan da imtina edildi. Avropa İttifaqı hakimiyyətinin əmrinə əsasən Ukrayna "Roşen" firmasının məhsulları Pribaltika ölkələrinə göndərilib. Buradakı istehsalcıların etiraz səsləri ucalmağa başlayıb. Polşa kənd təsərüffatı məhsullarının 90 faizi Rusiyaya satılırdı. İndi görək embarqo tərəfdarı olan Polşa hakimiyyəti nə atılıb düşəcək. Bolqarıstan və Çexiya fermerləri dünən CNN kanalında Rusiyaya yalvarırdılar- sən bunu etməzsən. Artıq Bolqarıstan, Danimarka, Belçika kənd təsərüfatı nazirləri həyacan təbilləri döyürlər.
Bu il Avropada indiyə qədər görünməyən məhsuldarlıq qeydə alınıb. Bu böyüklükdə bazarı itirmək Avropa ölkələri üçün çox acınacaqlı olacaq. Yunanıstan dövləti ancaq kənd təsərüfatı məhsullarının hesabına bir təhər başını saxlayırdı. 
Avropa İttifaqı rəhbərliyi həqiqətən bir bəyanat veriblər ki, bu bəyanata qulaq asan bişmiş toyuq da gülər. Onlar Rusiya hakimiyyətini siyasi oyunda ərzaqdan istifadə etməməyə çağırırlar. Yəni biz sizin məhsullara embarqo qoya bilərik, amma siz bunu etməməlisinz. Həqiqətən bu avropalılar ağıllarını itiriblər. Bir görmürıər kimləri hakimiyyətə seçirlər.
İndi isə Rusiya öz hava məkanından tranzit kimi istifadə edən aviakompaniyaların uçuşuna qadağa tətbiq etmək istəyir. Bu isə onlarla aviakompaniyaların iflası deməkdir. Obama tez-tələsik iki həftəlik məzuniyyətə qaçıb. Jurnalistlərin və Avropa rəhbərlərinin sorğu-suallarına cavab vermək əvəzinə dincəlmək adı ilə siyasi arenadan yoxa çıxdı. Nə baş verirsə versin, bizim fermerlər bu gedişdən istifadə edə bilsələr, böyük müvəffəqiyyət qazana biləcəklər. Bizə uğurlar!

Комментариев нет:

Отправить комментарий