Страницы

01.08.2014

TÜRKSAT Peyki İsrailin hərbi kəşfiyyatına işləyir?


CHP-nin ümumi işlər üzrə sədr müavini, millət vəkili Sezgin Tanrıkulu, Milli Təhlükəsizlik naziri İsmet Yılmaza yazılı sorğu göndərib. O, Türkiyənin Təhlükəsizlik Nazirliyindən bir-neçə sualın cavabını araşdırmağı xahiş edib:

TÜRKSAT 4A peyki öz tezliyi vasitəsilə İsrail hərbi kəşfiyyatını təmin edirmi?
İsrail ilə Türkiyə arasında imzalanan “Əsgəri əməkdaşlıq” müqaviləsində “TÜRKSAT 1B, TÜRKSAT 2A, TÜRKSAT 3A, TÜRKSAT 4A və GÖKTÜRK 2 peyklərinin İsrail hərbi kəşfiyyatını da təmin etməsi ilə bağlı maddələr varmı?
İsrailin Dəmir Qübbə və Davudun Sapanı adlı raketdən müdafiə sistemlərinin fəaliyyətində Türkiyənin dolayısı ilə və ya birbaşa rolu varmı? Əgər varsa, bu hansı şəkildə edilir?
İsrail Hava Qüvvələri pilotlarının Konyadakı bazasında təlim keçdikləri haqqında iddia doğrudurmu?
İsrail Hava Qüvvələrinin Tökmə Güllə manevrini Konyadakı bazasında həyata keçirdikləri iddiası doğrudurmu?
2004-cü ildən etibarən Konyada İsrail dövlətinə kirayə verilən və ya satılan ərazilərin miqdarı nə qədərdir? 
İsrail Konyadakı ərazilərin nə qədərindən hərbi təlim məqsədi ilə istifadə edir?
2004- 2014-cü ilin 18 iyuluna qədər olan tarixdə dövlətlər arasında hərbi kadr mübadiləsi necə aparılıb və onların sayı nə qədərdir?

Abuzər AZƏROĞLU          interpress.az

Комментариев нет:

Отправить комментарий