Страницы

12.09.2014

Amerikançılıq nədir -3

III yazı: Yəhudilərin əlində olan KİV, təbliğat orqanlarının məqsədi gəncləri mənən cırlaşdırmağa yönəldən dünyagörüşü formalaşdırmaqdır

Məktəblərdə seksual rəngarənglikdən danışmaq, tarix dərsliklərinə qeylərin mədəniyyətindən bəhs edən fəsil daxil etmək tələb kimi qarşıya qoyulur

 K.Orben yazırdı: “Valideynlərin ilk problemi uşaqlara mədəni cəmiyyətdə özlərini necə aparmağı öyrətməkdir; ikinci problem isə belə cəmiyyəti tapmaqdır”. Artıq uşaq yaşlarından insanın şüuruna maddilik, primitivlik, eqoizm, qeyri-normallıq daxil olur. Amerikan cizgi filmi zorakılığı, qəddarlığı, varlığın qeyri-reallığını, seksual patologiyanı, qüsurları, çatışmamazlıqları və s. təbliğ edir. Disney cizgi filmindən kiçik bir süjet: pişik siçanı tutur... onu bir dollara satır, sonra pulu hamıdan gizlədir və xəyalında başqa pişiklərlə dəniz kənarında necə əylənəcəyini canlandırır. Körpəlikdən uşağın şüuruna yeridilən davranış modeli: tutmaq, satmaq, hamıdan gizlətmək, seksə və əyləncəyə xərcləmək. Digər müasir süjet, əvvəllər bizdə deyildiyi kimi “ən körpə uşaqlar üçün” nəzərdə tutulub: super qəhrəman qız klubda striptiz göstərir, işdən əlavə vaxtda isə “gizli xəfiyyə 69” funksiyasını yerinə yetirir və cinayətkarlıqla mübarizə aparır (“Striperella” cizgi filmi). “Xəfiyyə 69”-un sinəsi özünəməxsus yalan detektorudur, ayaqları ilə o düşmənin boğazından tutub onu boğur. Cizgi filmini pornomodel Pamela Anderson səsləndirir. O demişdir: “Mən Striperella ilə fəxr edirəm, o güclü, ağıllı, seksual və eyni zamanda -həqiqətin dözlərinə dik baxıb desək- bir az da fahişədir”.
 Əksər hallarda Amerikan cizgi filmləri bədheybətlərə, kosmosdan gələnlərə həsr olunur, zorakılıq, ölüm səhnələri, filmin əsas süjetini təşkil edir. Çoxsaylı cizgi filmləri öz kosmosdan gələn döyüşçüləri, super qəhrəmanları ilə körpənin anadangəlmə xeyirxahlıq hissini dağıdır. Cizgi filmləri və kompüter oyunları uşağın şüuruna zorakılıq, qəhrəmanı yamsılamağı yeridir- bu qəhrəman soyuqqanlıqla öz düşmənini öldürür, onu doğrayır, odda yandırır, suda boğur. Oyun alıminə zorakılığı və öldürməni daxil etməklə amerikalı uşaq yaşa dolduqca zorakılığa, narkotikaya öyrəşən kimi alışır, getdikcə yeni-yeni zorakılıq dozası qəbul etməyə ehtiyac duyur. Gənclik yaşlarında bu cür uşaq artıq normal filmə baxa, yaxşı kitab oxuya bilmir- bunlar onu darıxdır. Hələ uşaq yaşlarından adamları qeyri-real dünyada, real aləmdən təcrid olunmuş həyatda yaşamağa öyrədirlər- əksər cizgi filmlərinin və kompüter oyunlarının əsasını bu təşkil edir. Əgər əvvəllər, Amerika bizi işğal etməmişdən qabaq populyar olan nağıllardakılar da qeyri-real personajlar olsa da, onlar real personajlarla qarşılıqlı fəaliyyətdə olurdular. İndi isə hər şey əksinədir: uydurulmuş komik şəkillər, uydurulmuş personajlar, uydurulmuş silahlar və s. Həyat uşaq üçün oyun və əyələncə kimi görünür, burada əsas ünsürlər pul və hakimiyyət uğrunda mübarizədir.
 Ən pisi odur ki, cizgi filmlərində həm də pozğunluq təbliğ olunur. 2005-ci ildə telekompaniyalar məlumat vermişdi ki, məşhur cizgi filmi olan “Simpson”ların əsas personajlarından biri qeyri-ənənəvi meyli olduğunu etiraf etmişdir. Yəni cizgi filminin personajı homoseksualist olmuşdur. Cizgi filmləri personajlarının cinsi əlamətləri açıq görünür. Bu filmlərdə seksin hipertofik təbliği uşaqda təhrif olunmuş xəstə cinsi dünyagörüş formalaşdırır. 
 Barbi kuklasına xüsusi ilə diqqət yetirmək lazımdır. Əgər cizgi filmlərini yəhudilərin əlində olan televiziya bizə sırıyırsa, Barbi kuklasını valideynlər özləri uşaqlarına alırlar- onlar 1959-cu ildə ABŞ-da yaradılan, görünüşünə görə günahsız görünən bu kuklanın təhlükəsini hiss etmirlər. Barbu kuklasının yaranma tarixinə nəzər salaq. Rəsmi xəbərlərə görə Barbinin yaradıcısı amerikalı qadın Rut Xandler (yenə yəhudi barmağı!) olmuşdur. Ancaq hər şey heç də bu qədər sadə deyildir. Kukla professoru M.Q.Lord yazır: “Barbinin birbaşa sələfi yaşlı kişilər üçün oyuncaq olan Lilli kuklasıdır. Lilli ilk dəfə 1952-ci il iyunun 24-də yarandı və dərhal da kişilərin diqqətini cəlb etdi- o seksi və pulu çox sevirdi və tez-tez pullu kişiləri dəyişirdi. Onu oyuncaq mağazalırda yox, siqaret köşklərində satırdılar. Lillinin alıcıları əsasən seksual baxımdan qayğılı olan burgerlər, şəhər tipləri idilər. Lilli pozğun qız kimi şöhrət qazanmışdı. Rut Xandler ilk dəfə Lillini İsveçrədə məzuniyyətdə olarkən görmüşdü. Rut həyatının bu anını belə xatırlayır: “Mən küçə ilə gedəndə mağazaya baxdım, burda gözümə sifəti və bədəni yaşlı qadına oxşayan qəribə kukla sataşdı”. Amerika psixoloqlarının özləri də dəfələrlə etiraf etmişlər ki, Barbi kuklası bütövlükdə cəmiyyətə, eyni zamanda ayrıca şəxsiyyətə ziyanlı olan davranış stereotipini qızlarda inkişaf etdirir. Qızların psixologiyası dəyişir, onlarda uşaqlara xas olmayan xasiyyət, soyuqqanlıq və erkən seksuallıq yaranır. Barbini soyunduran qız öz həyat məsləkini formalaşdırır- kiminsə əllərində inadkar, höcət kukla olmaq istəyir. 
 Əvvəllər qızlar kukla ilə “qız-ana” oyununu oynayırdılar. Kuklanın bədəni uşaq bədəni kimi idi, qız üçün o yaxın və başa düşülən idi. Bu kuklalar qızlara ana sevgisi öyrədirdi. İndi bu oyun dəbdə deyil, Barbi kuklası isə onları ana roluna hazırlamır. Valideynlər bir şeyi anlamalıdırlar: Barbini əzizləmək, sevə-sevə bəsləmək olmaz, onu yalnız bəzəmək olar. Uşaq vaxtından qızlara gözəllik idealı təlqin edirlər və qız bir az böyüyən kimi öz ideallaşdırdığı gözələ oxşamağa can atıq. Olduqca arıq, səliqəli, hipertrofiyal saçı (həddən artıq çox), ayaqları, cinsi əlamətləri ilə Barbi- sanki müasir manekençi qadınların parodiyasıdır, gülməli təqlididir.
*** 
 1998-ci ildə Çikaqo universitetinin keçirdiyi tədqiqat 18 yaş və ondan yuxarı olan 2 832 amerikalını əhatə etmişdir. Məlum olmuşdur ki, 1972-ci illə müqayisədə ailəli və uşağı olan amerikalıların sayı 45 faizdən 26 faizə enmişdir, evli olmayanların sayı isə 16 faizdən 32 faizə qalxmışdır. Həmin il uşaqların 18,2 faizi yalnız bir valideyn ilə yaşayırdı, yalnız 51 faiz uşaq hər iki valideyn ilə birgə yaşamışdır. Müqayisə üçün deyək ki, 1972-ci ildə uşaqların 73 faizi tam ailədə tərbiyə alırdılar. Ailə statusunda olan bu dəyişiklik ailə institutunun özündə olan böhran haqqında danışmağa imkan verir. Bütün bunlar cəmiyyətdə mənəvi dəyərlərin öz üstünlüyünü itirməsini göstərir.
 Gənclərin pozulmasına daha çox fikir verilir. Həyat təcrübəsinin olmaması, etiraz və mübarizə arzusu gəncləri daha tez tələyə salır- yeni postadam növü yaratmaq fikrində olanlar üçün gənclər olduqca asan qənimətdir. Məhz bu məqsədlə hippi hərəkatı, müxtəlif növ fan-klublar, sektalar, idman komandaları və s. yaradılır. Gənclərin enerjisi, onun daxili etirazı lazım olan istiqamətə- ictimai etirazdan uzaqlara istiqamətləndirilir. Gənclərin öz çılğınlaıqlarını, enerjilərini rok-konsertlərdə nümayiş etdirməsi daha məqsədəuyğun bilinir. Onlar üçün buraxılan jurnallarda Hollivud ulduzları haqqında şayiələr, aktyorların nə aldıqları, kimin kimlə yatması, rok qruplar, hansısa səfehin törətdiyi işlər, filmlər haqqında qısa yazılar verilir. Hər şey səthi, primitiv... 280 000 tirajla çıxan Cool jurnalını oxuyanda elə təəssürat yaranır ki, gənclər əsasən seks barədə düşünürlər, rok musiqisinə qulaq asırlar, döyüş və dəhşət filmlərinə baxırlar. Jurnalların əksəriyyəti belədir, bundan primitiv olanlar da var. Başqa, daha aktual mövzulardan bəhs edən, mənəvi zənginliklə bağlı yazılar verən gənclər jurnalı demək olar ki yoxdur. Gənclər haqqında filmlər, gənclər kanalları, bir sözlə gənclərə aid olan hər şey olduqca primitivdir. Gənclərin mədəniyyət mövzuları və gənclərin maraqları arasındakı uyğunsuzluq çox aydın görünür. Yəhudilərin əlində olan KİV, təbliğat orqanlarının məqsədi gəncləri mənən cırlaşdırmağa yönələn dünyagörüşü formalaşdırmaqdır. Ağıllı, normal olan heç nəyi gənclərə yaxın buraxmamağa işləyən senzura fəaliyyət göstərir. 
 Məktəblərdə seksual rəngarənglikdən danışmaq, tarix dərsliklərinə qeylərin mədəniyyətindən bəhs edən fəsil daxil etmək, cəmiyyətin inkişafında qeylərin və lesbiyankaların tarixi xidmətlərini göstərmək tələb kimi qarşıya qoyulur. Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger ştatın senatorları tərəfindən irəli sürülmüş qanunu təsdiq etməyə məcbur oldu. Qanun layihəsinin təşəbbüskarlarından biri Demokratik partiyadan olan senator Ş.Kuel özü açıq lesbiyankadır. O demişdir: “1995-ci ildən biz məktəblərdə qey, lezbiyanka, biseksual və transseksual uşaqlar üçün yaxşı şərait yaradılması üzərində işləyirik”. İşlər o istiqamətdə qurulur ki, hamı qeyri-ənənəvi oreantasiyaya malik olmağa can atsın. Məktəb proqaramlarına eyni cinsdən olanların münasibəti haqqında dərslər salmaq barədə qərarlar qəbul edilir. Başqa sözlə desək, məktəbi homoseksual ideologiyanın mənbəyinə, ocağına çevirirlər. “Qeylərin tarixi xidmətləri”, o cümlədən, “seksual müxtəlifliyin” vacibliyini bilməklə yaxşı qiymət almaq olar...
 Bəli, bütün bunlar Amerika gerçəkliyinin çox cüzi bir hissəsidir, həm də Amerikada qəbul olunmuş həyat tərzidir. ABŞ bu “dəyərləri” normal hesab etməklə yanaşı onun bütün dünyada qəbul edilməsinə istiqamətlənmiş siyasət yeridir.

İbrahim Sel                             (Ardı var)

Комментариев нет:

Отправить комментарий