Страницы

02.09.2014

Babək Akifoğlu (Abbaszadə) - Yumurta döyüşü

Novruz bayramı idi. Həyətdə  çoxlu uşaq vardı. Hərə bir işlə məşğul idi. Bir qismi papaq atmağa hazırlaşır, bir qismi şarla oynayır, bir dəstə uşaq da Rəhimin başına yığışmışdı. Yumurta döyüşdürürdülər. Uşaqlar maraqla Rəhimə baxır, ona həsəd aparırdılar. Onun narıncı boyaqlı yumurtası başqa yumurtalara divan tutur, bir-bir onları sıradan çıxarırdı.
Rəhim sevindiyindən yerə-göyə sığmırdı. Bir lovğalanırdı ki, gəl görəsən:
- Oğul istəyirəm ki, qabağıma çıxa.
Zakir bir kənarda dayanıb  Rəhimə göz qoyurdu. Birdən yaxınlaşıb ona dedi:
-Rəhim, olar o yumurtaya baxım?!
Rəhim onun sözünə məhəl qoymadı.
Zakir əl çəkmədi. Uşaqlar da təkid etdilər. Əlacsız qalan Rəhim narıncı boyaqlı yumurtanı Zakirə uzatdı. Zakir yumurtanı gözdən keçirdi. Dırnağı ilə yumurtanın üstünü qaşıdı. Başa düşdü ki, Rəhimin yumurtası saxtadır. Odur ki, Rəhimə yaxınlaşıb:
-Sənin yumurtan taxtadandır, dedi. -Üstünə rəng çəkmisən. Heç adam da belə iş tutar?! Öz yoldaşlarını aldatmaq yaxşı iş deyil.

Rəhim yumurtanı Zakirdən almaq idtədi. O vermədi. Zakir Rəhimə müraciətlə dedi:
-Xonçadan  bir yumurta götür, hünərini göstər. Necə yumurta döyüşdüyün onda bilinəcək.
Rəhim uşaqlara baxdı. Onlar başları ilə Zakirin dediklərini təsdiq etdilər.
Zakir təkrar etdi:
-Utanma. Bir yumurta götür. Turalın yumurtası ilə   döyüşsür.
Əlacsız qalan Rəhim əlini xonçaya uzatdı.
Bayaq Rəhimə qalib gələ bilməyən Tural onunla yumurta döyüşdürdü və qalib gəldi. Yumurtasının sındığını görən Rəhim pərt oldu və sakitcə bir kənara çəkildi.

Babək Akifoğlu (Abbaszadə) 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonundakı 158 nömrəli məktəbin; Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Kinorejissorluq üzrə ali təhsil almışdır.
Bədii yaradıcılığa hələ V sinifdə oxuyarkən başlamışdır. Hekayə və şeirləri “Savalan” qəzetində, “Göyərçin” və “Günəş” jurnallarında dərc olunmuş və olunmaqdadır.  
VI sinifdə təhsil alarkən Babək Akifoğlunun (Abbaszadənin) “Hekayələr” (Bakı: Mütərcim, 2005) və VIII sinifdə təhsil alarkən “Şairin qəlbi” (Hekayələr və şeirlər. Bakı: Mütərcim, 2007) kitabları işıq üzü görmüşdür.
Babək Akifoğlu (Abbaszadə) prof. Akif Abbasovun “Atatürk” pyesinin motivləri əsasında “Atatürk” librettosunu yazmışdır. Hazırda bəstəkar Oqtay Rəcəbov həmin libretto əsasında “Atatürk” operası üzərində çalışır.
Babək Akifoğlu (Abbaszadə) Azərbaycandilli Wikipedia-nın inkişafında göstərdiyi xidmətlərə görə aşağıdakı mükafatlara layiq görülmüşdür: “Cekli Ordeni”, “Oqüst və Lui Lümyer mükafatı”, "Vikibağlılıq" nişanı, "Vacib redaktələr” mükafatı, " Vikipediya qarşısında xidmətlərə görə " mükafatı,  "Vikirazılıq" nişanı, “Ləyaqət və nəciblik nişanı”, "AzVikinin bürünc medalı”, "Azərbaycan kino fədaisi” mükafatı, "Gümüş qələm nişanı”, "İdarəçi ulduzu”, “AzVikinin gümüş medalı”, Kral ləyaqəti nişanı, “Vikipediyada xidmətlərə görə III  dərəcəli mükafat”.
Azərbaycandilli Vikipediyada 304 səhifə, 25.000-dən artıq redaktə müəllifidir. 27 iyun 2013-cü ildə AzVikinin idarəçisi seçilmişdir.

Комментариев нет:

Отправить комментарий