Страницы

23.09.2014

BABƏK AKİFOĞLU - Novruz sülhün gəlişidir

LAYLA

Ana  layla çalır həzin bir səslə,
Körpə qulaq asır böyük həvəslə.
Laylani dinləyir, yuxuya gedir,
Ananın laylası bax burda bitir.

Sakitcə əyilib öpür üzündən,
Uşaq yatsa da, qalmır sözündən:
“Yuxun şirin olsun” söyləyib gedir.
Sonra sükut edir, xəyala dalır,
Ananın ürəyi otaqda qalır.

Körpə bu sükutu duymur dərindən.
Tökülüb yuxusu kirpiklərindən.
Artıq sükuta bürünüb yatır,
Elə bil müqəddəs arzuya çatır. 


Novruz gəlir

Həyətlərdə tonqal qurun -
Novruz gəlir.
Xonçalara bəzək vurun -
Novruz gəlir.
Hər qapıya papaq atın –
Novruz gəlir.
Sevinclərə sevinc qatın -
Novruz gəlir.
 Evinizdə süfrə açın -
Novruz gəlir.
Papaq atıb sonra qaçın-
Novruz gəlir.
Səməninin belin bağla -
Novruz gəlir.
Plov çəkib üstün yağla –
Novruz gəlir.
Kosa, keçəl burda coşsun –
Novruz gəlir.
Şeir deyib nəğmə qoşsun –
Novruz gəlir.
Küsülülər qoy barışsın –
Novruz gəlir.
Camaata tez qarışsın-
Novruz gəlir.
Novruz sülhün gəlişidir,
Səadətin, ülviyyətin
gəlişidir!

Комментариев нет:

Отправить комментарий