Страницы

19.09.2014

Pornofilm izləyənlər bu yazını mütləq oxusun!

Almaniyanın Təkamül Antropologiya Max Planck Cəmiyyəti İnstitutu və Şarite Psixiatriya Kllinikasının birgə hazırladıqları hesabat pornoqrafiya izləməyin beyinin boz maddəsinə zərər vurmasına işarə edir. Tədqiqata əsasən, porno izləyən kişilərin beyni adi insanların beynindən tamamilə fərqldir. 
Bugun.az saytının FaktXəbər-ə istinadən məlumatına görə, tədqiqat işləri orta hesabla həftədə dörd dəfə porno izləyən 21-41 yaşlı kişilərin beyin Maqnit Rezonans Tomoqrafiyası (MRİ) üzərindən aparılıb. Nəticədə məlum olub ki, həftədə bir neçə saat pornoqrafiya izləyənlərdə beynin motivasiya və izləmə sistemini nəzarətdə saxlayan yer kiçilib. 
Üzərində araşdırılma aparılanların heç biri porno izləməyə, yaxud cinsi yaxınlığa adət etməmiş şəxslər olub.
Qeyd edək ki, beyinin izləmə sistemi bütün məməlilərdə xüsusi məlumat sistemi kimi bədəni onun ehtiyaclı olduğu şeylərin aradan qalxması barədə xəbərdar edirlər.
Aclıq, cinsi istək, musiqiyə qulaq asmaq və s. kimi bədən ehtiyacları aradan qalxdıqdan sonra beyin hormon ifraz edərək, insanda ləzzət yaradır.

Tədqiqat qrupunun rəhbəri doktor Simone Quinn bu barədə deyir: "Tədqiqatın nəticəsi budur ki, ardıcıl surətdə pornoqrafiya izləmək beyinin məlumat sistemini tənbəlləşdirir".
Bu tədqiqatçıların nəzərinə əsasən, seks səhnələrinə baxan belə şəxslərin beyni hərdən bir belə səhnələri izləyənlərin beynindən az məlumat yollayıb. Belə ki, bu səhnələri hər gün izləyənlər təsadüfi izləyicilərdən az ləzzət hiss edirlər.
Doktor Simone Quinn fikirlərinə belə davam edir: "Ona görə də bizə elə gəlir ki, çox porno izləyənlərin təbii ləzzətə çatmaları üçün daha güclü təhrikedicilərə ehtiyacları var".
Daha sonra araşdırılıb ki, cinsi həyatlarından narazı qalan bir çox cütlüyün probleminin əsas səbəbi də budur. Halbuki bir çox klinikalarda cinsi problemin aradan qaldırılması üçün pornoqrafiya tövsiyə olunur. Lakin son araşdırmalar göstərir ki, həddən artıq çox pornoqrafiya izləmək cütlüklərin həyatını təhlükəyə sala bilər. 
Simone Quinn fikirlərini belə izah edir: "Digər yeni bir araşdırma göstərir ki, erotik mövzularla baş qarışdıran yeniyetmələr müxtəlif növ pornoqrafiyanı gündəlik həyatlarında icra etməyi xoşlayırlar".
Digər araşdırmaçılar da belə qənaətə gəliblər ki, gündəlik pornoqrafiya izləmək orada müşahidə edilənləri həyatda icra etməyə həvəsi çoxaldır. Bu meyl təkrar olduqda öz-özünə eyni ilə narkotik maddələrə adət mexanizmi kimidir. Narkotik maddələrdən istifadə bir müddətdən sonra beyinin hiss etmə qabiliyyətini azaldır. Şəxs də beyinin məlumat ötürücüsünü qabaqkı miqdarda fəal saxlamaq üçün daha artıq təhrikediciyə ehtiyac duyur.
Əvvəllər də sübuta yetmişdi ki, pornoqrafiya izləmək beyinin yaddaş hissəsi və məlumat sistemi ilə əlaqəlidir. Beyinin bu iki hissəsinin maraq yaratmaqda böyük rolu var və ləzzət istəyini tənzimləyir. 
Beləliklə, bu araşdırmadan iki nəticə əldə etmək olar ki, pornoqrafiya izləmək ya beyinin xarab olmasına səbəb olur, ya da beyin korteksinin bir hissəsi kiçik olanalar porno izləməyə mübtəla olurlar.
İkinci nəticə düzgün olduğu təqdirdə daha çox hansı kişilərin erotik səhnələr izləməsini proqnozlaşdırmaq olar. 
Pornoqrafiya məhsulları internet vasitəsilə daha asan və gizli əldə edilə bildiyi üçün ondan istifadə də artıb. 
Doktor Simone də belə düşünür ki, statistikalar internetdən istifadə edənlərin 50%-inin ardıcıl olaraq porno izləyənlər olduğunu göstərir: "Araşdırmalardan belə çıxır ki, daim porno izləyənlər cinsi hərəkətə təbii cavab verə bilmirlər, ya da onların təbii cinsi gücləri azalır və bu onlarda cinsi meylsizliyə, zəifliyə gətirib çıxarır."
ABŞ Psixiatorlar Cəmiyyətinin jurnalında yayımlanan digər bir araşdırmada isə pornoqrafiya izləməyin artması ilə depressiya və spirtli içkilərə meyllik arasında sıx əlaqə var.
Bu tədqiqatçılar da eyni qənaətə gəliblər ki, səbəb beyin həcminin kiçilməsidir. Əsasən də kokain və spirtli içkilər kimi adətləri tənzimləyən hissələr.
Doktor Quinn və Qalinanın apardığı digər təhqiqatda isə məlum olub ki, erkək meymunlar dişi meymunların cinsiyyət üzvünə baxdıqları surətdə yemək və içmək ləzzəti kimi informasiyalar almırlar. Bu isə onu göstərir ki, porno mövzusu hətta, yeyib-içmək ləzzətindən də önəmlidir.

Комментариев нет:

Отправить комментарий