Страницы

21.09.2014

Qərbin iyrənc anti-İslam planı: Faktlar və Etiraflar

Tokvill “Amerikada demokratiya” kitabında yazır ki, qərblilər müsəlmanlarla eyni olmadığını düşünür və onları qırırlar

İslam dünyası Qərb tərəfindən xarabazara çevrilir. İraq və Əfqanıstandan sonra Liviya, Suriya, Misir Qərb müstəmləkəsinin qurbanına çevrildilər. İşğal altında olan müsəlman dövlətlərində vəziyyət o dərəcədə facivəidir ki, Avropa və Amerika mediası da blokun soyqırım siyasətini pisləmək məcburiyyətində qalıb. Müttəfiqlərin hücumlarına qarşı müqavimət hərəkatı müsəlmanlara terrorçu libası geyindirib. Qərbdə terrorçu deyəndə ağıla gələn ilk kimlik müsəlmanlardır. Orada “müsəlman” sözü artıq “terror” sözünün sinonimi kimi qəbul edilib. Halbuki İslam daxilində yaradıldığı iddia edilən terror təşkilatları Qərb tərəfindən dinin özünə qarşı yaradılıb. Bu heç kəsə sirr deyil. Almaniyanın tanınmış siyasətçisi Yurgen Todenofer isə “Düşmənimiz İslam” (“Feindbild Islam”) adlı kitabında Qərbin müsəlmanlara qarşı açıq düşmənliyindən bəhs edir. Todenofer yazır ki, Qərb müsəlmanları İslamı bilmədiyi üçün ittihamsız qırır: “Müsəlmanlar 50 ildən çoxdur ki, Qərb mediası və ölkələri tərəfindən ortaya atılmış şayiələrə görə utanırlar. Məsələ ancaq utanmaq olsaydı, yaşamaq olardı. Lakin hər gün Əfqanıstan və İraqda minlərlə, yüzlərlə müsəlman Qərb müstəmləkəsinin qurbanına çevrilir”.
Yurgen Todenofer Qərbi İslami terror təşkilatlarında da qəddar olduğunu yazır. Fransız tarixçisi Aleksis de Tokvill “Amerikada demokratiya” kitabında yazır ki, qərblilər müsəlmanlarla eyni olmadığını düşünür və onları qırırlar.
Fransız zabitin dəhşətli etirafları. Oliver Le Kur Qrandmenson Qərbin son 200 ildə müsəlmanlara qarşı öz düşüncəsi çərçivəsində hərəkət etdiyini deyir: “Müstəmləkə dövründə müsəlman ərəblər qərblilər tərəfindən heyvan kimi ovlandılar. Müstəmləkəçilərin “mədəniyyət” gətirmək istədikləri yerlərdə istifadə etdikləri bir üsulları vardı: Yerlə-yeksan etmək, ovlamaq və terror törətmək”. Fransız polkovnik Lusiyan Fransua de Montqnac 1842-ci ildə Əlcəzairdən yazdığı məktubunda qeyd edir: “Öldürürük, boğuruq. Ölənlərin çıxardıqları səslər böyürən və mələşən heyvanların səslərinə oxşayır. Qadınlara nə etdiyimizi soruşursunuz. Bir neçəsini girov kimi tuturuq. Digərlərini atlarla dəyişirik. Digərilərini isə qoyun-keçi kimi satırıq. Bəzən də mənfi hisslərdən azad olmaq üçün başlarını kəsirik. Bunlar heyvan başları deyil, insan başlarıdır”. Fransız yazıçı Luis de Dadisior Əlcəzairdə baş verən dəhşətlərdən yazarkən deyirdi ki, bir əsgər sırf zövq üçün bir qadının sinəsini kəsdi, başqa bir əsgər isə hamilə qadının bətnindən uşağı çıxarıb başını divara çırparaq parçaladı. Viktor Hüqo isə tüfəngin süngülərilə tutmaq üçün fransız əsgərlərin biri-birlərinə uşaq atdıqlarını deyirdi. III Napaleon da Fransanın müsəlman Əlcəzairində apardığı müharibəyə haqq qazandırırdı. O, Fransanın Əlcəzairin ağası olduğundan yazırdı: “Burada müharibə aparmağımızı Tanrı istəyirdi. Əlcəzairli müsəlman isə fərqli düşünürdü və azadlığı üçün qan vermək məcburiyyətində idi”. Fransız yazıçı Alber Kamyu Əlzəcairdəki Fransa terrorunu haqlı çıxardı. Qeyd edək ki, 1954-cü ildən 62-ci ildək Əlcəzairdə 8 min kənd fransızlar tərəfindən yandırılaraq məhv edilib. Müharibədə 2 milyon əlcəzairli qətlə yetirildiyi halda fransızların itkiləri 100 min əsgər olub.
Şikəst müsəlmanlara görə istefa verən ingilis hərbçi. İngilis müstəmləkəçiliyi də müsəlmanlara qarşı terror xarakterilə tanınınır. 1920-ci ildə İngiltərənin baş naziri Uinston Çörçill hakimiyyətə qarşı qiyam qaldıran müsəlmanları “nankor” adlandıraraq kimyəvi silahlarla qırdırdı. Çörçill kimyəvi silahdan yalnız “psixoloji vasitə” kimi istifadə etdiklərini dedi. İkinci Dünya Müharibəsində ingilis təyyarəçi Harris İraqda həyata keçirdiyi bombardman barədə qürurla belə danışırdı: “Ərəblər və kürdlər indi gerçək bir partlayışın nə olduğunu öyrəndilər. 45 dəqiqə içində bütün kəndi xəritədən sildik”. 1924-cü ildə İngiltərənin Hərbi Hava Qüvvələrinin zabiti Lionel Çarlton vəzifəsini icra edərkən şikəst etdiyi müsəlmanları xəstəxanada gördükdən sonra istefa vermişdi. Vaxtilə İtaliya Liviyada qiyam qaldıran yerli müsəlmanlara qarşı fosfor və xardal qazından istifadə etmişdi. Tayfa liderlərini təyyarələrdən aşağı atırdılar. Yüz minlərlə müsəlman ölüm düşərgələrində həyatlarını itirdi. Liviyalı qadınlara təzavüz edildi. İspanlar isə Mərakeşdəki qiyamların qarşısını kimyəvi silahlarla aldılar. Nəticəsi qorxunc idi, 1 milyona yaxın müsəlman öldürülmüşdü.
1 Səddama görə, 1.5 milyon qurban. Unicef-in hesabatına görə, ABŞ-İraq müharibəsində öldürülən 1,5 milyon müsəlmanın 500 mini uşaq olub. ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Madlen Olbrayt bir Səddam Hüseynin aradan götürülməsinə görə, yarım milyon uşağın günahsız yerə qurban olduğunu dedi. İraq müharibəsində ABŞ minlərlə müsəlmanı uran bombaları ilə iflic edib. İngiltərinin ORB Araşdırma Mərkəzinin hesabatına görə, təkcə 2008-ci ildə İraqda 1 milyon insan qətlə yetirilib və yaralanıb. Müharibə vaxtı Bağdadda hər iki ailədən biri öz üzvünü itirib. “Human Right Watch”-a görə, Səddam Hüseyn 23 illik fəaliyyəti dövründə 290 min insanın ölümündə məsul tutulurdusa, Qərb 3 il ərzində 1.5 milyon can aldı. Qərb İraq kimi gözəl ölkəni xarabaya çevirdi. 2 milyona yaxın insan öldü, yaralandı, şikəst qaldı, iflic oldu. Dinlərarası sülh yoxa çıxdı. Ölkə infilyasiyanın içərisindədir. Minlərlə insan hələ də küçərlərə çıxa bilmir, ev həbsindədirlər. Qorxurlar. Heç bir iraqlı “bütün bunlara dəyər, Səddam öldü” deyə bilmir.
“Bütün işıqlar söndü”. 200 yüz illik tarixdə bir dəfə də olsun, bir müsəlman ölkəsi Qərb dövlətinə hücum etmədi. ABŞ və Avopa isə bu vaxt ərzində İslam daxilində 20 müharibə etdi. 1 milyarda yaxın müsəlman günahsız yerə qətlə yetirildi. Təhdid bu gün də davam edir. Bütün İslam təhlükə altındadır. Alman tarixçi Aleksandr Demant “Kiçik dünya tarixi” adlı əsərində yazır: “Ağ irq maraq, macəra və qazanmaq zövqü ilə dünyanı ələ keçirdi. Təsirli silahları, texniki üstünlüyü ilə başqa bir mədəniyyətin, xüsusilə də müsəlman mədəniyyətinin inkişafına icazə vermədi”. Tokvill Ələzairin Fransa tərəfindən fəth edilməsindən sonra qeyd edir: “Bütün işıqlar söndü. Biz müsəlman cəmiyyətini kasıb, cəhalət içərisinə atdıq”.

Ömər Zamin                olaylar.az

Комментариев нет:

Отправить комментарий