Страницы

24.09.2014

Saməddin Sami - DODAQLARINDA

Xatirəm yaşayar qəlbində ölməz,
Mənim tək sevənin həyata gəlməz,
Unutdum demisən, bu ola bilməz.
Sən necə unuda bilərsən məni!?

Bir dərdin olanda dönüb sən oldum,
Sevincdə yaşadıq, qəmdə tən oldum.
Sevməyi öyrədən sənə mən oldum.
Sən necə unuda bilərsən məni!?

Yalanmı səninlə bu yaşananlar,
Üzməzmi qəlbini xatirələr, yar,
O görüş yerində min nişanə var.
Sən necə unuda bilərsən məni?


Min busəm yar qalıb dodaqlarında,
Bir ləziz dad olub dodaqlarında,
Öpüşüm iz salıb dodaqlarında.
Sən necə unuda bilərsən məni!?

Bir zaman deyirdin bəxtim qaralsın,
Mən sənsiz yaşasam ömrüm azalsın,
Yalanmı bu sözlər, Allahın olsun,
Sən necə unuda bilərsən məni!?

Комментариев нет:

Отправить комментарий