Страницы

15.09.2014

Vəfalı itlər çörək verənə hürmürlər

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -7

Vüsal Hətəmov: Niyə siz qərbpərəstlər bir dəfə bu radikal, qeyri-ənənəvi təriqətlərin təhlükəsindən danışmadınız mediada? Onların arxasında Qərb durur deyə?
Vüqar Məmmədov: Azərbaycan xalqının 3 milyonu Rusiyada yaşayır. Onlar qəpiksiz gedib, iş, imkan sahibi olurlar. Hansı Avropa ölkəsinə gedib biznes qurmaq olar? Hec birində. Xalqımızın yaxşı yaşayışını, gələcəyini, təhsilini, saglamlığını yaxşı görmək istəyiriksə Avrasiya Birliyinə qoşulmağımız vacib və qaşılmazdır. Avropa ilə dostluq edib, təhsilimizi, sağlamlığımızı, mənəviyyatımızı itirdik bu 20 ildə!
Roma Sumqayıtskiy: Mən demişəm, müsəlman qılınc mûsəlmanıdır. Azərbaycan Suriyanın gününə düşməsə xeyri yoxdur. Bunlar özləri Putini bizsiz çağıracaqlar köməyə. Bunlar hansı müstəqillikdən dəm vururlar bilmirəm, Sanqaçalda vintildə oturan yəhudidən xəbərləri yoxdur, heç olmasa “26 Bakı komissarı” filiminə baxın, görûn nə var nə yox!
Səmədağa Ağalarov: İŞİD, NUSRA, ASO, TALİBAN, ƏL-QAİDƏ və sair bu kimi vəhhabi-sələfilərə məxsus olan silahlı təşkilatlar bəs görmürlər ki, FƏLƏSTİNDƏ İSRAİL məzlum müsəlman qanı axıdır?! Yoxsa bunlar vəfalı itdirlər, çörək verənə hürmürlər?!
Turan Türk: Mən qaçqınlıq həyatı yaşayan hər hansı bölgənin nümayəndəsini günahlandırmaq fikrindən çox uzağam. Ancaq etiraf edək ki, bir çoxları zamanında onlara verilmiş statusdan qanunsuzluq, özbaşınalıq etmək üçün gen-bol istifadə etdi.
Adil Hüseynoğlu: Amerikanın zəncirli köləsi olan türk hökuməti İŞİD-ə dəstək verib Kərkük türklərini qırdıran halda Fazil kimi yaxantı yeyənlərin həddi nədi İŞİD-ə terrorist desin?!
İlqar Salmanov: ABŞ (Aləmin Böyük Şeytanı) və AB (Aləmin Bəlası) Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı bacardıqlarını etdilər. İsrailin vəhşiliyinə isə de-fakto göz yumdular. Əslində bu təəccüblü də deyil. Dünya illərdir bu ədalətsizliyə alışıb. Təəccüblü olan hələ də müsəlman dövlətlərin proseslərin arxasında sürünməsidir.
Rizvan Şıxızadə: Rusiyada Nurçular terrorçu hesab olunur, bizdə ziyalı.
Tofik Səfərzadə: Bizim bəzi dostluqda olanlar ya avamlıqdan ya sadəlövhlükden Türkiyə dövlətinə yaman güvənirlər. Unutmasınlar ki, Türkiyənin saqqalı İsrailin, Amerikanın, NATO-nun əlindədir. İstəsələr anqırdarlar, istəsələr bəyirdərlər. Ləyaqətləri olsaydı İraqdakı türkman qadın-qızları, hələ uşaqları demirem, İŞİD-dən qoruyardılar, 45 milyon lirəyə satmazdılar. Suriyada şərəfsizlik, yəhudilərə nökərçilik, İraqda o cür. 90-cı illəri unutmayın, Elçibəyə 200 milyon kredit vermədilər, bu azmış kimi ermənilərə taxıl yardımı etdilər. Deyiləsi xəyanətlər çoxdu, amma düşünürəm bu qədər rəzalət bəs edər.
Zərdüşt Əlizadə: Mən ilk gündən Əbülfəz Elçibəyin AXC-də təmsil olunmasının əleyhinə olmuşam. Bu gün də hesab edirəm ki, Elçibəy AXC-nin çox səhv seçimi idi. Əbülfəz Elçibəy başqa maraqlar güdürdü. O, cəsus idi. Siyasi səriştəsi, idarəetmə qabiliyyəti yox idi. AXC-də bütün parametrlərinə görə Elçibəydən daha üstün adamlar çox idi. Sadəcə, mühüt, quruluş dəyişmişdi deyə təsadüfi adamlar qabağa düşmüşdü. Nemət Pənahlı, İsgəndər Həmidov, Rəhim Qazıyev, Əbülfəz Elçibəy, Pənah Hüseyn kimi adamlar ölkəyə rəhbərlik etmək istəyirdilər. Bu cür səriştəsiz adamlara görə AXC hakimiyyətdə qala bilmədi.
Anar Məmmədov: Erməninin donuz fermasında qul işləyənlərə nökər olmuşuq!! Gör ölkə nə gündədi!!
Günel Mövlud: Söhbət ziyalılardan düşmüşkən, naxçıvanlı söhbətini eləməyi o bölgədən olan heç bir ziyalı da özünə ar bilmir. Ziyalılar, qələm adamları, bu yekə-yekə kişilər yerlibazlıq eləməkdən utanmırlar. Əkrəm Əylisli də, Rüstəm Behrudi də müsahibə verəndə, tədbirlərdə danışanda sevimli yazıçıları kimi ancaq naxçıvanlı yazarların adlarını çəkirlər: Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, M.S.Ordubadi…
Əli Əliyev: İsa Qəmbərin özü haqqında müxtəlif dövrlərdə müxtəlif məlumatlar olub. Onun Viktor Polyaniçko tərəfindən yaradılan “Gənc alimlər klubu” vasitəsilə siyasətə gəlməsi və bir sıra başqa məlumatlar mövcuddur.
Mehman Cabbarov: Elçibəy hakimiyyətdə qalsaydı, indi Naxçıvan da getmişdi, Qarabağ və Naxçıvanın yerində Qırmızı Kürdistan dövlətini yaratmaq istəyirdilər Azərbaycan kürdləri. Ona görə də Laçını, Kəlbəcəri, Şuşanı satdılar. Bunu Rəhim Qazıyev də, İskəndər Həmidov da və basqaları bilirdilər. Bu da kürdlərin Azərbaycana arxadan vurduğu zərbə! Ən böyük zərbəni də AXCP və Musavat vurdu. Onun da idarə heyəti üzvlərinin əsasını kürdlər təşkil edirdi. İndi də hakimiyyətdə kürdlərdir.
Müttəqi Bərməki: Azərbaycanı yaxın gələcəkdə iki aqibətdən biri gözləyir- Azərbaycan parçalanacaq, İsrailin yaratdığı Kürdüstanın tərkibinə keçə də bilər. Ya da ağılları olsa Gömrük İttifaqına girib Azərbaycanı hərbi poliqona çevirməkdən qoruyarlar.
Hacı Zülfüqar Mikayılzadə: Fələstin, Suriya, İraqda baş verənlərin arxasında yəhudilərin durması heç kəsə gizlin deyildir. Onlar arzularına çatmaq üçün bu ölkələrdə milli, irqi və məzhəbi mübahisələri qızışdırmaqla, xalqı bir-birnin canına salmaqla vahid qüvvəni parçalayırlar.
Yozef Gebbels: Yəhudi böhtanı- yəhudiyə meydan oxuyan adam üçün fəxri diplomdan başqa bir şey deyil.
Salman Mühəmmədi: Biz Hüseyn övladlarıyıq, inşallah İsraili və onun müdafiəçilərini yer üzündən siləcəyik!
Xəlil Məmmədov: Fələstin müqavimət hərəkatının əsgərləri Hizbullaha və İran İslam Respublikasına yardımlarına görə öz təşəkkürlərini bildirdi. Bəli, budur Müsəlmanların birliyi! Şiə daima digər məzhəbdən olanlara yardım edib və edəcək də, çünki biz müsəlmanıq, budur əsl İslam. Fələstin xalqına hər cür yardım edilir Hizbullah və İran tərəfdən, amma niyəsə səsi ancaq tv-lərdən gələn Türkiyə kimi ölkələr, ərəb ölkələri susur! Bəyəm onlar sünni deyil? Niyə yardım etmirlər ki? Niyə Suriyaya, İraqa, Liviyaya müdaxilə edə bilirlər, ancaq Fələstinə gələndə susurlar? Niyə qondarma İŞİD kimi vəhhabi qruplaşmaları müsəlmanları Suriyada, İraqda qətl edə bilir, ancaq İsrailə qarşı bir addımda atmırlar? Niyə axı bəzi müsəlmanlar bu məsələdə susur? Düşünün, ey ağıl sahibləri! Mediada hər gün Şiəni gözdən salırlar. Ancaq Şiə daima Sünni qardaşına yardımçı olub. Canından və malından keçməli olsa belə...
Oktay Müntəzir: “Siz hal-hazırda Fələstini bombardman edən İsrail ilə niyə cihad etmirsiz?” deyə verilən suala İŞİD rəhbərinin cavabı: “İsraillə döyüşmək üçün Allah Sübhanahu Təaladan bizə əmr gəlməyib!” P.S.: Bunların “Allahı” elə İsraildə və Ağ evdə oturduğundan, heç vaxt bu əmri verməyəcək!
Führer Haldun Novruzzade: Yerazların içki məclislərində stolun başında həmişə Molla oturur. Əsasən sağlıqlara Amin deməynən məşğuldu.
Fredmann Frankeschtein: Bəzi səhifələrdə görürəm, öldürülən, yandırılan, parça-parça edilən körpə şəkilləri paylaşırlar, altdan da yazanlar var ki, “ərəblər veçni türkün düşməni olub”, “İsrail bizə silah verir”, “türkün türkdən başqa dostu yoxdur!!!”, “haray-haray mən türkəm!!!”. Bir ulamaqları qalıb e, ala bu türkləri özlərindən başqa heç kim dağ başına qoymur e, dünya kabablarını bilir, onu da məsxərəyə qoyur! Adamda vicdan olar! Nə qədər cavablarını verirsən, iki komment aşağı düşürsən görürsən eyni şeyi bir başqası yazıb. Bunların bütün işləri gücləri tengri belə gəldi, Borçalı bizimdi, Dərbənd bizimdi, Qarabağı verin, İrəvan bizimdi, Quzey Azərbaycan, Alt Azərbaycan, bolşi-menşi Azərbaycan, Urmu gölündə hidrogen atomlarının parçalanmasını dayandırın, dolma bizimdi, klarnet bizimdi, sari gəlin bizimdi, boşanmış gəlin bizimdi, xaş bizimdi. Nə bilim Vallah dəhşətdi. Vallah bunların vətənşüvənliyi Xaçmazı keçənə kimi olmasaydı dərd yarıydı. Yəni belə adamlar ancaq facebook ərazisi daxilində belədi, ya real həyatda da?
Elçin Bayramlı: NATO müsəlmanların qəddar düşmənidir, Türkiyə isə NATO üzvü olan yegane müsəlman ölkəsidir. Yəni, əlavə şərhə ehtiyac yoxdur...
Mətləb Pero: Osmanl türkləri həmişə müsəlmanları şor qiymətinə satıb. Di gəl bizim pantürkçüləri qandır, qandırmaq olurmu?
Tənha Samovar: Hal-hazirda ictimai sektorda xüsusi mərasim şəklində kitab oxuyan gənclər “Bir qalanın sirrində”ki Elşəni xatırladır. Kəmər belinizi tutan deyil. Siz heç vaxt çiçeklərin sirrini bilməyəcəksiz. Həkim baba.
Ağəddin İbrahimov: Mən bu yaşıma qədər ailəmizin SSRİ vaxtı qazandıqları və qardaşımın bizə Rusyadan göndərdiyi ilə dolanmışıq. Bu ölkənin sərvətləri ancaq riyakarlar, yalançılar, dədəsinin qəbrini erməniyə satıb bu ölkəni işgal edən yeraz və nax tayfabazlar üçündür.
Qoşqar Əhmədov: Ruslan Polovinko, Yevgeni Karlov, Yuri Kovalyov, Viktor Seryogin, İqor Makeyev və Anatoli Davidoviç. Bu adlar sizə yəgin heç nə demir. Bu şəxslər Azərbaycanın milli qəhramanlarıdır. Əsas olan Azərbaycanlı olmaq deyil əsas olan hansı dinə, millətə mənsub olmağından aslı olmayaraq vətənini, torpağını sevməkdir.
Şükür Lənkərani: Bizim iki qardaş ölkəmiz var- biri Rusiya, biri İran!!! Qalanları hamısı neftə-qaza görə qardaşdır!
Zamiq Mammadli: Sovet İttifaqının ən müsbət cəhəti bu qədər insanı ev sahibi etməsidir. İlk dəfə Türkiyədə bütün bir “mikrorayon”un, şəhərciyin, ailələrin illərlə yaşadıqları konutların kira evləri olduğunu görəndə dəhşətə gəlmişdim. 
Pərviz Azəri: Ölkədə keçirilən müsabiqələr (bütün sahələrdə) gözəllik yarışmalarına oxşayır, çunki ən çox qızların yaşlarına və əzalarına baxıb rəy verirlər.
Sabir Şindani: Hamı elə bilir ki, Bakı-Tbilisi-Ceyhan kəməri Ceyhanda qurtarır, amma İsrailin Aşkelon şəhərində qurtarmağını bilmirlər.
Sovet Vətəndaşı: Çox uzağa getməyək, mən özüm Sovetin vaxtında Aştarakda (Ermənistan) qulluq eləmişəm, özüm də tez-tez Ermənistandan- Masisdən adicə ayaqqabı almağa gedərdim. Çox gözəl münasibət var idi. Türklərdən fərqli olaraq hamı orda Azərbaycanlı görəndə bizim dildə sevincək danışardı, hər şey də gözəl idi. Türklər bura gəlib nəinki bizim dildə danışmır, hələ tələb də edir ki, sən bizim dildə danış. Etmədikləri tərbiyəsizlik qalmayıb, amma vallah erməni bunlardan şərəfli idi. Nə düşmənçilik, nə böyük Turan, ay nə bilim böyük Ermənistan- heç nə yox idi. Elə ki Amerika və Türklər burunlarını hər yerə soxub, həm bizi, həm də erməni xalqını qızışdırıb öz istədiklərini aldılar. Orta Asiyada, Qafqazda, hər yerdə bir münaqişə ocağı yaradıb sadə xalqı qırğına verdilər. İndi də krizdi deyə, silahlarını sata bilmirlər deyə, ərəb ölkələrinə girişiblər. Türklərdən Azərbaycana xeyir gəlməyib və gəlməz də.

Hazırladı: Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий