Страницы

18.10.2014

Saməddin Sami - Yanan yoxdur

Milyonlarca yetim, fağır,
Dilənçi tək ələ baxır.
Dərd-qəmi var dağdan ağır.
Bu millətə yanan yoxdur.

Bunlar xalqın alimidir?
Yox: məzlumların zalimidir.
Əksəri din xadimidir,
Qəlblərində iman yoxdur.

Düzün haqqı tapdalanır,
Dərd üstünə dərd qalanır,
Yurdun sərvəti talanır,
Haqqsızlığa baxan yoxdur.

Qara deyən ağ yerinə,
Tikan salır bağ yerinə,
Haqq qoyulmur haqq yerinə,
Haqqdan əsər-nişan yoxdur.

İşğal olub torpağımız,
Talandı çənnət bağımız,
Sızıldayır Qarabağımız,
Fəryadını duyan yoxdur.

Sami! Xalqın sevənlərə,
Vətən qədrin bilənlərə,
Şəhid olub ölənlərə,
Məhşər günü divan yoxdur..

Комментариев нет:

Отправить комментарий