Страницы

16.10.2014

ŞEYX ƏLİ LƏNKƏRANİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Şeyx Əli Lənkərani on üçüncü əsrin ortalarında (hicri qəməri tarixi ilə) elm, əməl, və ictihad ailəsində dünyaya göz açır. İlk təhsilini öz atası Şeyx Hüseyn Fazildən öyrəndikdən sonra ali səviyyədə din elmlərinə yiyələnmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Bu elm ocağında böyük fəqih Mirzə Həbibullah Rəştidən üsul və fiqhi öyrənir.
Təhsilini başa vurduqdan sonra Tehrana qayıdır və ömrünün axırına kimi bu şəhərin Səngələ” məntəqəsində şəri vəzifəsini yerinə yetirib, ixtilaflı məsələlərin həll yolunu camaata göstərməklə islam dininə xidmət etmiş, özünə yüksək etimad və ehtiram qazanmışdır.
 Rzaxan hökuməti zamanında Şeyx Əlinin yüksək nüfuza malik olması və Səngələc məhəllə camaatının ona hədsiz ehtiram etməsinə görə şahın əmri ilə bu məhəllədə olan bütün mənzillər dağıdılır, amma Şeyx Əlinin evini onun xalq arasındakı ehtiramına görə dağıtmağa cürət etmirlər. Şeyx Əli İranda Məşrutə inqilabının başçısı Şeyx Fəzlullah Nurinin yaxın köməkçilərindən biri olmaqla bu hərəkatı şəri və qanuni bilirdi. Şeyx Fəzlullah Nuri Quma etdiyi uzun müddətli səfərindən sonra Tehrana qayıtdığı zaman Şeyx Əli onu qarşılayanların ön cərgəsində idi. Sonralar Şəhid Fəzlullahın “Şah Əbdül-Əzim”də təşkil etdiyi məclislərdə iştirak edir və qardaşı Hüseyn Lənkəranini də özü ilə həmin məclislərə aparırdı. Şeyx Əli ilə Şəhid Fəzlullahın münasibəti o qədər səmimi idi ki, Şeyx Fəzlullahın həbs olunub şəhadətə yetdiyi günlərində onun dostlarından bir neçəsi canlarını qorumaq üçün Şeyx Əli Lənkəraninin evinə pənah apardılar və beləliklə ölümdən xilas oldular. Əgər bu alimin Səngələc məntəqəsindəki nüfuzu və qüdrəti olmasaydı, bu insanlar da şəhadətə yetəcəkdilər.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий